Demokratik dövlətdə azad media necə dördüncü hakimiyyətə çevrildi?
Ötən əsrin 90-cı illərində 70 ildən bəri dünyanın başına tərs dəyirman fırlatmış “Sovetlər Birliyi” adlı qırmızı imperiyanın süqutu gedişində Azərbaycan xalqı ərazi bütövlüyünün qorunması və itirilmiş dövlət müstəqilliyinin bərpası uğrunda ölüm-dirim savaşı aparırdı. Bu müqəddəs dava kommunist ideoloji sistemi içərisində əridilmiş milli demokratik jurnalistikamızın da dirçəldilməsi ilə müşayiət olunurdu. Bu zəmində yeni siyasi qüvvələrin və […]