Browsing author

Esmira Hidayətova

“Miraj” kafesinin icarədarına 3100 manat cərimə kəsildi

Mingəçevirdə xüsusi karantin rejimini pozan kafe aşkarlanıb. Şəhərin H.Hüseynov küçəsində yerləşən”Miraj” kafesinin icarədarı epidemiya əleyhinə rejim qaydalarını pozaraq müştəri qəbul edib. Polis tərəfindən aşkarlanan kafenin icarədar Yaşar Mövsümov barəsində toplanan materiallar baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib. Ona 3100 manat cərimə kəsilib.

Avtobuslarda və mağazalarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdi

Bu gün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda reyd keçirib və tibbi maskadan istifadə etməyən şəxsləri müəyyənləşdirib. Şəhərdaxili marşrut avtobuslarında fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyənlərə karantin rejiminin qaydaları izah olunub, barələrində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol yazılıb və cərimə tətbiq edilib. Reyd mağazalarda da davam etdirilib. Burada […]

Tezliklə Mingəçevirdə 1000 nəfərdən artıq insanın işləyəcəyi bir müəssisənin yaradılması planlaşdırılır

Mingəçevir şəhərində park və xiyabanlarda yenidənqurma işləri davam etdirilir.  Bu  gün  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Qurucular” parkında və H.Aslanov küçəsində aparılan işlərin vəziyyəti ilə tanış olub. Qeyd edək ki, artıq H.Aslanov küçəsində işlər yekunlaşmaq üzrədir. Başçı bildirib ki, məqsəd bu şəhəri ən gözəl şəhərə çevirməkdir: “Nümunəvi məhəllələr yaradılacaq, şəhər başdan-başa yaşıllığa bürünəcək. Yaşıllığın […]

Zamanovlar ailəsi yas məclisini xeyriyyə tədbirinə çevirdi

Koronavirusla əlaqədra insanların bir araya toplaşması yoluxma riskini artırdığından yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Mingəçevirdə yaşayan Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyub. Ürək çatışmazlığından vəfat etmiş  həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini xeyirxah bir qaydada qeyd ediblər. Onlar şəhərdə sərtləşmiş karantin rejiminə görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı […]

Karantin qaydalarını pozan vətəndaşlar market və apteklərdə yaxalandılar

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində Mingəçevirdə də  bir sıra məhdudiyyətlər həyata keçirilir. Dünən axşam saatlarında Mingəçevir Şəhər Polisi iri marketlərdə və apteklərdə reyd keçirib. Karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələr və Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumatlar verilib.  Vətəndaşlara məsləhət görülüb ki, […]

İlham İsmayılov: “Mən prezidentin diqqətinə onu da çatdırdım ki, Mingəçevirin əsas problemi işsizlikdir”

Mingəçevirin park və xiyabanlarında yenidənqurma işləri davam etdirilir. Qurucular parkı isə tamailə yenidən qurulacaq. Bu barədə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyulun 7-də mövcud ərazidə jurnalistlər və yerli sakinlərlə görüşərkən məlumat verib. Bildirib ki, parkın görkəmi şəhərin və insanların zövqünə uyğun deyil: “Memarlıq şöbəsi tapşırığıma əsasən ərazinin bərpa  layihəsini hazırlayıb. Layihə parkıda, uyğun yerdə […]

QHT nümayəndələri polis işçiləri ilə birgə həyətlərə gəldilər

Mingəçevirdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində maarifləndirmə işləri davam etdirilir. Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, ictimai monitorinq qərargahının rəhbəri Füzuli Əsədov  və şəhər polis şöbəsinin əməkdaşları həmin məqsədlə iyulun 6-da Energetiklər qəsəbəsində olublar. Onlar […]

Polis əməkdaşları ticarət və ictimai-iaşə obyektlərində

Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Mingəçevirdə təxirəsalınmaz tədbirlər görülür. Bununla bağlı şəhər polis idarəsinin əməkdaşları  iyulun 4-də fəaliyyətinə icazə verilmiş ticarət və ictimai-iaşə obyektlərində olublar. Onlar işçi heyəti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin,  sanitar-gigiyenik […]

Xəstəlik yaradan şirin sular

Qızmar yayda ən çox tələbat duyulan məhsul sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içənlərin əksəriyyəti isə bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir… Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda  ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir. Küçələrdə satılan rəngli […]

QAC 120 ailəni sevindirdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və  Qızıl Aypara Cəmiyyətinin xətti ilə şəhərdə 120 imkansız ailəyə – ailə vəziyyəti ağır olan, nənə-baba himayəsində yaşayan uşaqlara,  xəstələrə və digər kateqoriyadan olan şəxslərə  gigiyenik bağlama çatdırılıb. Eyni zamanda küçə və marketlərdə insanlara, xüsusən valideynlərə COVİD-19-a yoluxmamaq üçün məsləhətlər verilib və bukletlər paylanılıb.