Browsing author

Esmira Hidayətova

Məsuliyyətsiz sürücülərə qarşı mübarizə tədbirləri gücləndirilir

Mayın 8-də  Mingəçevirdə  sərnişin daşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd keçirilib.  Reyd 1 saata yaxın davam edib. Mingəçevir şəhər DYP bölməsinin rəisi,  polis polkovnik-leytenantı  Bəlyar Bəşirli müxbirimizə bildirib ki, reyd ərzində nasaz vəziyyətdə 8 saylı marşurut  avtobusunu  idarə etdiyinə görə  2 nəfər, müvafiq sürücülük kateqoriyası olmadığına görə  1 nəfər, təhlükəsiz kəmərindən istifadə etmədiyinə görə […]

Başçı veteranlara baş çəkdi

Alman faşizmi üzərində tarixi qələbə xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. O vaxtdan  72 il  keçməsinə baxmayaraq,   qələbə sevinci müharibə  veteranlarını tərk etmir. Zaman veteranların sıralarına “əl gəzdirsə” də,  vətənin bir çağırışı ilə onların yenidən silaha sarılmaq əzmini qıra bilməyib. 97 yaşlı Milan Yusifov və  Baba Əliyev, 94 yaşlı Nadejda Orucova və Seyidağa Ağayev,  92 yaşlı Əmrah Rzayev  onları yad edən hökumət və bələdiyyə rəhbərlərinə […]

Mingəçevirdə sərnişin avtobusu ilə “Kamaz” markalı maşın toqquşub

Bu gün səhər  9 radələlərində Mingəçevirdə  8 sayli şəhərarası marşrutla işləyən avtobus  “Kamaz-6511” markalı yük maşını ilə  toqquşub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Avtovağzal istiqamətindən Yüksək Texnologiyalar Parkı səmtinə hərəkət edən  Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi  “32 BC 969” dövlət qeydiyyat nişanlı  sərnişin avtobusu qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin […]

Sələmçi ananın oğlu həyat yoldaşını qətlə yetirdi

Hadisə ötən gecə Mingəçevir şəhərinin  Xətai küçəsindəki 16 saylı ünvanda, yaşayış   binasında   qeydə alınıb. Şəhər sakini Kənan Əzizov  aralarında baş verən ailə münaqişəsi zəminində iki uşaq anası olan həyat yoldaşı Əzizova Günel Yusif qızını amansızcasına qətlə yetirib. Mərhumənin  bacısı Gülşən xanımın verdiyi məlumata görə,  iki uşaq anası Günel Əzizovaya əri 25 bıçaq zərbəsi vurub,  başından […]

Maşın yoxuşa düşsə də xoşbəxtlikdən sürücü sağ qalıb

Hadisə Mingəçevir şəhərində baş verib. Şəhərin Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən “Mersedes-E230” markalı 09 BJ 440 dövtət –qeydiyyatı nömrə nişanlı avtomobil 10-cu Bağ küçəsinin  kəsişməsində yol-nəqliyyat hadisəsi törədib. Sürücü Rauf Qabil  oğlu  Kərimov idarəetməni itirərək, öncə  metal işıqlanma dirəyinə, ardınca ətrafdakı ağaclara çırpılıb və yoxuşa düşüb. Dirək aşıb, yaşıllıqlar sıradan çıxıb. […]

Həmkarlar təşkilatı bir illik fəaliyyəti barədə hesabat verdi

Aprelin 28-də Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir  Komitəsinin  hesabat yığıncağı keçirilib.  Komitənin sədri Ülviyyə Vəliyeva  təşkilatın son bir ildəki fəaliyyəti  barədə məlumat verib, Şəhər Komitəsinin işinə kömək göstərən  İcra Hakimiyyəti başçısı Niyazi Bayramova və ilk təşkilatların rəhbərlərinə  təşəkkürünü bildirib. Komitə sədri vurğulayıb ki, təşkilat ulu öndər Heydər Əliyevin vaxtilə qarşıya qoyduğu […]

Mingəçevir nöbəti aprel şəhidini anıb

Azərbaycan ordusunun düşmənin təxribatlarına cavab olaraq, tarixi qələbə qazanmasından bir il ötür. Ötən ilin aprel ayında Ermənistan ordusunun çoxlu canlı qüvvə və hərbi texnikasını sıradan çıxaran  qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu da məhv edərək,  strateji yüksəklikləri azad etdilər. Bu zaman torpaqlarımızın qorunmasında Azərbaycanın igid oğulları mərdlik,vətənə sadiqlik nümayiş etdirdilər, düşmən tapdağı altında olan torpaqlarımızı […]

Goranboyda sevginin gücü

80 yaşlı Cahangir Quliyev sevdiyi qadına sadiqlik nümayiş etdirir.  Belə ki, 54 il öncə ailə quran Goranboy sakini dünyasını dəyişən həyat yoldaşından cismən ayrılsa da rühən onunladır. O, bildirdi ki,4 il öncə ömür-gün yoldaşı dünyasını dəyişib: “Ondan ayrı qalmamaq üçün  xanımıma məzar daşı hazırladan zaman öz şəkilimi də baş daşının yanında çəkdirdim. Düzdür, bu addımım […]

İmkanlı şəxslərin köməyinə ehtiyacı olan əlacsız ailə

Mingəçevirdə iki az yaşlı körpə səhhətindəki xəstəliklə bağlı göz görə-görə valideynlərinin imkansızlığı ucbatından şam kimi əriyir. Nuranə Əhmədovanın dediyinə görə, 2 yaş yarım olan oğlu ürək qüsurludur, 1 yaş yarım qızı isə beyin  iflicindən əziyyət çəkir. Ailə evi olmadığına görə Nuranə xanım anasının həyətindəki balaca şəraitsiz  daxmada yerləşib. Nuranə xanımın həyat yoldaşı 3-cü qrup əlildir. […]

Şəhid atası: “Elə bildim Rüstəm gəldi”

Aprel hadisələrində Mingəçevir 4 şəhid verdi: Əhmədov Rüstəm Oruc oğlu, Qasımov Teymur Sabir oğlu, Adilzadə Adil Kamran oğlu və Tağıyev Rahim Qara oğlu. Onlar Talış kəndi istiqamətindəki yüksəklik uğrunda gedən döyüşlərdə həlak oldu və böyük insan izdihamının müşayiəti ilə Mingəçevirin Şəhidlər Xiyabanında torpağa tapşırıldılar. Bu günlərdə şəhid Rüstəm Əhmədovun atası Oruc kişi ilə həmsöhbət olduq. […]