Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Texniki Humanitar Liseydə STEAM Festivalı

Mayın 13-də Mingəçevirdəki Texniki Humanitar Liseydə STEAM Festivalı keçirilib. Liseyin şagirdləri tədbirə gələnləri vətənpərvərlik mövzusunda mahnılarla qarşılayıblar. Onların maraqlı kompozisiyaları və yeni texnologiyanı əks etdirən rəqs nömrələri əksəriyyətin diqqətini çəkib. Bundan sonra festivalın əsas hissəsi olan sərgiyə baxış olub. Altı bölmədən ibarət sərgidə məktəblilər  hazırladıqları məhsulları və layihələri təqdim edib, robot və  leqoları nümayiş etdiriblər. […]

Cavanşir Yusubov: “Zəngəzur dəhlizi beynəlxalq yükdaşımaları üçün yeni və əlverişli bir yol olacaq”

Ölkə Prezidenti cənab İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında vurğuladığı kimi, 30 il davam edən işğal dövrü ərzində ermənilər bizim torpaqlarda vandallıq və talançılıqla məşğul olmuşlar. Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu […]

Cavanşir Yusubov: “Heydər Əliyev Tanrının xalqımıza bəxş etdiyi nadir şəxsiyyətdir”

Viktor Mari Hüqo deyib: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, […]

Bu gün Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində 5 ölkənin idmançıları   akademik avarçəkmə üzrə  güclərini sınayıblar (Yenilənib)

Bu gün, mayın 7-də səhər saatlarından  Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində 5 ölkənin idmançıları   akademik avarçəkmə üzrə  güclərini sınayıblar. Hazırda Kür sularında avarçəkmə  üzrə reqata  başa çatmaq üzrədir. Gün ərzində yarışın yekunu barədə ətraflı məlumat verəcəyik Xəbər verdiyimiz kimi, mayın 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə […]

Mingəçevir Gəncləri 1 yaşında

Konfransda şəhər rəsmiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, nümayəndəliyin Gənc Könülləri və şəhərin aktiv gəncləri iştirak edib. Konfrans istedadlı gənclərimizin sintez etdikləri musiqinin ifa olunması ilə başlayıb. Mərkəzimizin direktoru Vüsal Mahmudov konfrans iştirakçılarına 1il ərzində həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verib. Konfransda şəhər rəsmiləri GİKM-in Mingəçevir nümayəndəliyinin […]

QAYIDIŞA APARAN CIĞIR

1.ÜMUMİ MƏLUMAT 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – keçmiş Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox […]

Flora Namazova: “Mən daha köçkün deyiləm”

31 mart Azərbaycanlıların Soyqırımı günündə mingəçevirlilər Şəhidlər Xiyabanına gələrək, Soyqırım abidəsi önünə toplaşıblar. Şəhidlərin ruhuna Quran oxunub, soyqırım qurbanlarının xatirəsi yad edilib, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, 17 saylı məktəbin direktori Ceyhun Atayev son 200 ildə Qafqazda, türk soylu insanların yaşadıqları ərazilərdə erməni vandalizminin törətdiyi vəhşilikləri yada salıblar. Köçkün kimi Mingəçevirdə məskunlaşan MDU-nun […]

Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi […]

“Oğul” filmi mingəçevirli Natiq Qasımovun böyüdüyü şəhərdə nümayiş olundu

Martın 14-də Mingəçevirdə Heydər Əliyev Mərkəzində Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan film 1992-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı əsir götürülən və itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışı barədədir. 47 dəqiqəlik film 2021-ci ildən etibarən beynəlxalq film festivallarında təmsil olunur. Baxışda şəhərin hökumət rəsmiləri, şəhid valideynləri, ictimaiyyət nümayəndələri […]

Yaza-yaza şəhidləşən Faiq İsmayılov 60  yaşa çatdı

31 yaşında dünyasını dəyişən Faiq bəy “İynə boyu şeirlər”i və hekayələri, publisistik məqalələri “dişlərini dişlərinə sıxaraq” yazırdı 31 yaşında dünyasını dəyişən rejissor və aktyor, yazıçı və publisist Faiq İsmayılovun 60  yaşı oldu.  Bu münasibətlə Mingəçevir Gənclər Evinə toplaşanlar öncə Faiq bəyin məzarı önündə çəkilmiş sənədi filmə baxdılar.  Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Zahid Qasimlı,  Əməkdar jurnalist, “Mingəçevir […]