Browsing author

Esmira Hidayətova

9 yaşlı İbrahim 8-ci dəfə çempiondur

Alpaqut Turan döyüş sənətinin sirlərinə yiyələnən Mingəçevir “Tayçszi–Çsyuan” idman-sağlamlıq klubunun 9 üzvü bu günlərdə şəhərimizə 9 medal gətirib. Onlar Bakıda, Şağan Olimpiya  İdman Kompleksində  keçirilən  V respublika çempionatına qatılıblar. 40-a yaxın idman klubunun təmsil olunduğu yarışda mingəçevirlilərin beşi 1-ci, üçü 2-ci və biri isə 3-cü mükafata layiq görülüb. Bu barədə qəzetimizə klubun məşqçi müəllimi, karate […]

Yeni tibb ocağı

Martın 16-da Mingəçevirdə “Regional Hospital”ın açılışı baş tutub. Mərasimdə şəhəri İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov,  yerli və xarici qonaqlar yeni kollektivə təbriklərini çatdırıb və onlara əhalinin sağlamlığı yolunda uğurlar arzulayıblar. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra qonaqlar və mingəçevirlilər hospitalda yaradılan şəraitlə tanış olublar. Əməkdar həkim, cərrah Qiyas Mehtiyev deyib ki, məqsəd şəhər əhalisi ilə […]

Mingəçevirdə DYP əməkdaşları qadın sürücülərə bayram sürprizi edib

DYP-nin Mingəçevir bölməsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, həm də qadın sürücülərə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  sürpriz etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Mi-news.az xəbər verir ki, Yol polisi əməkdaşları  sükan arxasında avtomobil idarə edən 30-dan çox qadını saxlayaraq onları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, hər birinə çiçəklər veriblər. […]

“Yol hərəkəti qaydalarına riayət et, sağlam yaşa”

7 saylı məktəbin 2b sinfinin şagirdləri sinif müəllimi Fəranə İmanovanın təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət et, sağlam yaşa” adlı maarifləndirici tədbir hazırlayıblar. Onlar yol nişanlarını nümayiş etdirib, hərəkət qaydaları ilə bağlı şeirlər və nəğmələr səsləndirib və kiçik səhnəciklər göstəriblər. Mingəçevir şəhər Polis şöbəsi  yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru Rəşad Məmmədov, yol […]

Onno Kervers Niderlanddan gətirilən 2 topu Mingəçevirdəki qadın futbolçularına bağışladı

Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers və BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin fevralın 13-də Mingəçevirdə səfərdə olublar.  Onlar Mingəçevirdə həyata keçirilən bir neçə layihə ilə bağlı gəldiklərini bildiriblər. Qonaqları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul edib, şəhər haqqında ətraflı məlumatlandırıb. Başçı bildirib ki, bu layihələrlə […]

Təqaüdçü: “Ayda bir dəfə də ət ala bilmirəm”

Mingəçevir sakini, təqaüdçü Kərəm Cəfərov deyir ki, pensiyası nə qədər qalxsa da, evinə bir kilo ət ala bilmir: “Yaşlı adamam. Aldığım 180 manat pensiya ilə çox çətinliklə dolanıram. Əgər ayda bir dəfə bu pula ət ala bilmirəmsə, bunun nəyi yaxşı oldu. Pensiyanını artırılması mənim təqaüdümə 3-4 manat təsir edib. Ayın axırı gələndə bilmirəm hara qaçıb […]

Nənəsinin evinə oğurluq məqsədi ilə gəlmişdi

Mingəçevirin 80 yaşlı sakini Züleyxa Bağırovanın evinə oğurluq məqsədi ilə daxil olan şəxslər polis şöbəsi tərəfindən saxlanılıb.  Onlar polis şöbəsinin müvəqqəti saxlanılma yerində  törətdikləri oğurluq cinayətini etiraf ediblər. Təəccüblü burasındadır ki, oğrunun biri züleyxa xanımın nəvəsi olub. Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Tural İsgəndərov deyib ki, bu dəfə nənəsinin evinə oğrluq məqsədi ilə gəlib: […]

Mingəçevirdə 6 yaşlı qız hər kəsi heyran qoydu

Mingəçevir şəhərində yaşayan, 13 saylı məktəbin 1-ci sinfində oxuyan Nailə Qasımzadənin 6 yaşı olmasına baxmayaraq, qeyri-adi bacarıqları üzə çıxıb. İti zehnə malik olan bu qız ölkə üzrə  avtomobil seriyalarının  hamsını çaşmadan ardıcıllıqla söyləyir. Sahilə xanım deyir ki, qızı paytaxt şəhərlərinin adlarını da əzbərdən bilir: “Nailədə hər bir şeyi öyrənməyə böyük maraq var”.

Mingəçevirdə 6 yaşlı qız hər kəsi heyran qoydu

Mingəçevir şəhərində yaşayan, 13 saylı məktəbin 1-ci sinfində oxuyan Nailə Qasımzadənin 6 yaşı olmasına baxmayaraq, qeyri-adi bacarıqları üzə çıxıb. İti zehnə malik olan bu qız ölkə üzrə  avtomobil seriyalarının  hamsını çaşmadan ardıcıllıqla söyləyir. Sahilə xanım deyir ki, qızı paytaxt şəhərlərinin adlarını da əzbərdən bilir: “Nailədə hər bir şeyi öyrənməyə böyük maraq var”.

Gürcüstanın Azərbaycandakı baş konsulu Mingəçevirdə səfərdə olub

Gürcüstanın Azərbaycandakı baş konsulu Mamuka Balavadze Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində  gürcüstanlı konsul Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Tanışlıq məqsədi ilə keçirilən görüşdə  icra başçısı şəhərin tarixi və inkişafı, turizm imkanları və əsas sənaye istiqamətləri barədə məlumat verib. Görüş səmimi və işgüzar şəraitdə keçib.