Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN LİDER NAMİZƏDLƏRİ

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin nəticəsi barədə ilkin məlumat yayıb. Mingəçevir Bələdiyyəsinə üzvlüyə 19 namizədin topladığı səs aşağıdakı cədvəldəki kimi göstərilib: NAMİZƏDİN SOYADI, ADI, ATASININ ADI TOPLADIĞI SƏS ALŞANOV VÜSAL ELŞAD OĞLU 7332 ZEYNALOV FİKRƏT QÜDRƏT OĞLU 7258 HİDAYƏTOVA GÜLNAR İLDRIM QIZI 7212 ABDULLAYEVA XƏDİCƏ ELXAN QIZI 7210 HƏSƏNOV FİKRƏT İSMİXAN OĞLU 7208 BAĞIYEV ABİD […]

Bu dəfəki seçkilərdə fəallıq hiss olunmadı

29 yanvar 2025-ci ildə Mingəçevirdə keçirilən Bələdiyyə seçkilərində səhər saatlarından başlayaraq, seçki prosesinin izlədik. 53 saylı Yevlax-Mingəçevir seçiki dairəsinin 38, 39, 40, 42, 43, 44, 45 nömrəli, 54 saylı Mingəçevir seçki dairəsinin 11,16, 25, 26, 36 saylı məntəqələrinə baş çəkdik. Bələdiyyə üzvlüyünə namizədlərdən Vahid Tanırverdiyev, Əfqan Şirinovl və Faiq Həmzəyevlə də qarşılaşdıq. Məntəqələrin əksəriyyətində həm […]

Mənzil Təsəsrrüfatı və Abadlaşdırma Müəssisəsinə yeni qurğu verildi

Yanvar ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında Çin istehsalı olan kommunal təyinatlı yeni texniki avadanlıq ictimaiyyət nümayəndələrinə təqdimat olunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, son 3 il ərzində büdcədənkənar vəsat hesabına şəhərin kommunal xidmət müəssisələrinə 10-a yaxın yeni qurğu alınıb: “23 metr yüksəkliyədək məsafədə işləməyə imkan verən bu […]

Mingəçevirdə 19 yer uğrunda 44 nəfər mübarizə aparacaq

53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən aldığımız məlumata görə, həmin dairə üzrə Mingəçevir bələdiyyəsi üzvlüyünə aşağıdakı namizədlər qeydə alınıb: HEYDƏROV Akif İbad oğlu 1957-cı ildə anadan olmuşdur. Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 51/40-da yaşayır. Pensiyaçıdır. Namizədliyi özü tərəfindən irəli sürülmüşdür. Bitərəfdir. QULİYEV Anar Kamil oğlu 1975-ci ildə anadan olmuşdur. Mingəçevir şəhər Dilarə Əliyeva küçəsi, ev 14, […]

11-ci Youth Speak Forum və World’s Largest Lesson layihələri başa çatdı

Azərbaycan Gənclər Fondunun dəstəyi və AIESEC Azərbaycanın təşkilatçılığı ilə 11-ci Youth Speak Forum keçirilib. Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” mövzusunda və COP29 çərçivəsində baş tutub. Məqsəd gəncləri bir araya gətirərək müxtəlif aktual mövzularda müzakirələr aparmaq və onların dünyagörüşünü genişləndirmək idi. Bu barədə AlESEC Azərbaycan təşkilatından lokal komitə üzrə əməkdaşlıq sədri  Aysel Qələndərova məlumat verib. […]

Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyaları nümayiş olunub

Mingəçevir Turizm Kollecində Zəfər Günü ərəfəsində Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib. Açıq hava şəraitində təşkil olunmuş sərgidə əllidən çox şəhidin şəxsi əşyaları nümayiş etdirilib. Zəfər Gününün 4-cü ildönümünə həsr olunmuş sərgidə öncə  Birinci və İkinci  Qarabağ müharibəsi, Aprel döyüşləri və Antiterror əməliyyatları zamanı şəhid olmuş igidlərimizin əziz ruhuları bir dəqiqəlik sükutla […]

“Sağlam Yaşam”a gəlin

“SAĞLAM YAŞAM” Sosial Sahibkar Müəssisəsi Mingəçevir Resurs Mərkəzinin nəzdində  yaradılıb və 2024-cü ilin oktyabr ayından fəaliyyətə başlayıb. “Vahid pəncərə”də psixoloji dəstək, hüquqi yardım və mühasib məsləhəti verir. Qarabağ qaziləri və işsiz gənc analara xidmətlər güzəştlidir. Psixoloji dəstək: Özünə qapanma Özünə inamsızlıq Mənfi düşüncə Post travmativ vəziyyət Ematiya (qarşındakı insanı anlamaq) və adaptasiya problemləri Motivasiya Problemin […]

Ofisdə təmir işləri aparılması üçün təklif elanı

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə “Mingəçevir Resurs Mərkəzi” MMC təşkilatın Mingəçevir şəhəri, Rəsul Rza küçəsi, 23 saylı ünvanda yerləşən ofisində yüksək keyfiyyətli təmir işləri aparılması üçün fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir:   Adı Ölçü vahidi Miqdarı 1 Döşəmənin dəyişdirilməsi (metlax […]

Cismən aramızdan getsə də Bayram Mustafanın yeri həmişə görünəcək

Bayram Mustafa uzun illər dövlət orqanlarında çalışsa da vətəndaş cəmiyyətinin, xüsusən mətbuatın dostu və hətta nümayəndəsi kimi yadda qaldı. Şəhərdə və ölkədə baş verən proseslərə qələmə sarılmaqla münasibətini bildirir, neqativ halları tənqid etməkdən çəkinmirdi. Mingəçevir dənizinin altında qalan Samux dərdi isə onun yaralı yeri idi. Kimsə bu mövzuya qeyri-peşəkarcasına yanaşanda dözmür, inciyir və hər yerdə, […]

Mingəçevirin Energetiklər qəsəbəsində yolayrıcı zibil yerinə çevirlib

Mingəçevirin Energetiklər qəsəbəsində,  Fazil Əzimov və Cəmil Əliyev küçələrinin kəsişməsində olan yolayrıcı zibil poliqonuna oxşayır.  Bəzi vətəndaşlar və sürücülər məişət tullantılarını zibil maşınına deyil, yola atmağa vərdiş ediblər. Xüsusən ətraf küçələrdə yaşayan sakinlər öz avtomobilləri ilə gətirdikləri zibil torbalarını həmin əraziyə boşaldırlar. Üfunət iyindən yoldan keçmək olmur. Axşam saatlarında isə oradan keçmək təhlükəlidir, çünki əraziyə […]