Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Aİ-nın dəstəklədiyi italiyalı həkim briqadası Azərbaycana gəlib

Koronavirus əleyhinə mübarizədə Azərbaycana yardım etmək üçün 3 avqust tarixində italiyalı altı həkimdən ibarət Təcili Tibbi Briqada Bakıya gəlmişdir. İki təcili yardım həkimi, infeksion xəstəliklər üzrə bir ekspert, bir anastezioloq və təcili yardım təcrübəsi olan iki tibb bacısından ibarət briqada növbəti iki həftə ərzində öz yerli tərəfdaşlarına yardım edəcək. Yardım Aİ-nın Mülki Müdafiə Mexanizmi tərəfindən koordinasiya […]

Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin  (MİTD İB) Mətbuat xidmətindən verilən məlumata görə, birlik  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi”  layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  məqsəd COVİD-19 […]

Mingəçevir İcra Hakimiyyəti 6 aylığa yekun vurdu

2020-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının  yekunları və ilin ikinci yarımilliyinin yekunlarına həsr olunmuş şura iclası keçirilib. İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyul ayının 15-də ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin yarımilliyinin yekunları və qarşıya qoyulan vəzifələrə həsr edilmiş müşavirənin keçirildiyi, bu müşavirədə müzakirə edilən […]

“Mingəçevir işıqları” Avropanın nüfuzlu media mükafatını Azərbaycana gətirdi

Mətbuatda xəbər verildiyi kimi, 24-26 iyulda  Avropanın 10 ölkəsindən olan 612 təşkilat Civil Match platformasında bir araya gəlib. 3 gün ərzində hər təşkilat cəmi 1 dəqiqə yarım ərzində özünü və layihəsini təqdim etməyə və tərəfdaş tapmağa  çalışıb. Onlar Plüralizm və Media, Mədəniyyət və Gənclik, Təhsil təlimi tədbirləri və Münaqişələrin həlli ilə bağlı 4 qrupda güclərini […]

“Məhdudiyyət istedada əngəl deyil” mövzusunda onlayn müzakirə aparılıb

UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində bir müddətdir ki, maraqlı təşəbbüs həyata keçirilir. Məqsəd Mingəçevirdə yaşayan və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların istedadlarını üzə çıxarıb, ictimaiyyətə təqdim etməkdir. İyulun 26-da […]

İcra başçısı ilə KİV nümayəndələrinin görüşündə hansı məsələlər qabardıldı?

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə iyulun 22-də KİV nümayəndələrinin bir qrupu ilə görüşüb. Videokonfrans vasitəsilə baş tutan tədbirdə başçı bildirib ki, ölkə rəhbəri, jurnalistlərin yaxın dostu cənab İlham Əliyev hər zaman Azərbaycan mətbuatının inkişafına diqqətlə yanaşıb: “Ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə qorunması, medianın sərbəst fəaliyyəti […]

İcra başçısı jurnalistlərə təbrik məktubu göndərdi

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mətbuat  nümayəndələrinə məktub yollayıb. Onlara ölkəmizdə və eləcə də şəhərimizdə baş verən hadisələri obyektiv işıqlandırdıqlarına görə təşəkkürünü bildirən başçı Azərbaycan mətbuantının yaranmasının 145 illiyi ilə bağlı təbriklərini də çatdırıb. Məktubda həm də deyilir ki, jurnalistlərin yaxın dostu, ölkə başçısı cənab İlham Əliyev hər zaman Azərbaycanda mətbuatın inkişafına diqqətlə […]

Bir tablonun tarixçəsi, yaxud “Mingəçevir işıqları”ndan yayılan işıq

“Çayın hər iki sahilində elektrik fənərləri Mingəçevirin ilk işıqlarıdır”   Azərbaycan Milli İncəsənət Muzeyində  (Azerbaijan National Museum of Art) saxlanan bütün əsərlər əvəzsizdir. Biri isə bizim üçün daha dəyərlidir. Söhbət dünya şöhrətli rəssam Mikayıl Abdullayevinn  1948-ci ildə kətan üzərində yağlı boya ilə çəkdiyi “Mingəçevir işıqları” adlı tablodan gedir. Məlumatda oxuyuruq:  “Mingəçevir işıqları”, Mikayıl Abdullayev 1948 […]

Kapital Bankın Mingəçevir filialı bu gündən yeni ünvanda

Kapital Bank-ın Mingəçevir filialı iyulun 20-dən yeni ünvanda qərarlaşıb. Pandemiya ilə əlaqədar iş vaxtı qısaldılsa da (10-dan 14-dək fiziki, 10-dan 15-dək hüquqi şəxslərə),  bank əsasən səhər saat 10:00-dan 17:00-dək müştərilərə xidmət göstərir. Burada kompensasiya ödəmələri, müavinət ve kreditlər, birkart, depozit rəsmiləşdirmələri həyata keçirilir. 24 saat fəaliyyət göstərən ATM və Cash-in ödəniş terminalı da müştərilərin istifadəsindədir. […]

Mingəçevir, Bakı, Gəncə, Sumqayıt və digər 10 bölgədə xüsusi karantin rejimi yenidən uzadıldı

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejiminin 2020-ci il 31 avqust saat 00:00-dək uzadılması barədə iyulun 17-də qərar verib. Qərara uyğun olaraq, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında 2020-ci […]