Browsing author

Esmira Hidayətova

Gecə saatlarında yanğın Mingəçevirdə 5 evi ağuşuna aldı

Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı “üçüncü” qəsəbə adlanan ərazidə gecə saatlarında yanğın qeydə alınıb. İlyas Misirovun yaşadığı mənzildən başlayan alov tez bir zamanda qonşu evlərə keçib. Alovun qarşısını almaq mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb və onların köməyi ilə çətinliklə olsa da yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində 3 yaşayış evi əşyları ilə birgə […]

Energetiklər qəsəbəsinin abadlaşdırılmasına Naxçıvan küçəsindən başlandı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və idarə, müəssisə rəhbərləri Energetiklər qəsəbəsində Naxçıvan küçəsinin asfaltlanma işlərinə baxış keçiriblər. Hələ ki,  asfaltlanma Naxçıvan küçəsindən  C.Əliyev küçəsinə qədər olan hissədə aparılacaq və gələn həftənin sonuna qədər tamamlanacaq. Daha sonra Natəvan küçəsinə qədər davam etdiriləcək. İlham İsmayılov baxış zamanı ictimaiyyət nümayəndələrinə bildirib ki, Prezident onu  başçı təyin […]

Yaxın vaxtda Mingəçevirdə neyrocərrahiyə əməliyyatı da həyata keçiriləcək

İcbari Tibbi Sığortanın təbiq olunduğu pilot tibb  müəssisələrində -Mingəçevirdə tibb işçilərinin peşə bayramı qeyd edilib .Tədbiri aparan şəhər Mərkəzi Xəstəxanası Həmkarlar İttifaqı sədri Allahverdi Alıyev ilk öncə qonaqları salamlayıb, səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib.  Mingəçevir şəhər Mərkəzi Xəstəxananın (MŞMX) publik hüquqi şəxsin direktoru Könül Ələkbərov həmkarların  bayram münasibəti ilə təbrik edib, icbari tibbi […]

“NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşdü

Bu gün şəhərin M.Maqomayev küçəsi  istiqamətində hərəkətdə olan iki avomobil – “Mersedes” markalı 99 FS 709 və “NAZ Lifan” markalı 45 BF 759 nömrəli avtomobillər toqquşub. Nəticədə “NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşüb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xoşbəxlikdən sürücü və başqa şəxslər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

6 yaşlı uşaq hovuzda boğulub

Bədbəxt hadisə Mingəçevirdə, Energetik yaşayış massivində baş verib. Şəkidən Mingəçevirə qonaq gələn ailənin 2013-cü il təvəllüdlü qızı Duyğu Məmmədova adıçəkilən ünvanda, təsərrüfatların birində hovuza düşərək boğulub. Bəs onun nəzarətsiz halda suya girməsi necə mümkün olub? Təbii ki, buna görə böyüklər məsuliyyət daşıyırlar, onlar diqqətli olsaydılar, qızcığazın həyatını qurtarmaq mümkün idi. Hazırda Mingəçevir Polis şöbəsi əməkdaşları […]

“Polietilen paketlərə yox deyək!”

Mingəçevirdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib. Aksiyada Mingəçevir  Dövlət Universitetinin tələbələrindən ibarət  gənc könüllü ekoloqlar da fəal şəkildə iştirak edib. “Polietilen paketlərə yox deyək!” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və  ekoloq mütəxəssislər alış-veriş edən […]

“Mən, ailəm və bağça”

Mingəçevirdəki 1  saylı  “Lalə” körpələr evi uşaq-bağçasında şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə komissiya ilə birgə “Mən, ailəm və bağça“ adlı müsiqili-əyləncəli tədbir təşkil olunub. Öncə balaca fidanların hazırladıqları bir-birindən rəngarəng əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqlar şən musiqi nömrələri,  şeirlər, səhnəciklər nümayiş etdiriblər. Şəhər təhsil […]

Qaydaları pozan bir neçə maşın yükü ilə birgə cərimə meydançasına göndərilib

Mingəçevir Dövlət Yol Polisi Avtomobil Nəqliyyatında Daşımaların Təşkili MMC şəhər bölməsi ilə birgə Heydər Əliyev prospekti və ona bitişik küçələrdə  reyd keçirib. Məqsəd nəqliyyat vasitələrində yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən  sürücülərin aşkarlanması olub. Nəticədə 150-dən çox avtomobil sürücüsü saxlanılıb. Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasovun dediyinə […]

Narkomaniyaya “YOX” demək üçün

Mingəçevirdəki 7 saylı  tam orta məktəbdə şəhər polis şöbəsinin təşəbbüsü  ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici  tədbir keçirilb. Polis şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev narkomaniyanın fəsadları barədə danışıb. O, eyni zamanda vurğulayıb ki, narkomaniya ilə mübarizə təkcə polisin deyil, bütün cəmiyyətin işidir: “Əməliyyat tədbirləri nəticəsində  bu yaxınlarda 5 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb. […]

Mingəçevir qəbiristanlığından köhnə su xəttini oğurladılar

Hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib. 100 metrdən çox uzunluqda köhnə və hazırda ehtiyat su xətti kəsilərək oğurlanıb. Ötən ilin sentyabrında qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə qəbiristanlığa məxsus dəmir xəttin kəsilməsi xoşagələn hal deyil və […]