Browsing author

Esmira Hidayətova

Yerli mingəcevirlilər ilk gündən kockunlərə dayaq olublar

Fizuli Əhmədov 1978-ci il dekabr ayının 9-da Ağdam rayonun Boyəhmədli kəndində anadan olub.  Dediyinə görə, atası Nəsir kişi uzun müddət sürücü işləyib, anası isə ibtidai sinif müəllimi olub. Onların hər ikisi dünyalarını dəyişib. 1993-cü ildə, 9-cu sinifdə oxuyanda Mingəçevirə pənah gətirib. 2002-ci ildə BDU-nin Şəki filialinin tarix fakültəsini bitirən həmsöhbətimiz deyir ki, hərbi xidmətdən sonra, […]

Dövlət qulluqçularına mükafatlar verilib

Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə iyunun 23-də DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin sədri Səbuhi Abbasov bir neçə təşkilat nümayəndəsini təbrik edib, onlara səmərəli fəaliyyətlərinə görə təmsil etdiyi qurum adından diplom və hədiyyələr təqdim edib. Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov və idarə ilk həmkarlar təşkilat sədri Almaz Orucova, ƏSSM Məşğulluq Mərkəzi Mingəçevir şəhər şöbəsinin […]

15 yaşlı gənc traktorun altında qalıb

Bərdənin Yeni Daşkənd kəndi ərazisində 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu traktorun altında qalıb. O, otlaq sahədə işləyən zaman  traktor üzərinə aşıb. E.Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən  yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Gecə saatlarında vanna otağında yanğın baş verib

Mingəçevirdə,  V.Abdullayev küçəsindəki 5 saylı ünvanda yanğın baş verib. Şəhər Ynağından Mühafizə Xidmətinin məlumatına görə, beş mərtəbəli binanın 4-cü mərtəbəsində, mənzilin vanna otağındakı    elektrik havalandırma pərində yaranan qısaqapanma yanğına səbəb olub. Hadisə yerinə cəlb olunan 3 yanğınsöndürmə briqadası vanna otağında alovu söndürərək, yanğının digər otaqlara keçməsinin qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bələdiyyə üzvləri yerli jurnalistlərlə görüşüb

Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev iyunun 19-da yerli media nümayəndələri ilə görüşüb. Sosial izolyasiyanı qorumaqla  keçən görüşdə bələdiyyə sədri qeyd edib ki, Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunmasa da, Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrupun xəttilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl olunur: “Şəhər Bələdiyyəsi də əhali arasında tibbi […]

Mingəçevirdə yardım göstərmək adı ilə evə basqın edənlər saxlanıldı

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə  daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına  xəsarət yetirib qaçması barədə məlumat vermişdik. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirildiyinə görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon […]

Külək ağacı avtomobilin üzərinə salıb

Hadisə Goranboyda baş verib. Qəfil güclənən külək iri tut ağacaını rayon sakininə məxsus “Vaz” markalı minik avtomobilin üzərinə aşırıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə kimsə olmayıb. Aşan ağac maşına ciddi ziyan vurub. Sakinlər bildirib ki, rayon ərazisində qəfil qasırğaya bənzər təbiət hadisəsinin ardından güclü yağış da yağıb.

Mingəçevirdə Milli Qurtuluş günü video konfrans formatında keçirilib

Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə Milli Qurtuluş gününü qeyd edib. Öncə şəhər rəhbəri İlham İsmayılov və YAP şəhər təşkilatının sədri Cavanşir Yusifov Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra video konfrans açıq elan edilib. İcra Hakimiyyəti başçısı bildirib ki, 15 iyun –Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik […]

Elman Rüstəmov həm oğurluq etməkdə, həm də narkotik vasitə daşımaqda ittiham olunur

Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası  və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə […]

Goranboyun dağ kəndlərinə dolu yağıb

Təbiət hadisəsi Goranboy rayonunun Todan,  Mənəşli kəndlərinə ciddi ziyan vurub. İri buz parçaları Todan kəndində taxıl, kartof və meyvə bağlarını yararsız hala salıb. Kənd sakinləri bildirdiklərinə görə, əvvəl yağış, ardından dolu yağıb. Dolu qısa müddətli olduğundan evlərin dam örtüklərinə ziyan vurmayıb. Hazırda rayon ərazisində yağmurlu hava müşahidə edilməkdədi.