Browsing author

Esmira Hidayətova

Başçı Qurban bayramını uşaqlarla birgə keçirdi

Müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti valideyn himayəsindən məhrum, qəyyumluqda olan və fiziki sağlamlığı məhdud uşaqlar üçün  bədii-əyləncəli gecə təşkil edib. Onlara ən xoş arzularını bildirən İcra Hakimiyyəti başçısı Niyazi Bayramov  ölkə rəhbərinin, o cümlədən Heydər Əliyev Fondunun  yeni nəslin fiziki və mənəvi inkişafına göstərdikləri davamlı qayğıdan danışıb, Qurban bayramının müqəddəsliyindən, insanlarda mərhəmət, […]

Qumbaraya bənzər yumurta

Toyuq saplaqlı yumurtladı. Bir çoxları onu qumbaraya da bənzədir. Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuğu fərqli görnüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir ki, təsərüfatında belə hadisənin baş verdiyini bildirib. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatrıladan yumurtanın sarısı yoxdur. Bu qeyri-adiliyin səbəbini heç […]

Təqaüddə olan müəllimin 71 günlük səyahəti baş çatıb

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim illərdir ki, şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir:  “Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 […]

3 kişi və 7 qadın toyda zəhərləndi

Mingəçevirdə toyda  yeyib içən 10 nəfərdə mədə pozuğunluğu baş verib. Hadisə Mingəçevirdə yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb. Bir masada əyləşən qohumlar qız evində hazırlanan soyuq qəlyanaltıları qəbul etdikdən sonra onlarda narahatlıq yaranıb. Nəticədə qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 3 kişi və 7 qadın Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Şadlıq sarayının administratoru  Sabit Nərimanovun […]

8 sürücüyə qarşı protokol tərtib olundu

Mingəçevirdə şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi nəqliyyat vasitələrində əlavə avadanlıqların quraşdırılması və qanuna uyğun olmayan vasitələrdən, görnüşü məhdudlaşdıran, şəffaflığı korlayan plyonka və pərdələrdən istifadə edilməsi vəziyyətini yoxlayıb. 3 saat ərzində  şəhərin müxtəlif ərazilərində aparılan reyd zamanı sürücülük hüququ olmayan, avtomobillərə əlavə qurğular quraşdıran və  cərmələr ödəməyən, eyni zamanda  polisə tabe olmayan sürücülər müəyyənləşib. […]

Maşının təkəri çıxdı və ölümlə nəticələnən hadisə baş verdi

Mingəçevir şəhərinin girəcəyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomaşının təkərinin yerindən çıxması nəticəsində maşında olan sərnişinin biri –   1952-ci il təvəllüdülü Yusifova Qızpəri Dostməmməd qızı qabaq pəncərədən çıxmaqla, yola düşüb. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, Mingəçevir şəhəri, Təbriz  küçəsindəki 7 saylı evin 23-cü mənzilində yaşayırdı. Ailənin digər üzvü 40 […]

Mingəçevirdə zəncirvari yol-nəqliyyat hadisəsi “təcili yardımı” da sıradan çıxardı

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib. Rusiya Federasiyasının vətəndaşı, 1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə “VAZ-2110” markalı avtomobilə, daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.  Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, […]

Mingəçevirdə inkubasiya dövrünü başa vurmuş ağaclara yeni nəfəs verilir

Azərbaycan tarixinə “Nur şəhəri” kimi düşmüş Mingəçevirin həyatından bəhs edən yazılarda xüsusilə qeyd edilməli bir tendensiya var: “Energetiklər şəhəri böyük sənaye mərkəzinə çevrilir”, “Ölkənin iri sənaye mərkəzlərindən olan Mingəçevir yeni olimpiya-idman qurğuları ilə tanınır”, “Nur şəhəri elm, təhsil müəssisələri ilə daha böyük diqqət çəkir”, “Mingəçevirə gələnlər tamamilə yenidən qurulmuş şəhər teatrında bir tamaşaya baxacağaq” və […]

Mingəçevirdə 700 idarədən 17-si Dezinfeksiya İdarəsi ilə müqavilə bağlayıb

“Mingəçevirdə ağcaqanadlara, gəmiricilərə və digər ziyanverici həşaratlara qarşı dezinfeksiya işləri aparılır. Məqsəd ərazidə xəstəliklərin yayılmasının qarşısını almaqdır. Lakin şəhərdə fəaliyyət göstərən  irili-xırdalı 700 idarədən cəmisi 17-si Dezinfeksiya İdarəsi ilə müqavilə bağlayıb”. İdarənin şöbə müdiri Zahid Məmmədov  belə deyir. Onun fikrincə, dərmanlama işləri kütləvi aparılmalıdır: “Biz şəhərin bir hissəsini dərmanlayırıq, ziyanvericilər, həşaratlar, gəmiricilər həmin ərazilərdən qaçaraq […]

150 yaşlı ütü bu gün də qırışı çətin açılan paltarları səliqəyə salır

150 ilə yaxın yaşı olan və kömürlə işləyən bu ütü ilk baxışdan ağır dəmir parçasına bənzəyir. Onunla qırışı çətin açılan paltarları səliqəyə salan Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini, 75 yaşlı Validə Həsənova bu qədim əşya qaynanasının anasından yadigar qaldığını deyir: “Elektiriklə işləyən yüngül çəkili ütülərlə çox qırışıq olan paltarları açmaq çətin olur. Amma bu ütü […]