Browsing author

Esmira Hidayətova

Aysel 666 bal qazanıb

Dövlət İmtahan Mərkəzinin I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə, Mingəçevirdəki N.Gəncəvi adına 8 saylı məktəbin 11-ci sinif şagirdi Aysel Rauf qızı Seyidəhmədova 400 bal maksimal nəticə göstərib. Təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verən Aysel bundan əvvəl attestat imtahanlarında 266 bal yığmışdı. Ümumilikdə 666 bal toplayan gənc […]

Baba nəvəsinin gözü qarşısında keçindi

Şəhərdəki  parkda nəvəsini gəzdirən 78 yaşlı Mingəçevir şəhər sakini Səlimov Yahuzər Bəxtiyar oğlunun qəflətən halı pisləşib. Parkın yaxınlığındakı çayxanada stullardan birində əyləşən yaşlı kişi elə oradaca keçinib. Yaxınlarının bildirdiyinə görə, səhər evdən çıxan babanın səhhəti ilə bağlı heç bir problemi olmayıb. Fakrla bağlı araşdırma aparılır.

Mingəçevirdə qadın özünü beşinci mərtəbədən atdı

Hadisə şəhərin Naxçıvan küçəsindəki 48 saylı ünvanda qeydə alınıb. 1962-ci il təvəllüdlü şəhər sakini Qiyafət Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Onun psixoloji problemlərinin olduğu bildirilir. Qonşularının dediyinə görə, qadın müalicə olunmaq məqsədilə mütəmadi dərmanlar qəbul edirmiş. Faktla bağlı araşdırma aparılır.

Məhəbbət faciəsindən bəhs edən “Qanlı toy” Mingəçevir teatrında

Mingəçevir  Dövlət Dram Teatrında səhnələşdirilən iki pərdəli “Qanlı toy” tamaşası  ispan  yazıçısı Federiko Qarsiya Lorkanın eyni adlı əsərinin motivləri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru  Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının baş rejissoru,  əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın hazırlıq prosesinə Gənc  Tamaşaçılar Teatrından daha bir mütəxəssis- Ceyhun Dadaşov da cəlb olunub. Quruluşçu rəssam Kəmalə Əgərova, səs […]

“Dini radikalizmə və ekstremizmə “yox” deyək”

Dövlət qurumlarının birgə təşkilatçılığı ilə “Dini radikalizmə və ekstremizmə “yox” deyək” mövzusunda marifləndirici tədbir keçirilib. DQİDK Yevlax bölgəsi üzrə şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevir şəhər İdarəsinin nümayəndələri dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı, xüsusən də Yaxın Şərqi narahat edən aktual məsələlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, dini radikalizm və ekstremizmə qarşı ölkəmzidə […]

Qarabağ şəhidi Rahim Tağıyev anılıb

Aprel döyüşlərində Mingəçevir şəhəri 4 şəhid verdi.  Onlardan biri qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Rahim Qara oğlu Tağıyevdir. Rahimin şəhidliyini 3-cü  ildönümündə onun doğmaları və  hərbçi dostları,  İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək, məzarını  ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin övladları – Ülkər, Nihat və Nicat ataları ilə fəxr etdiklərini və […]

QHT Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ətraf mühitin qorunmasında vətəndaş cəmiyyətinin rolu barədə tədbirlər icra edir

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı  ilə “Ətraf  mühitin  qorunmasında vətəndaş cəmiyyəti  institutlarının rolu mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində iyulun 9-da təlim gerçəkləşdirilib.  Təlimçi Fizuli Əsədov layihə barədə geniş məlumat verib. F.Əsədov deyib ki, ətraf mühitin […]

Mingəçevir su hövzəsində reyd zamanı nə üzə çıxdı?

Son günlər mətbuatda Kür çayının Mingəçevirdən keçən hissəsində qanunsuz balıq ovu edildiyi, torlar qurulduğu barədə xəbərlər yayılıb. Hətta bu torların avarçəkənlərin hərəkətinə də çətinlik yaratdığı bildirilib. Mövcud vəziyyəti yerində yoxlamaq üçün çayın Mingəçevir şəhəri ərazisindən Yevlax rayonunun Varvara  Su Elektrik Stansiyasınadək olan su hövzəsində reyd keçirilib. Su Polisinin və 8 saylı Regional Ekologiya və Təbii […]

Azərbaycan İstilik Elektrik Stansiyasında yanğın baş verib

Bu gün səhər radələrində Mingəçevirdə,  Azərbaycan İES-də bir transformator yanıb. Hadisə zamanı əraziyə yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb. Stansiyada çalışanların bildirdiyinə görə, hadisə baş verən kimi onları ərazidən uzaqlaşdırıblar. “Güclü partlayış olmasa da xəbərdarlıq edildi ki, ərazini boşaldın. Hadisənin təsirindən bir neçə nəfər işçinin halı pisləşdi”-şahidlərdən biri müxbirimizlə söhbətində belə deyib. Təcili yardım […]

İsti olmağına baxmayaraq, şəhərimizə istirahətə gələnlərin sayı artır

Kür çayı bu şəhəri iki hissəyə ayırır. Sərin hava udmaq və istirahət üçün Mingəçevirdə çayın rolu çox böyükdür. Yay fəsli girər-girməz Kürün sahilində böyük insan izdihamı müşahidə edilir. Əksəriyyət burda gəzməyə üstünlük verir. Bəziləri isə balıq tuturlar. Kiçik balıqları övladının arzusu ilə tutanlar tilovda ovunu çox da gözləmirlər. Hava isti olsa da çaydan gələn sərinlik […]