Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Böyk Millət Məclisi türk sülhməramlılarının Azərbaycana göndərilməsinə qərar verdi

Türkiyə Böyük Millət Məclisi bu dəqiqələrdə Azərbaycana sülhməramlıların göndərilməsi barədə qərar verib. HDP istisna olmaqla digər partiyalar qərara “ƏVƏT” deyib.  Sülhməramlılar Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində Azərbaycanda olacaq və ehtiyac olduqca müddət uzadılacaq. Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və […]

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlarda

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident […]

Qarabağın hər qarışı yenidən Azərbaycan olacaq

Azərbaycanın Ermənstan üzərində qələbəsindən sonra sosial şəbəkələrdə uğurlarımıza şübhə toxumu səpən fikirlər də paylaşılır: “Rusiya ordusunun “sülhməramlı” adı ilə olsa da, ölkəmizə qayıdışı milli maraqlarımıza ziddir!” Təbii ki, bu davanı axıra qədər başa çatdırmaq, Xankəndi və ətrafındakı ərazilərə də dərhal nəzarət etmək arzu olunan idi.  Amma unuduruq ki, biz böyük güclərin etirazları qarşısında 44 gün […]

“Eko-Tes” telekanalllar vasitəsi ilə ətraf mühitin qorunmasına və mövcud problemlərə diqqəti çəkir

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” adlı layihəsini uğurla başa vurub. Məqsəd telekanalllar vasitəsi ilə ətraf mühitin qorunmasına və mövcud problemlərə diqqəti çəkmək, geniş əhali kütləsinin bu sahədə fəallığının artırılması yollarını araşdırmaq […]

Bakı və Mingəçevirdə yaşayan uşaqlar “Gender əsaslı zorakılıq” barədə bilgi əldə etdilər

“Education Hub”ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün “İnkişaf Zamanı” Proqramı çərçivəsində “Birlikdə Sən Ol” təşəbbüsü vasitəsi ilə 7 və 8 noyabr 2020-ci ildə Bakı və Mingəçevirdə yaşayan uşaqlar üçün  “Gender əsaslı zorakılıq” adlı onlayn təlim keçirilib. Təlimin ilk günü Şəfa Əhmədova, Reyhan Əliyeva və Aynur Şirinlinin təqdimatında baş tutub. Təlimçilər tərəfindən gender, cinsi ayrı-seçkilik, […]

Başçı bayram günü təmir-bərpa işləri başa çatdırılan parklara baş çəkdi

Noyabrın 11-də Mingəçevirə şəhər statusu verilməsinin 72 ili tamam olub. Bu münasibətlə şəhərin müxtəlif yerlərində bayram şənlikləri düzənlənib. Həmin gün şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təmir-bərpa işləri başa çatdırılan parklara baş çəkib, əhali ilə görüşüb, onlarla bayram sevincini bölüşüb. Başçı bildirib ki, 44 gün davam edən müharibədə Azərbaycanın Qələbə qazanması ölkə Prezidenti, Ali Baş […]

Cəbhədə noyabrın 9-na olan son vəziyyət

Müdafiə nazirliyinin yaydığı məlumata görə, noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi […]

Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib. Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb. Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

Şuşa işğaldan azad olundu (Yenilənib)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gəlib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. Prezident  “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bundan sonra ölkə başçısı xalqa müraciət edib. O, bildirib ki, Şuşa işğaldan azad olunub. Xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev çoxdan […]

Ehtiyatlı ol, Azərbaycan əsgəri!

Salam əsgər! Sən məni tanımasan da mən səni ən əziz, ən doğma adamım kimi tanıyıram. Tozun-torpağın içində, mərmi yağışlarının altında dayanmadan irəlilədiyini görürəm. Bizim  otuz il əvvəl buraxdığımız səhvləri aradan qaldırmaq, Azərbaycana diplomatiya dərsi keçənlərə yeni Azərbaycan tarixini öyrətmək sənin öhdənə düşüb. Nə gizlədim, 90-cı illərdə mənfur düşmənlərimizlə savaşda biz döyüşü uduzduq. Onlara çoxlu kömək […]