Browsing author

Esmira Hidayətova

Küçə ticarəti ilə məşğul olanlara sərt xəbərdarlıq

Yaşıllıq zolaqlarında, yol kənarında və səkilərdə küçə ticarəti və iaşə xidmətləri göstərilməsi mingəçevirlilərin narazılığına səbəb olur. Şəhər ərazisində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan belə şəxslər barədə məlumatların toplanması və aidiyyəti orqanlara təqdim olunması ilə bağlı şəhər rəhbərliyi sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Şəhər İcra Hakimiyyətinin komissiyası ərazilərə baxış keçirib […]

Goranboyda fərqli görünüşü olan arılar aşkarlanıb

Rayonun Boluslu kəndində Xəqani Əliyevə məxsus tövləni özlərinə məskən seçən canlılar adi arılardan həm ölçüsünə, həm də rənginə görə fərqlənir. Ev sahibinin oğlu Sahil Əliyev bəzəkli, fərqli rəngdə olan iynəli canlılarla ilk dəfə rastlaşadığını deyir. Kənd sakini 3-4 gün öncə tövləyə girən zaman onları görüb. Maraqlı görünşlü arılar tövlədə torpaqdan kiçik mağara da hazırlayıb. İçərisində […]

Mingəçevir Şəhər İcra Hakimiyyəti 4 könüllüyə sertifikat verib

İyulun 31-də Mingəçevir İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikatlar təqdim olunub. İH başçısı İlham İsmayılov Azərbaycanda vüsət alan könüllülük hərəkatının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirdiyini diqqətə çatdırıb, beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərindən danışıb: “Yerli İcra Hakimiyyəti könüllülərin fəaliyyətindən ikinci […]

Qarabağ qaziləri: “Bizə əngəl olmayın”

Birinci qrup Qarabağ əlili Qənimət Səmədovun sözlərinə görə, şəhid yoldaşlarının xatirə bulaqlarının bəziləri  hazırda bərbad vəziyyətdıdir: “Şəhidlərin xatirəsini yaşadan bulaqlar baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu, məncə şəhid ruhlarının təhqir edilməsi kimi bir şeydir.  Onların adını yaşadan hər şeyi, o cümlədən bulaqları can-başla qorumaq  lazımdır”. Qarabağ veteranı Elman Quliyev də bildirdi ki, hər dəfə […]

Mingəçevirlilər başçı ilə görüşdə mövcud problemlərini dilə gətirdilər

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü Statistika İdarəsinin binasında baş tutub. Başçı vurğulayb ki, bütün görülən işlər şəhərin baş planına uyğun həyata keçirilir və bu istiqamətdə abadlıq və yenidənqurma davam etdirilləcək: “Çalışacayıq ki, sakinlər  tərəfindən qaldırılan problemlər mərhələ-mərhələ həllini tapsın”. Görülən işləri yüksək dəyərləndirən mingəçevirlilər mövcud problemləri də dilə gətiriblər. Onlar […]

İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 51 gənc Azərbaycan, 33 gənc isə rus bölməsi üzrə bitirib

Bu tədris ilində Mingəçevirdəki İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 84 gənc (51-i Azərbaycan, 33-ü isə rus bölməsi üzrə) bitirib  Onlardan biri- Ülviyyə Əmrahlı qızıl medala, 3-ü isə (Aygün Həsənova, Ülviyyə Nəcəfli, Laçın Bağıyev) fərqlənmə attestatına layiq görülüb. Məktəbin direktoru  Xumarə Mikayılova deyir ki, əksər məzunlar Azərbaycanın və Rusiyanın nüfuzlu univeristetlərinə qəbul olunublar. […]

Goranboyda feodal qəsrini xatırladan məkan tapılıb

Mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları, görünüşcə qədim feodal qəsrini xatırladan məkan Goranboyda aşkarlanıb. Hər hansı mülkədar və ya feodala aid olduğu güman edilən qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb. Arxeloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, kəmərin marşurutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb. Bundan sonra Kərpicli […]

Küçə itləri 24 yaşlı Əsəd Əsədovu dişləyib

O, vəhşi itlərdən qurtulmaq üçün yaxınlıqda olan həyətin hündür darvazasının üzərinə qalxıb. Buna baxmayaraq, sahibsiz itlər Əsəd Əsədovun hər iki əlinin barmaqlarını dişləyib. Zərərçəkən ətrafdakıların köməyi ilə təcili yardım avtomobili  ilə xəstəxanaya çatdırlıb. Şəhər sakininə quduzluq əleyhinə vaksin vurulub. Mingəçevir Mərkəzi Xəstəxanasından bildirilib ki, zərərçəkənə quduzluq əleyhinə vaksin vurulub və vəziyyəti hazırda normaldır.

“Azərsu” ASC-nin layihəsi icra olunandan yuxarı mərtəbələrə su qalxmır

Mingəçevirin S.Vurğun  küçəsindəki 19 saylı hündür mərtəbəli bina 36 mənzildən ibarətdir. Sakinlərin bildirdiyinə görə,  suyun təzyiqi aşağı olduğundan yuxarı mərtəbələrə su çıxmır. 9-cu mərtəbədə yaşayan 1-ci qrup əlil Vaqif Cəfərov deyir ki, bu halında düşüb aşağı mərtəbələrdən su gətirməyə məcburdur: “Hər dəfə yay gələndə evdə işlətməyə su tapmırıq. Əvvəllər yuxarı mərtəbəyə suyu mühərriklə vururdular. Amma […]

Yay ayı olsa da, bazarda qiymət od tutub yanır

Mingəçevir bazarında meyvə və tərəvəzlərin qiymətində xeyli bahalaşma müşahidə olunur. Bu günlərdə aparığımız sorğular onu göstərdi ki, bazarda bolluq olsa da alan da narazıdı, satan da. Bazarda  satıcı  alıcıdan çox idi.  Göyərtinin bir dəstəsi 30-40 qəpik, pomidor 1 manat, meyvələrdən ərik 3 manat 50 qəpik, gilas 3-4 manat idi. Meyvə-tərəvəz satışı ilə məşğul olan Şahin […]