Browsing author

Esmira Hidayətova

Yeni dərs ili qarşısında Mingəçevirdə nişanlanma xətləri və piyada zolaqları yeniləndi

Təhlükəsizlik tədbirləri çərçivəsində Mingəçevir şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Həmçinin, zərurət olan yerlərdə yeni piyada zolaqları salınıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumatda bildirilir ki, yenilənmə işləri DYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin […]

Əsaslı təmirdən sonra Mingəçevirdəki 12 saylı məktəbə şagird axını artıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev və şəhər ictimayyətinin nümayəndələri 12 saylı məktəbə gəliblər. Onlar müxtəlif fənn kabinetləri, laboratoriyalar, idman və akt zalı, kompüter otağı, qız və oğlanlar üçün əmək təlimi otağı və mətbəxin müasir standartlara cavab verdiyinin şahidi […]

Bu ilin sentyabr ayından 7 saylı məktəbdə peşə təhsilli sinif də olacaq

Mingəçevirdəki R.Mirabov adına 7 saylı tam orta məktəbdə bu ildən aşpaz köməkçisi və İT üzrə peşələr də tədris ediləcək. Məktəbin direktoru Anar İsmayılovun dediyinə görə, məqsəd şagirdləri orta təhsil bazasında peşə təhsilinə və əmək bazarına hazırlamaqdır: “20-22 şagirddən ibarət  bir sinif fəaliyyət göstərəcək. Onlar həftənin iki günü peşə təlimlərinə, 3 günü isə ümumtəhsil fənlərinə cəlb […]

“Gənc qazilər” qazi övladlarına məktəb ləvazimatları hədiyyə etdilər

“Qarabağ Qaziləri” İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Gənc qazilər” təşkilatının Mingəçevir filialı yeni dərs ili ərəfəsində qazi övladlarını sevindirib. Onlar iş adamı Hacı Vüsal Əlibəylinin maddi dəstəyi 45 qazi ailəsinin hər birinə 18 adda məktəbli ləvazimatını hədiyyə ediblər. Mingəçevir Gənclər Evində baş tutan tədbirdə filialın rəhbəri, 12 saylı məktəbin hərbi hazırlıq müəllimi  Namiq İbrahimli uşaqlara […]

Mingəçevirdə “Vətən fədailəri” abidəsi ucaldılıb

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevir kəndi yaşayış massivində “Vətən fədailəri” abidəsi ucaldılıb. Bu təşəbbüsün təşkilatçılarından olan kənd sakini  Ehtibar Əhmədov  açılış mərasimində deyib ki, hər bir vətəndaşın bu zəfəri yaşadan igid oğullarımıza borcu var: “ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu təşəbbüsü tariximiz […]

Mingəçevirdə növbəti dezinfeksiya işləri görülüb

Milli Qəhrəman Rəşad Mirabovun atası Akif Mirabov deyir ki, əvvəllər şəhərimizdə ağcaqanad, milçək, yoluxucu xəstəliklər yayan müxtəlif həşəratlar ciddi narahatlıq doğururdı Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılsa da, son günlər COVİD-19 infeksiyasına yoluxma sayının artması narahatlıq doğurur. Bu səbəbdən Mingəçevir  Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi dezinfeksiya tədbirlərini davam etdirir. Onlar küçə […]

Piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirilib

Mingəçevir Şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirib. Reyd şəhərin piyada axınının intensiv olduğu küçə və prospektlərdə təşkil olunub. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək, öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb,  yol […]

Əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb

Mingəçevir şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə orta məktəblərin həyətyani sahələrində şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə keçirilən ağacəkmə aksiyası aprelin 7-də 16 saylı məktəbdə davam edib. Məktəbin direktoru Sevinc Həsənova deyib ki, əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb: “Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adlarını bu və […]

Mingəçevirdə külək fəsad yaratdı, bir evin fasadını qopartdı

Aprelin 5-də axşamdan əsən güclü külək Mingəçevirdə də bir sıra fəsadlar törədib. Küləyin təsirindən şəhərin M.F. Axundov küçəsindəki 15/16 saylı ünvanda yerləşən hündür mərtəbəli evin bəzək konstruksiyası qopub və binanın eyvan hissəsinə düşüb, nohur borulara ciddi ziyan dəyib. Xöşbəxtlikdən xəsarət alan  olmayıb. Hazırda binanın ətrafı lentlə bağlanıb. Aidiyyatı qurumların nümayəndələri hadisə yerinə gəliblər. Külək şəhərin […]

Şəhid qardaşların xatirəsinə bulaq inşa olundu

Mingəçevirdə şəhid Musa və Tural qardaşlarının xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub. Karantin rejiminin qaydalarına uyğun olaraq, xatirə bulağının açılışına şəhidin ailə üzvləri və bir neçə şəhid anası, qazillər, MDU-nun ictimayyətlə əlaqələr şöbəsinin nümayəndələri və bir neçə tələbə, 10 saylı məktəbin şagirdləri qatılıb. Mingəçevirdən  olan Musa və Tural Həsənov qardaşları İkinci Qarabağ Müharibəsi başlayanda […]