Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Mülki əhalimiz və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Ermənistan müdafiə nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub. Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin […]

Düşmənin Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənən ballistik raket kompleksi sıradan çıxarıldı

“Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir. Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi. Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim […]

Diplomatlar dağıntıların törədildiyi ərazilərdə müşahidə aparıblar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə və Mingəçevirdə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazilərdə olublar. Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşaiyət edib. Səfərin məqsədi Ermənistanın mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etmək olub. Diqqətə çatdırılıb ki,  Gəncədə […]

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur

“Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib”. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb. Məlumatda daha sonra deyilir: “Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd […]

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur

“Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb”. Bu barədə Müdafiə Nazirliyi bu gün, oktyabrın 12-də məlumat yayıb. Məlumatda sonra deyilir: “Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd […]