Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Zəfərimizin 100 günü

Mingəçevir Gənclər Evi və minfo.az  portalının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərə Gedən Yol” layihəsi davam edir. Zəfərimizin 100 günü ərəfəsində layihənin növbəti qonaqları İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ordumuzun sıralarında düşmənə qarşı mübarizə aparan şəhərimizin və ailəmizin qəhrəmanları olub. Görüş Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə […]

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. Videokonfrans formatında təşkil olunan və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sisteminin videoqeydiyyat imkanının təqdim edilməsi olub. Azərbaycan İnternet Forumunun prezidenti, İctimai […]

Ömrünün 30 ilini qardaş ölkədə yaşayan Aygün Attar məsul vəzifəyə irəli çəkildi

Azərbaycanlı alim, professor Aygün Attar Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü təyin olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı ölkənin “Resmi Gazete”sinin 06  fevral 2021-ci il tarixli nömrəsində dərc olunub: “Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın imzasıyla yayımlanan atama kararına göre, Cumhurbaşkanlığı Güvenlik ve Dış Politikalar Kurulu üyeliğine Cumhurbaşkanlığı Teşkilatı Hakkında Cumhurbaşkanı Kararnamesi’nin […]

COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbəyə necə yazılmaq olar?

COVİD-19 xəstəliyi əleyhinə peyvənd olunmaq üçün elektron xidmətdən istifadə etməklə onlayn növbəyə yazıla bilərsiniz. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin its.gov,az veb səhifəsinə girib, menyunun  vətəndaşlar üçün bölümündən E-xidmətləri seçirsiniz. Və ardınca  COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə hissəsini tıklayırsınız. Oxucularımıza asan olması üçün biz bu prosesi bir qədər sadələşdirməyə çalışmışıq. Ən rahat […]

Pandemiya yükünün altında “boğulanlar”

Son 10 ildə şəhərdə çoxuşaqlı ailələrin sayı 4 dəfə azalıb Hazırda Mingəçevirdə mövcud olan 23,7 min ailənin  874-ü çoxuşaqlı (4 və daha çox övladlı) hesab edilir. Onların əksəriyyəti pandemiya dövründə ciddi çətinliklərlə üzləşiblər. Əməkdaşımızın  seçmə yolu ilə on ailə arasında keçirdiyi sorğu bu fikri deməyə əsas verir. Ailələrdən biri sağlamlıq, altısı təhsil, ərzaq və digər […]

İçməli suyun qiyməti 2 dəfə bahalaşdı

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, “Azərsu” ASC Şuraya müraciətində bildirib ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, […]

Sosial şəbəkələr həyatımıza necə təsir edir?

Bir neçə gün əvvəl ELTV-nin “Bu səhər” proqramı aparıcılar Zamiq Hacıyev  və Gülnar Musayevanın təqdimatında sosial şəbəkələrin həyatımıza təsiri və təhlükəsizliklə bağlı məsələləri  müzakirə etdi. 24-cü dəqiqədən verilişə biz də qoşulduq. Buyurun, izləyin.

Mingəçevirdə COVİD-19 virusuna qarşı vaksinasiyaya başlandı

Mingəçevirdə  əhalinin peyvənd olunması işlərinə başlanılıb. Bununla bağlı  şəhər Mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə  xüsusi vaksin otaqları və  peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Xəstəxananın Keyfiyətə Nəzarət rəhbəri Səadət Səmədova bildirib ki, prosesə  dünəndən etibarən start verilib: ”Mingəçevir şəhərində 3 vaksinasiya məntəqəsi var və hər birində  8 […]

STP-yə indidən sonra Ruslan Ağabəyli rəhbərlik edəcək

Sumqayıt Texnologiyalar Parkına (STP) yeni Baş İcraçı Direktor təyin olunub. Nəzdində bir sıra Biznes Vahidləri və Müştərək Şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir. Ruslan Ağabəyli istehsal sahəsində 20 illik peşəkar təcrübəyə malikdir. O, bundan öncə Lafarge-Holcim şirkətində Biznesin İnkişafı, Satış, Satınalma və İnsan Resurslarının İdarəolunması sahələrində yerli və beynəlxalq səviyyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb. […]