Browsing author

Esmira Hidayətova

Oftalmoloqlar həkim məsləhəti olmadan günəş eynəyi almağı məsləhət bilmirlər

Havalar isindikçə eynəyə olan tələbat artır. Bir çox insanlar bir başa eynəklərin satıldığı mağazalara, apteklərə üz tutaraq, zövqlərinə uyğun eynək seçirlər. Ancaq bu məsələdə həkimlərin xəbərdarlığı var. Xüsusilə də optik eynəkdən istifadə edənlər diqqətli olmalıdırlar. Onlar günəş eynəyini də xüsusi resept əsasında almalıdırlar. Təəssüflər olsun ki, bu gün əhali arasında apardığımız sorğudan aydın oldu ki, […]

İlham İsmayılov : “Şəhərdə abadlaşmayan məhəllə qalmayacaq”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşünü keçirib. Bu dəfə 127-ci məhəllənin sakinləri 1 nömrəli orta  məktəbin akt zalında toplaşıblar. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. İcra Hakimiyyəti başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin nəticələri ilə bağlı məlumat verib. […]

Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsindəki  7 saylı ünvanda baş verib. 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı həmin binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.  Faktla bağlı araşdırmalara başlanılıb.Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən […]

MVA çoxmənzilli binaların idarə olunmasıyla bağlı yeni layihəsinə start verib

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi mayın 10-da Mingəçevir Media Mərkəzində ictimaiyyət nümayəndələrinə yeni layihəsni təqdim edib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi barədədir. Məqsəd İqtisadiyyat Nazirliyi, Mingəçevir Bələdiyyəsi və İqtisadi Təşəbbüslərə Yardım İctimai […]

Mingəçevirdə 1116 yeni iş yeri açılıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü  mayın 1-də N.Nərimanov küçəsindəki  4, 6, 8, 10 və 12 saylı binaların həyətində  yaradılan nümunəvi məhəllədə keçirib. Bu ünvanlarda həyətlər abadlaşıb, küçələrə asfalt döşənib, yeni yaşıllıqlar salınıb, binaların fasadı, pəncərə qəfəslərinin içərisi tamamilə yenilənib. Binaların giriş hissəsinə qapılar qoyulub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib […]

Goranboya yay gəlməsə də artıq ilanlar gəlib

Sürünənlər Goranboyun Qaradağlı kəndində sakinlərin çağrılmamış qonağına çevrilib. Kənd sakini Murad Muxatarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb. Ev sahibinin sözlərinə görə, aprel ayı girəndən həyətdə 10-dan artıq ilan gözə dəyib ki, onun da 6-sını məhv edə bilib. Murad Muxtarov  bildirib ki, evlə yanaşı tövlədə […]

“Asan Peşə”də yol hərəkəti qaydaları izah olunub

Mingəçevir “Asan Peşə” Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün tələbə və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Peşə məktəbinin direktoru İlham İlyasov deyib ki, məqsəd baş verə biləcək yol qəzalarında uşaq və yeniyetmə gənclərin ölüm və xəsarət alma hallarının sayını  sıfıra endirməkdir. Bununla bağlı yeniyemə gənclərə ətraflı […]

Cavid Əlizadəyə ABŞ-dan 74 min dollar təqaüd təklif edilib

Cavid Əlizadə Mingəçevirdə doğulub, boya-başa çatıb. İlk təhsilini şəhərdəki Mingəçevir Texniki  Humanitar Liseyinin rus bölməsində,  Aytən Əliyevanın qrupunda alıb.  7-ci sinifdən təhsilini liseyin eksperimental pilot sinfində (keçmiş türk liseyi) davam etdirib. Hazırda 19 yaşı olan Cavid dünyanın ən tanınmış gəncləri arasındadır. Böyük Britaniyanın İmperial Kollecinə qəbul olub və ona ən yüksək təqaüd təklif edilib. Cavid […]

Leysan yağışları Yevlaxda fəsadlar törədir

Leysan yağışlar Yevlax rayonunun Yuxarı Bucaq kəndi ərazisində sahil boyu fərdi təsərrüfatlarda təhlükə mənbəyini fəallaşdırıb. Belə ki, Əlican çayı boyu yerləşən qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub. Nəticədə kəndin sahil boyu fərdi təsərrüfatlar yuyulma və sürüşmə təhlükəsi ilə üzləşib. Kənd sakini Atay Hacıyevin fərdi təsərrüfat sahəsi daha çox təhlükəyə məruz qalıb. Əvvəlki dönəmlərdə də […]

Bazar ətrafında sıxlığı aradan qaldırmağın yolu tapıldı

Bir neçə aydır ki, Mingəçevirdən yaxın kəndlərə işləyən avtobus marşurutlarının  şəhər ərazisində dayanacaq  yeri ilə bağlı məsələ müzakirə olunur. Problemin həlli istiqmətində artıq əksəriyyəti məmnun  salan razılaşma əldə edilib. Bu barədə “Avtomobil  nəqliyyatı ilə daşımaların  təşkili” MMC-nin Mingəçevir regional bölməsinin sözcüsü Sahib Kərimov məlumat verib. Onun dediyinə görə, bir neçə ay öncə bazar ətrafı ərazilərdən […]