Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova: ”Elə bildim oğullarım gəlib məni təbrik etdilər”
Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiya 7 saylı tam orta məktəbin həyətində baş tutub. Burada 44 günlük Vətən Müharibəsinin Mingəçevirdən olan 51 şəhidinin hər birinin adına bir sərv ağacı əkilib. Aksiyaya məktəb direktorları və şəhid valideynləri də böyük həvəslə qoşulub. Şəhid Atiq […]