Browsing author

Esmira Hidayətova

Canavar sürüsü Mingəçevirin fermer təsərrüfatına hücum çəkdi

Son günlər hər gecə fermaya gələn vəhşi canlılar heyvan sahiblərinin qorxulu kabusuna çevrilib. Çoban  Raquf Məmmədov deyir ki, fermanın ətrafında qamışlıqda gizlənən yırtıcılar fürsət düşən kimi həm iri, həm də xırda buynuzlulara hücum edirlər: “Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetirib. Acgöz canlılar bayırda 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girib […]

Mingəçevirli bərbər öz iş yerində qətlə yetirilib

Mingəçevir şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olan şəxs öz iş yerində amansızlıqla qətlə yetirilib. Polis Şöbəsindən mi-news.az  səhifəsinə verilən məlumata görə, hadisə bu gün, oktyabrın 22-də şəhərin İ.Qayıbov  küçəsindəki 2 saylı ünvanda yerləşən bərbərxanada baş verib. Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan Eldar Abbasov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Pərviz Məmmədova […]

8 övlad, 16 nəvə, 23 nəticəsi olan 91 yaşlı Əli Əhmədov: “Heç kimə möhtac deylik”

Onlar 70 ilə yaxındır ki, bir-birinə “can” deyib,  “can” eşidirlər. 70 ilə yaxındır ki, onların həyata baxışları bir-birini tamamlayır. Söhbət Mingəçevirdə məskunlaşmış Əhmədovlar ailəsindən gedir. …Sözün düzü, bizim gəlişimizdən onların xəbərləri  yox idi. Elə zənn edirdik ki, 91 yaşlı Əli babanı yatağında xəstə, 89 yaşlı Gülüş nənəni isə gözündən-qulağından şikayətçi kimi görəcəyik. Lakin onları iş […]

Minngəçevir iki Böyük Vətən Müharibəsi veteranını son mənzilə yola saldı

Onlardan biri 92 yaşlı Əmrah Rzayev, digəri isə 94 yaşlı Nadejda Orucova idi. Bu gün Əmrah Rzayevin 3 mərasimi,  Nadejda Orucovanın isə 7 mərasimi idi.  Hər ikisi bu günə qədər saqlıqlı ömür sürüb yaşamışlar.  Əmrah Rzayev müharibədən sonra pedaqoji fəaliyyətlə məşğul olub.  Nadejda Orucova da o dəhşətli illərin od-alovundan keçib və taleyinin sonrakı illərini dinc […]

Bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı

Şəhər sakini Mayıl Şamxalov ata evini diqqət çəkən etmək üçün iki qardaş ölkənin bayrağına bürüyüb. Görənlər binanı konsulluq və ya səfirlik olduğunu zənn edirlər. Uzun illərdir Mingəçevirdə yaşayan birinci qrup əlil uşaqlıq arzusunu 300 manatdan artıq xərc çəkməklə reallaşdırıb. Ev sahibi Mayıl Şamxalovun sözlərinə görə, onun mənzili sosial şəbəkələrin də bəzəyinə çevirilib: “Yerli sakinlər, şəhərə […]

Yevlaxda qəbiristanlıqdan oğurluq edən dəstə üzvləri saxlanılıb

Rayonun “Dəvəçi” adlanan məzarlığına qənim kəsilənlər elə yerli sakinlər olub. 21 yaşlı İsmayıl Dərişov və  20 yaşlı Kamil Seyidov əlbir olaraq Yevlax rayon sakini Roza Əliyevanın ailə üzvlərinə məxsus məzarların kənarlarına çəkilən əlvan metaldan ibarət bəzək əşyalarını oğurlayıblar. Yevlax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğrular elə iş başında yaxalanıblar. Saxlanılan şəxslər 3-cü yoldaşlarının da olduğunu […]

Yevlağın görünməz yol nişanları

Bir çox hallarda qəzaların baş verməsinə səbəb məhz yol hərəkəti nişanlarının görünməz olmasıdır. Sürücülər və piyadalar bu cür halların baş  verməməsi üçün aidiyyatı qurumları hərəkətə keçməyə çağırırlar. Şəhərdaxili yolların hərəkət zolaqlarında ağ xətlər çəkilsə də bir müddətdən sonra solmağa başlayır. Bu  hal çox ağ rənglə boyanan xətlərdə daha tez baş verir. Ağ rənglərin bəzən görünməməsi […]

Məcburi köçkünlər də sudan gileylənir

“Mingəçevirdə beş yüzdən çox ailənin məskunlaşdığı  köçkün şəhərciyində mənzillərə verilən su istifadəyə yararsızdır. Su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan fərqlənir. Kranlardan axan sudan  süzülmədən içmək mümkün  deyil. Çirkli sudan istifadə edən azyaşlı uşaqlarda müəyyən xəstəliklər yaranıb”. Ağdamdan məcburi köçkün Elmidar Rəhimov belə deyir. Əkrəm Əliyev isə bildirir ki, 10  […]

Xobbisi ilə ad çıxaran adam

Futbol fanatı olmaq oyunları izləyib çılğınlıq etməklə yekunlaşmır. Elə həvəskarlarda var ki,illərdir keçirilən matçların biletini toplayır. Yeniavaz.com xəbər verir ki, Goranboyda yaşayan Mehdi Səfərov maraqlı xobbisi ilə diqqət çəkir. 32 yaşlı rayon sakini 150-dən artıq futbol bileti, 300-ə yaxın müxtəlif idman qəzetlərini toplayıb. Kolleksiyaçı iştirak etdiyi oyunlarla yanaşı, xaricdə keçirilən milli komanda və müxtəlif klublarımızın […]

Goranboy sakini ilanların əhatəsində

Coranboyun Qaradağlı kəndində 27 il bundan əvvəl inşa edilən evə ilanlar daraşıb. Mənzilin bütün otaqlarında hər gün ilanlarla rastlaşan ev sahiblərinin nə gecələri var, nə də gündüzləri. Ev sahibi Şahin Muxtarov deyir ki, binanın zirzəmisində ilanların yuvası var: “Gecə saatlarında daha çox rastlaşdığım ilanlardan 60-nı öldürmüşəm. İlanlar fərqli  görnüşə malik olsalar da, onların hansı ilan […]