Browsing author

Esmira Hidayətova

Son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır

Qəbirlər fərqli, tutduqları ərazi isə isə geniş. Bir sözlə son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır. Söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbristanlıqda mövcud  olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir. Vəziyyət o həddə çatıb ki, Bozdağın yamaclarını yonub orada dəfn üçün yer açılır. İnsanlar dünyasını dəyişənlərini dəfn etmək üçün […]

Sakinlər istilik problemini dilə gətirdilər

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabrın 6-da şəhərin Nizami küçəsindəki 12 saylı ünvanda baş tutub. Başçı bildirib ki, ayrı-ayrı məhəllələrdə görüşlər davam edir, bu gün də burada yaşayanları dinləmək arzusundadır, onlardan təkliflər gözləyir. Görüş iştirakçıları görülən işləri təqdir ediblər. Bildiriblər ki, Nizami küçəsində səliqə-səhman yaradılıb, binaların dam örtükləri dəyişdirilib, […]

AQTA Mingəçevirdə antisanitar şəraitdə çörək bişirənləri üzə çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhərinin  Aydın Məmmədov küçəsindəki 91/A ünvanında fiziki şəxs Əliyev Elşən Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. Baxış zamanı antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki tələblərə cavab vermədiyi, sanitar norma və qaydaların, gigiyenik normativlərin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin […]

“Opel” markalı minik maşını 8 saylı marşrutun avtobusuna çırpılıb

Dünən axşam saatlarında  Mingəçevir şəhərinin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. “Opel” markalı minik maşını dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xəttinin avtobusuna çırpılıb. İlkin məlumata görə, avtobusda sərnişinlər olmasa da, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı minik maşınının 55 yaşlı sürücüsü Məmmədov Vəli […]

Mingəçevirdə daha bir uşaq doğuş zamanı xəsarət aldı

Mingəçevir şəhər xəstəxanasında dünyaya körpəsini gətirən Günay İlham qızı problemlərlə üzləşib. Xəyal Saadovun dediyinə görə, onun həyat yoldaşı noyabrın 1-də xəstəxanaya gətirilib: “Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi. 50 manat gücümüz çatdığını dedik. Qane olmadı, üstünə də 20 manat qoyub, 70 manat verdik”. A.Saadov bildirdi ki, elə həngamə də bundan sonra başlayıb: “Uşaq doğularkən […]

Mingəçevirdə 29 yaşlı gənc narkomaniyanın qurbanına çevrildi

Mingəçevirin H.Əliyev prospektindəki 2 saylı ünvanda yaşayan 29 yaşlı  Sərxan Novruz oğlu gecə saat 4 radələrində yüksək dozada narkotik maddə qəbul edib. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmayıb. Şahidlərin dediyinə görə, dünyasını dəyişən bu gənc mütamadi olaraq narkotik maddələr qəbul edirmiş.

Yol polisi məktəbə gəldi

Mingəçevir şəhərindəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Mingəçevir Polis Şöbəsi Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov  deyib ki, məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Gəncləri DYP ilə birgə tədbirlərdə iştiraka dəvət edən X.Məmmədov onları […]

Aşıq Qurbani dairəsində 57 meşə ağacı əkildi

Mingəçevirdə nümunəvi məhəllələr sırasına daha Aşıq Qurbani küçəsinin ərazisi də daxil olub. A.Qurbani dairəsində 1 hektara yaxın ərazi təmizlənib, hamarlanıb, çalalar qazılıb, 57 meşə ağacı əkilib, digər ağaclar budanıb. Burada asfalt örtüyü salınıb, uşaq əyləncə qurğuları və skamyalar quraşdırılıb.

Eyvandan mənzilə girdilər və 3 min manat dəyərində qızıl-zinət əşyalarını apardılar

Mingəçevirdə M.Vidadi küçəsindəki 4 saylı evin 27-ci  mənzilindən qızıl-zinət əşyaları ilə birlikdə gümüş aksesuarları da oğurlanıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya 3 min manat dəyərində ziyan dəyib. Zərərçəkənin dediyinə görə, ad günü qonaqlığından evlərinə qayıdarkən eyvanın pəncərələrinin açıq olduğunu görüblər: “Oğurluqdan bir neçə gün öncə mənzilimin qapısına açar salınmışdı”. Oğurluqla bağlı şəhər polis […]

“Söz verirəm ki, başladığımız bu işlər davamlı olacaq”

Mingəçevir şəhərində İcra Hakimiyyəti başçısının səyyar görüşləri sakinlər tərəfindən rəğbətlə qarşılanır. Çünki illərdən bəri yığılıb qalan problemlərin əksəriyyəti hər görüşdən sonra həllini tapır. 9 oktyabr 2019-cu ildə İH başçısı İlham İsmayılov Ərəş küçəsi 1, 2 və N.Nərimanov küçəsi 13, 15/1 saylı ünvanların sakinləri ilə görüşüb, mövcud ərazidə görülən işlərlə yaxından tanış olub və aidiyyatı qurumların […]