Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Əliağa Vahid küçəsinin sakinləri Mingəçevirin icra başçısından nə istədilər?

Aprelin 24-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əliağa Vahid küçəsindəki 4/1 saylı binanın qarşısında sakinlərlə görüşdü. Görüşə  Aydın Məmmədov, Nizami və Xətai küçələrindən də  dərd-sərlərini deməyə gələnlər vardı. Ən çox narahatlıq doğuran məsələlər işsizlik, kanalizasiya sularının zirzəmilərə axması, yaşıllığın suvarılması və təhlükə yaradan ağacların kəsilməsi, həyətlərin işıqlandırılması ilə bağlıydı. Məlum oldu ki, şəhərdə […]

İlham İsmayılov: “Çox məmnunuq ki, “Sahil” parkının qanunsuz “sahibkarlardan” təmizlənməsində media bizə dəstək oldu”

“Dövlət qulluğu güzəştlər əldə etmək deyil, məsuliyyətdir, xalqa xidmət etmək üçün fürsətddir. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz xalqın qulluqçularıyıq. Təəssüf ki, bəzi dövlət qulluqçuları vəzifələrini ləyaqətlə yerinə yetirmir, nəticədə sadə vətəndaşlar əziyyət çəkirlər ”. Bu fikirləri iyunun 23-də dövlət qulluqçularının peşə bayramında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səsləndirib. Başçı bayram münasibətilə həmkarlarını […]

Sakinlər icra başçısına dedilər ki, zirzəmilər kanalizasiya suları ilə dolur

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyunun 10-da növbəti səyyar görüşünü keçirib. Ü.Hacıbəyov, M.Maqomayev  Rəsul Rza küçələrinin kəsişdiyi məhələdə baş tutan görüşdə sakinlər narahatlıq doğuran bir sıra problemləri qaldırıblar. Belə ki, mövcud ərazidəki çoxmənzilli binalarda zirzəmilərin kanalizasiya suları ilə dolması baş verir, bu isə xəstəlik yayan həşaratların, xüsusən ağcaqanadların yayılnasına səbəb olur. Cavabdehlik daşıyan […]

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da İctimai Şura yaradılacaq

Xəbər verdiyimiz kimi, indiyədək əksər bölgələrin İcra hakimiyyətləri yanında ictimai şuralar fəaliyyət göstərsə də, bu günə qədər Mingəçevirdə yaradılmayıb. Bu haqda mayın 26-da Gəncədə keçirilən zona konfransında məlumat verilmişdi. Nəhayət, Mingəçevirin yerli hökuməti də tilsimi sındırmaq istəyir. İyunun 9-da İH-nin veb səhifəsində yerləşdirilən elandan aydın olur ki, İH-də seçki komissiyası yaradılıb və seçkilərdə iştirak etmək […]

Yerli icra hakimiyyətləri “QHT ziyarətləri”nə gələnlərin tənqid atəşində

Bir müddətdir ki, “QHT ziyarətləri” layihəsi çərçivəsində bölgələrə səfərlər təşkil edilir, regionlardakı vətəndaş cəmiyyəti təşkilatlarının real vəziyyəti yerində öyrənilir. Bu, əvvəllər də arzulanırdı, amma QHT Şurası paytaxtdakı məşhur otellərdə 400-500, bəlkə də daha çox iştirakçını bir araya gətirməklə işini bitmiş hesab edirdi. Bir saatdan sonra zalın yarısı boşalırdı, çünki Gəncədən, Zaqataladan, Qazaxdan  və digər bölgələrdən […]

Məktəb İctimai Şuraları təhsilə və valideynə dəstək göstərə bilər

“Mingəçevir Valideynlər Assosiasiyası” ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində 2022-ci ilin fevral-may aylarında  “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirib. Layihə çərçivəsində  4 məktəbin qarşısında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə sorğu aparılıb. məktəblər üçün Nümunəvi Nizamnamə və Fəaliyyət Planı, İctimai Şuranın Əsasnamə layihəsi hazırlanıb, valideynlər, həm də məktəblərin müəllim və […]

Təhsili evdən məktəbə necə qaytara bilərik?

Təhsil elə sahədir ki, harda yaşamağımızdan, hansı peşədə çalışmağımızdan asılı olmayaraq, laqeyd qala bilmərik. Xüsusən son illərdə məktəbin evlərə köçməsi, valideynlərin təhsil ocağına deyil,  fərdi  repetitorlara önəm verməsi və sonda məktəbin imicinin itməsi çox ağrılı haldır. Bəs nə etməli? Bu məqsədlə mayın 23-də Kanal S-də “Valideynlərin məktəb idarəçiliyində rolu”  barədə müzakirə apardıq, orta məktəb təhsilinin […]

“İlin Qızıl Şagirdi” məntiq olimpiadasında “Qızıl medal” qazandı

Mingəçevirdəki Texniki-Humanitar Liseyin 5-ci sinif şagirdi Hüseyn Əhmədli Lütfi Zadə adına məntiq olimpiadasında “Qızıl medal” qazanıb. O, olimpiadanın riyaziyyat /məntiq bölümündə rəqiblərini geridə qoyaraq, region üzrə ən yüksək göstəriciyə nail olub. Liseyin direktoru Nailə Məmmədova deyir ki, Hüseyn məktəbdə ən çox uğur qazanan şagirddir: “O, hətta “İlin Qızıl Şagirdi” adına layiq görülüb”. Lütfi Zadə adına […]

Mingəçevir şəhər stadionunun təmirinə başlanıb

Mayın 19-da İcra Hakimiyyətinin başçısı İlham İsmayılovMingəçevir şəhər stadionuna baxış keçirib. O, ərazini gəzib, təmir işləri aparan Mənzil Kommunal Təsəsrrüfat İstehsalat Birliyinin və yerli Bələdiyyənin işçilərinə  göstərişlərini verib, Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə […]

Rövşən Rzayev: “Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzil məhkəmə yolu ilə boşaldılacaq”

Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların  əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış […]