Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Nəcəf kişinin toyu 7 gün, 7 gecə çəkib

“Novruz əsl müsəlman bayramıdır. İlin təzələnməsidir. Camaat bu bayrama həftələrlə hazırlıq görərdi. Elə olardı ki, insanlar yığılıb heyvan kəsərdi. Çalğıyla keçirərdilər Novruzu. Gənclər dəstələrlə qodu-qoduya gedərdilər, tonqalın ətrafında “Yallı” oynayardılar. O vaxt çox yaxşı keçərdi bu bayram. Heyif deyildi o vaxtlar. Ey, ay bala, o vaxt insanlar bir-birini başa düşərdi. İndi elə şeylər yoxdu”. 84 […]

Mingəçevir teatrının qəhrəmanlıq dərsi

Tamaşa fevralın 15-də baş tutdu. Biz təxminən saat yarım ərzində qəhrəmanlıq səhnələrinin şahidi olduq. İlk məvacibini alıb atasına gətirən Rəhimov Ramiz Musa oğlunun dünyasını dəyişmiş anasının ruhu ilə görüşü, “Getmə, oğul!” deməsinə məhəl qoymayaraq, Əfqanıstana yollanması, ağır döyüşlərin birində güləyə tuş gəlməsi səhnəsini teatrın peşəkar və həvəskar aktyorları məharətlə ifa edə bildilər. Oxşar taleni yaşamış […]

Müəmmalı sayğac əməliyyatı

“Təchizatçı sayğacın dəyişdirilməsi marağındadırsa, bunu öz vəsaiti ilə və istehlakçının razılığı əsasında edə bilər” Sayğacın kartı sahibkara verilmədi “Foto Mirzə” atelyesini Mingəçevirdə hamı tanıyır. Əvvələr burda Mirzə kişi çalışırdı, indi isə oğlu Elşad Mirzəyev atasının peşəsini davam etdirir. Şəhərdə keyfiyyətli iş gördürmək istəyənlərin əksəriyyəti bura üz tutur. Amma 2009-cu ilin yayında E.Mirzəyev müştərilərindən imtina etməyə […]

Kimdir müqəssir: ana, ata, yoxsa biz?

“Biz kimin üçün qazanırıq?” Xəyal hər gün anasından 50-60, bəzən 70 manat pul alırdı. Mehralı müəllim iş adamıydı və yaxşı qazanırdı, amma son aylara qədər bilmirdi ki, həyat yoldaşı ərköyün böyüyən oğlunu bircə gün də olsun “cibxərcliyi” vermədən evdən buraxmır. “Biz kimdən əskiyik? Niyə də tay-tuşlarının yanında utansın”. Ana belə düşünürdü. Hətta əri oğluna verilən […]

“Mənim mülküm – mənim qalam”

Qapını döyən kimdir? Kür çayı ətrafındakı mülk sahibləri son günlər səksəkəlidirlər. Mingəçevirdə beynəlzxalq səviyyəli Olimpiya Təlim İdman Mərkəzinin inşası ilə əlaqədar vətəndaşların sahil boyu torpaqlarının əllərindən alınacağı, o çümlədən tikililərinin, yaşayış evlərinin tezliklə söküləcəyi barədə söhbətlər səngimək bilmir. Şəhər İcra Hakimiyyəti başçısının müavini Valeh Əliyevin bəyanatı isə ciddi narahatlıq yaradıb: “Keçmış “Kümbəzin” yalnız bir hissəsinə […]