Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ermənistan hərbçilərinin dinc şəhərə qarşı növbəti təxribatı

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan İstlik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlərdən biri Mingəçevir İstilik Elektrik Stansiyasının qarşısına düşüb, xoşbəxtlikdən partlamayıb.

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri

Dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib. Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik.

İlham Əliyev oktyabrın 9-da xalqa müraciət edib

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyevin xalqa müraciəti -Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, […]

Sumqayıt Texnologiyalar Parkı Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürdüb. Müəssisədən bildirilib ki, “Ordumuzun bütün əsgər və zabitlərinə Qarabağın azadlığı uğrunda aparılan  şərəfli və ədalətli mübarizədə uğurlar diləyir, onların hamısının tezliklə sağ və salamat qayıtmalarını arzu edirik! Biz Qələbəyə inanır və bunu səbirslizliklə gözləyirik! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”

“Mingəçevir bəndinin hədəfə alınması mənasızdır”

Son aylarda Ermənistan tərəfin məsuliyyətsiz rəhbərləri uzaq məsafədən atacaqları raketlərlə Mingəçevir su bəndini vuracaqlarını iddia edirlər. Oktyabrın 4-də isə düşmən tərəfi bu şəhərə 3 raket atmaqla dinc əhaliyə və mülki obyektlərə ziyan vurmağa çalışıb. Xoşbəxtlikdən 2 mərmi zərərsizləşdirilib, 1 raket isə məcburi köçkünlərin məskunlaşdıqları evə və 5 nəfərə xəsarət yetirib. Təbii ki, düşmənlərimiz su bəndini […]

Pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardım verilib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkili”  layihəsi çərçivəsində pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardımlar paylayıb. Layihənin koordinatoru, MİTD İB sədri  Müşfiq Ələsgərli bildirib ki, sosial paketlərdə ərzaq məhsulları, gigiyenik vasitələr və tibbi ləvazimatlar olub. Sosial yardım proqramı 30 ailəni əhatə […]

Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub

Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk,   Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir. Eyni […]

Mingəçevirdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye […]