Browsing author

Esmira Hidayətova

Mingəçevirdə ana və övladı doğuşdan sonra dünyasını dəyişib

Mingəçevir şəhərində gənc ana doğuş zamanı övladı ilə birgə ölüb. Hadisə oktyabrın 20-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızı ikinci övladını dünyaya gətirməsi üçün doğum şöbəsinə aparılıb. Doğuş zamanı qadının vəziyyəti qəflətən pisləşib və onun bədənində yüksək temperatur və üşütmə halları baş verib. Ona […]

Şəkərli diabetdən əziyyət çəkənlərə xoş xəbər

Hələ 10 il əvvəl şəkərli diabet nisbətən nadir hallarda təsadüf edilən xəstəlik olsa da hazırda onu haqlı olaraq əsrin epidemiyası adlandırırlar. Çünki bu xəstəliyin yayılması miqyası ilbəil genişlənir. Şəkərli diabet hər il külli miqdarda insanın ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərdən biridir. Rəsmi statistikaya görə hazırda Azərbaycanda təqribən 170 min şəkərli diabet xəstəsi var. Lakin bu, […]

“Bu şəhər bizə doğmadır”

Əvvəlcə, yaşadıqları Vəli Hüseynov küçəsi 13/62 ünvanına gəlib, köhnə qonşularla görüşüblər. Onlar – Lebedev Nikolay, onun həyat yoldaşı Lebedev Vera, İvanovka kəndinin kolxoz sədri Minnikov Qriqori Mixailoviç və onun həyat yoldaşı Azərbaycanı qarış-qarış gəzərək, Mingəçevirə də gəliblər. Nikolay deyir ki, Mingəçevirdə doğulub boya-başa çatıb. 1988-ci ildən bu yana Mingəçevirə gəlməyib. Aradan uzun müddət keçməsinə baxmayaraq, […]

Azərbaycanlı gənclərin dünyagörüşü artır

“Hələ 8 saylı tam orta məktəbdə oxuyarkən ingilis dilinə böyük marağım var idi. Məndə olan bu həvəsin reallaşmasında ingilis dili fənnini tədris edən Rahilə müəllimənin rolu çox böyükdür. İngilis dili dərslərini öyrənməklə bərabər, həm də əlavə məşğələlərə gedirdim. Orta məktəbi qurtardıqdan sonra sənədlərimi Mingəçevir İdman və Turizm Kollecinin ingilis dili ixtisasına verdim”. Bu sözləri qəzetimizə […]

Cəlal Əmirov 9 yaşından bənnalıqla məşğuldur

Bənna bir tikili inşa edərkən daşları elə qoymalıdır ki, birinin çıxıntısı o birsinin qısalığı ilə tən gəlsin.Tikinti sahəsində fəaliyyət göstərən peşəkar ustalardan biri də 28 yaşlı Cəlal Əmirovdur. Söhbət açacağımız bənna işinin ustasıdır. Cəlal ailəsi ilə 1989-cu ildə mənfur erməni quldurlarının torpaqlarımıza göz dikməsi nəticəsində Qərbi Azərbaycandan qaçqın düşərək, Mingəçevirə pənah gətirib. O zaman Cəlalın […]

“Bu xəbəri eşidən kimi uşağı həkimin yanına gətirdik”

3 ilə yaxndır ki, Mingəçevir şəhər xəstəxanasının cərrahı Kamran Qafarov Ramazan ayında öz təşəbbüsü ilə imkansız ailələrin övladlarına, Mingəçevirdədaki uşaq sanatoriyasında yaşayan oğlanlara sünnət edir. Onun xidmətindən Oğuz, Şəki və Yevlax sakinləri də istifadə edirlər. 1 ay boyunca hər gün 10-12 uşağa sünnət edən həkimin bildirdiyinə görə, uşağın ən böyüyünün 13 yaşı olub: “Bu gözəl […]

Yerlərdə hakimiyyət və digər qurumların KİV-lərlə əlaqəsi zəifdir

Bu gün Azərbaycanda çoxsaylı qəzet-jurnallar, digər media vasitələri fəaliyyət göstərir. Həmin KİV-lərdə isə yüzlərlə bacarıqlı insanlar çalışırlar. Milli mətbuat günü ərəfəsində onlardan biri ilə -İnqilab Şrinbəyli ilə müsahib olduq. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. H.Zərdabi mükafatının qalibidir. 2009 cu ildən El-televiziya şirkətinin əməkdaşıdır, 2013-cü ilə qədər xəbərlər departamentinin direktoru olub, “Elimizdən xəbər” İnfo xəbərlər, ”İndiki zaman“ […]

Qum-cınqıl karxanaları mədən vergisini ödəməkdən boyun qaçırırlar

Mingəçevir Bələdiyyəsi 12 dekabr 1999 cu ildə yaradılıb. Bələdiyyənin mülkiyyətində iki park, 8 fəvvarə var. O, büdcəsinə uyğun olaraq, park və fəvvarələrdə, məhəllələrdə tikinti-abadlıq işləri aparır. Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi məhəllə komitələri vasitəsi ilə həyata keçirilir. Hazırda bələdiyyənin şəhərin müxtəlif ərazilərini əhatə edən 90 məhəllə komitəsi var. 7 aydır ki, bələdiyyəyə Coşqun Abdullayev […]

“Sındıra-sındıra oynamağı hər adam arzulayır, amma hamı bacarmır”

Təkcə istəməklə deyil, həm də yaxşı oynaya bilmək üçün qabiliyyətin olmalıdır. Rəqs etməyi bacaran insanlar həm də ondan zövq alırlar, rahatlanırlar, stress atırlar. Rəqs həm də bir mədəniyyətdir. Etiraf edək ki, oynayanlar çox olsa da, əsl rəqs haqqında dərin anlayışa malik olanların sayı azdır. El şənliklərində, toylarımızda bəziləri necə gəldi oynayır, eyni hərəkətləri təkrar edirlər. […]

Əbəs yerə yaşanmayan 37 il və bir ömür

“Jurnalist öz adını yazdıqları ilə əbədiləşdirir. Əgər bizlərdən hər birimiz öz sahəmizdə belə bir yaddaqalan iş görmüşüksə, deməli, əbəs yerə yaşamamışıq”. Bu sözləri 37 il jurnalistika sahəsində külüng çalmış, indi isə təqaüddə olan Pənah Qurbanzadə bizimlə söhbətində dedi. Pənah müəllim sakit bir məkanı – təbiətin qoynunu seçib, burada həm əkib-becərməklə, həm də yaradıcılıqla məşğul olur. […]