Browsing author

Esmira Hidayətova

Könüllülər yerli hökumətdə fərqli işlərin icrası ilə məşğul olublar

2 ay öncə Mingəçevir Şəhər  İcra Hakimiyyətində könüllülük fəaliyyətinə başlayan  gənclər ötən müddətdə müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edib, ayrı-ayrı şöbələrdə fərqli işlərin icrası ilə məşğul olublar. İH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunan gənclər təcrübə dövründə yeni biliklərə yiyələniblər. Onlar gələcək fəaliyyətlərində bu təcrübədən istifadə edəcəklərini bildirirlər. Könüllülük fəaliyyətlərinin […]

Ömrünün 50 ilini müəllimlik peşəsinə həsr edən alim

Müəllim elm, bilik xəzinəsinin qapılarını insanların üzünə açan bir varlıqdır. Biz xəzinəyə inamla daxil olanlar, həyatın enişli-yoxuşlu yollarında büdrəməyənlərdən, öz biliyi və əməkləri ilə cəmiyyətin inkişafına tövhə verənlərdən olmaq üçün müəllimimizdən bilik almağı daha üstün tutmalıyıq. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur.Müəllim nufuzunu ilk növbədə müəllim özü qazanmalıdır.Belə nüfuz sahiblərindən biri də […]

Altı uşaq məktəbə gedə bilmir

Mingəçevirdə məskunlaşmış məcbui köçkün ailəsinin 6 az yaşlı övladı imkansızlıq üzündən təhsilini davam etdirə bilmir. Ailə  şəraitsiz fermada dözülməz vəziyyətdə yaşayır. Ailənin məskunlaşdığı ərazi nəinki məktəbə, hətta xəstəxana və bazara da çox  uzaqdır. Həmin ərazidə içməli su da tapılmır. Ailənin başçısı Nizami Allahverdiyev övladlarını atdıqdan sonra uşaqlarının qayğısını ana ilə bərabər 72 yaşlı Gülgəz nənə […]

Azərbaycanca, yoxsa rusca oxuyaq?

Hazırda  Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus bölmələri fəaliyyət göstərir. Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı xeyli artıb. Bu, 3 saylı beynəlmiləl tam orta məktəbdə xüsusi ilə diqqəti cəlb edir. Məktəbin Azərbaycan böməsində hazırlıq qruplarına 4 sinif üzrə  80 müraciət qəbul olunduğu halda, cəmi […]

Nofəl Qasımov: “Natiqin sağ olması xəbəri türk mətbuatında da yayılıb”

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. Mingəçevirdə yaşayıb. Şəhərdəki 4 saylı tam orta məktəbin məzunudur. 1991-92-ci illərdə “Qarabağ Şahinləri” adlı könüllü dəstənin tərkibində döyüşüb. 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün […]

Nənə ilə nəvə Mingəçevirdə dəvə bəsləyir

Qiymətli tükü, yararlı südü, ən əsası susuzluğa davamlı və yük götürmə qabiliyyətli bu heyvanlara ölkəmizdə də maraq göstərənlərin sayı az deyil. Məşhur atalar sözünü nəzərə alan nənə və nəvə – Gülgəz Allahverdiyeva və nəvəsi Mikayıl şəhər ərazisində 14 baş dəvəyə qulluq edir. “Səhra gəmi”lərinə daha çox rayon yerlərində rast gəlinsə də, maraqlı məqam onların Mingəçevirdə […]

Mingəçevirin “Miçurini”

64 yaşlı mingəçevirli Vəli Qaçayev illərdir ki, sürücülük peşəsi ilə məşğul olsa da   bitki və ağacların mahir bilicisi kimi tanınır. O, son 15 il ərzində bu bölgə üçün xarakterik olmayan ağac və bitkilər yetişdirilməsi ilə məşğuldur. Həvəskar bağban kimi o çoxlarının bacarmadığı  bir ilkə imza atıb. 12 sotluq həyətyanı sahəsində əsasən cənub bölgələri üçün xarakterik […]

“Qafqaz: Gözəlliklər və kədər diyarı”

Kitabın redakoru, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı bu dəyərli əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda bütün türk dünyasına, islam aləminə qarşı açıq müharibəyə atılmış erməni millətçilərinin tarix  boyu törətdikləri çirkin əməllərdən, məkrli siaysətdən, Azərbaycanın və Türkiyənin torpaqlarını ələ keçirmək üçün həyata keçirdikləri cinayətlərdən söz açılır: ”Kitab hər bir azərbaycanlı, bu yurdu sevən […]

Mingəçevirdə musiqi bayramı

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Dahi bəstəkar və musiqişünas alimin 134 illik yubleyi elə onun adını daşıyan Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin qarşısında, açıq havada, xalq çalğı alətləri orkestrinin ifasında canlı konsert proqramı […]

Mingəçevirdə “Aşura günü”ndə qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” könüllü qanvermə aksiyaları Mingəçevirdəki Heydər Əliyev məscidində də  keçirilib. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin  müdiri Vüsalə Səfərəliyevanın verdiyi məlumata görə,  səhər saatlarından başlayan qanvermə aksiyası davam edir: “Saat 12-yə olan məlumata əsasən 167 nəfər qan verib. Bu aksiya axşam saat 6-ya qədər davam edəcək”.