Browsing author

Esmira Hidayətova

Sobaları oğulayaraq müxtəlif metal qəbulu məntəqələrinə satdı

Bu barədə avqustun 30-da Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Məlumata əsasən şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən Akif  Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində A.Hüseynov oğurladığı sobaları hissələrə ayıraraq müxtəlif metal qəbulu məntəqələrinə 1200 manata satdığını etiraf edib. Polis əməkdaşları tərəfindən sobaların hissələri maddi sübut kimi […]

Mingəçevirdə uşaq doğuldu və öldü

Hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Mingəçevir şəhər sakini Əzizova  Könül Habil qızının dünyaya gətirdiyi körpənin ürəyi dayanıb. Şöbə müdirinin bildirdiyinə görə, doğuş prosesi problemsiz həyata keçib, lakin dünyaya gəldikdən bir müddət sonra körpənin ürəyi dayanıb. Hazırda ananın vəziyyəti normaldır və ani ölümün səbəbi araşdırılır.

Asfalt üzərində sülh düşüncələri

Sentyabrın 4-də Mingəçevirdə “Qoy həmişə günəş olsun” mövzusunda rəsm müsabiqəsi keçirilib. Şəhər stadionunda təşkil olunan müsabiqədə  28  uşaq və yeniyetmə iştirak edib. Uşaqlar asfalt üzərində çəkdikləri bir-birindən maraqlı rəsmlərdə mavi səma, sülh göyərçini, Qarabağ və müharibə barədə düşüncələrini əks etdiriblər. Uşaq–Gənclər İnkişaf Mərkəzinin əl işlərindən ibarət sərgi və balaca fidanların ifasında rəngarəng şeirlər də maraq […]

Goranboyun dağlıq hissəsində becərilən yer kökü

Goranboyun dağ kəndləri üçün yer kökü becərmək xarakterik olmasa da bir neçə müddətdir ki, bu yerlərdə bitkinin əkini aparılır. RayonunYenikənd kəndi ərazisində becərilən yer kökü bu il məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi hektaradan 30-35 ton məhsul götürməyin mümkün olduğunu deyir. Dağlıq ərazidə becərilən su sevən bitki dəmyə deyil, suni suvarma ilə becərilir. Həmçinin burada yerli […]

Mingəçevirdə 3-cü mərtəbədən yıxılan körpə xoşbəxtlikdən sağ qaldı

Valideyn məsuliyyətsizliyi nəticəsində urbanı olan 2 yaşlı uşaq beş mərtəbəli binaın üçüncü mərtəbəsindən pəncərənin toru ilə birlikdə asfalt örtüyünün üzərinə düşüb. 2017-ci il təvəllüdlü Rəcəbov Uğur İlkin oğlu  hazırda xəstəxanadadır,  qarın nahiyyəsindən əməliyyat olunub. Qonşuların dediyinə görə, ailə bu binada kirayədə yaşayır. Faktla bağlı araşdırma aparılır.

Hərbiyə maşın ustası kimi çağırıldı, amma döyüşçü kimi şəhid oldu

Məhərrəm Şamxalov şəhid qardaşından danışanda göz yaşlarını saxlaya bilmir. Deyir ki, o, Mingəçevirdə, Qaz İstismarı İdarəsində işləyirdi: “1992-ci ildə şəhər hərbi komissarlığından çağırış vərəqəsi gəldi. Onu Ağdama yolladılar. Tahir ilk hərbi xidmətini Çexoslovakiyada başa vurmuşdu. Orada tank, BMP maşınlarının təmiri ilə məşğul olmuşdu. 5-ci dərəcəli usta idi. Ağdamda da təmirçilər rotasında qulluq edirdi. Döyüşlərin qızğın […]

34 yaşlı gənc iş yerində faciəvi şəkildə ölüb

Azərbaycan İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib. Belə ki, stansiyanın işçisi Sənan Yəhyayev 6000 kvt-lıq transformatora düşərək, yanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 1985-ci il təvəllüdlü Mingəçevir sakininin azyaşlı uşaqları vardı.

Şəhid anası oğluna iş tapa bilmir

Milli Qəhrəman Mirabov Rəşad Akif oğlu 3 may 1975-ci ildə Mingəçevirdə anadan olub. Şəhərdəki 7 saylı məktəbdə təhsil alan Rəşad bir müddət atasının yanında – Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi kimi çalışıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Əvvəlcə  indiki H.Z.Tağıyev qəsəbəsində, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı hissədə […]

Güclü külək Mingəçevirdə fəsadlar törədib

Şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb. Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Aidiyyəti qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.

Toy karvanıyla gedən ata-bala qəzaya düşdü

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. İlkin ehtimala görə, toy karvanında olan “KİA” markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq, yoluna davam edib və hərəkətdə olan “BMW” markalı avtomobilin qarşısına çıxıb. Onların toqquşması nəticəsində iki  nəfərin-1976-cı il təvəllüdlü Rövşən Soltanov və oğlu, 2002-ci il təvəllüdlü Məhəmmədəli Soltanovun yüngül xəsarət aldığı bildirilir. Mingəçevir Xəstəxanasından […]