Browsing author

Esmira Hidayətova

Qadınların cəmiyyətdə rolunu artırmaq, sosial statusunu yüksəltmək üçün

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində Mingəçevirdə “Qadın hüquqları” üzrə seminar keçirib. Layih’nin ekspert Məftunə İsmayılova ailənin sosial-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətlərin uşaqlara və  sosial rollara təsiri, uşaqların davranışlarının qiymətləndirilməsi, valideynlik bacarıqları barədə məlumat […]

Mingəçevirdə aprel şəhidinin xatirəsi anılıb

Aprel döyüşlərindəki  qələbədən 3 il keçdi. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər.  Onların xatirədi dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimaiyyətinin nümayəndələri aprel şəhidi Qasımov Teymur Sabir oğlunun növbəti […]

Mingəçevirdə iki bacının kirayə yaşadıqları mənzildə meyitləri tapılıb

Hadisə Mingəçevirin Heydər Əliyev prospektindıki 90 saylı ünvanda baş verib. Bir gün öncə köçdükləri mənzildə onların cansız bədəni aşkarlanıb. 24 yaşlı Roza və 18 yaşlı Emilya Mobilçenkolardan xəbər çıxmadığına görə bağlı mənzilin qapısı sındırlıb. Bu zaman onlardan birinin vanna otağında, digərinin kənarda vəfat etdiyi məlum olub. İlkin səbəb kimi hadisənin dəm qazından zəhərlənmə nəticəsində baş […]

Elman balıq ovundan həm ləzzət alır, həm də qəpik-quruş qazanır

Kür sahilində  balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq, vaxtlarının bir hissəsini gözəl təbiətin qoynunda, çay qırağında keçirirlər. Nəticədə həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar. Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsli olur-olsun, o, Kürün  sahilinə gələrək balıq […]

Sumqayıt sakini üzərində narkotika ilə Mingəçevirdə yaxalandı

Sumqayıt şəhər  sakini, əvvəllər məhkum olmuş Əmiraslanov Şəmşir Hümbət oğlu Mingəçevirə, mağazalardan birinə oğurluq məqsədi ilə gəlmişdi. Mingəçevir şəhər polis şöbəsinin  cinayət –axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Şəmşir Hümbətov  şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Bu barədə  şöbənin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kərim İsmayılbəyli məlumat […]

Tikanlı olsa da cana faydası var

Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir. Tikanlı olduğundan əksər insanlar ondan uzaq dursalar da, dadını, xeyirli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyirlər. Qanqal yeyən zaman urək, qaraciyər, ən əsası isə böyrək xəstəliyindən əziyyət çəkənlər şəfa tapır. Elə bunu nəzərə […]

“Fakt araşdırıcı” mağazalarımızda nəyi araşdırır?

Özünü Gəncə Qida Təhlükəsizliyi Agentliyinin “Fakt araşdırıcı” mütəxəssisi kimi təqdim edən Fayilə İbrahimova bir müddətdir ki, Mingəçevirdəyoxlama aparmaq adı ilə sahibkarlardan pul tələb edir. Elmir adlı sahibkarın dediyinə görə, həmin qadın özünü təqdim etdikdən sonra bildirib ki, 20 AZN ödəyərsə, qəbz verəcək və heç bir yoxlama da aparmayacaq: “Mən kiçik market sahibiyəm. Qadın 2 dəfə […]

Qaydaları pozan piyadalar məsuliyyətdən yayınmağa çalışsalar da…

Kimisi övladı ilə piyada keçidi olmayan yerdən keçir,  kimisi öz həyatını təhlükəyə ataraq qaydaları pozur.  Yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq yollarda qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi üçün Dövlət Yol Polisi  Mingəçevir bölməsi bu gün gücləndirilmiş iş rejimində çalışıb. Şəhərin Heydər Əliyev prospekti,  20 Yanvar və Nəriman Nərimanov küçələrində piyadaların nəqliyyat yollarından keçidinə nəzarət […]

Mingəçevirli uşaq dərmandan zərər görüb

Mingəçevir sakini  övladı üçün həkimin yazdığı resepti təqdim edib aptekdən dərman alıb.  Bir müddət istifadə etdikdən sonra siropun içərisində qara rəngdə qırıntılar aşkarlandı. Xoşagəlməz hadisə Energetiklər qəsəbəsinin sakini Tahir Mikayılov Mingəçevirdəki apteklərin birindən 16 manat 80 qəpik ödəniş edərək, kiçik övladı üçün sirop alıb. Uşaq10 gün həmin siropu qəbul etdib və bu zaman müəyyən sancıları […]

Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var

Yüksək sürətlə hərəkət edən “Niva” markalı  avtomaşın “Hunday” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Kənan Şükürov və Leyla Şükurova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya qaldırılıb. Məlumata görə Leyla Şükürovanın xəsarəti  daha ciddidir. Faktla bağlı araşdırma aparılır.