Browsing author

Esmira Hidayətova

Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı mövzusunda I regional elmi-texniki konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans keçirilib. Konfransı açıq elan edən MDU-nun rektoru Şahin Bayramov qonaqları konfrans istirakçılarına təqdim edib və bildirib ki,MDU və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda hər iki ali təhsil müəssisəsinin rektor, professor-müəllim və tələbə kollektivi, […]

“Duyğu yarpaqları” ictimaiyyətə təqdimatı olundu

“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirovun “Duyğu yarpaqları” kitabının təqdimat mərasimi keçirilib. O, indiyədək “35 il və ilmələnən ömürlər”, “El ağsaqqalı”, “Onlar bizim fəxrimizdir” və “Sən kimsən, cənab polkovnik?” adlı kitablarını ictimaiyyətə təqdim edib. Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı mərasimdə çıxış edərək bildirib   ki, uzun illərdən bəri qəzet-jurnallarda, almanaxlarda dərc edilən yazıları və nəşr […]

Mingəçevirdə kirayədə qalan günərzi qayğı mərkəzi

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil edilib. Mingəçevirdə bu […]

Energetiklər qəsəbəsi səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov noyabrın 27-də Energetiklər qəsəbəsində,  8 saylı məktəbin akt zalında sakinlərlə görüşüb. Qəsəbə sakinləri başçının mütamadi olaraq  qəsəbəyə gəlməsi və qaldırılan problemləri həll etməsindən məmnunluqlarını bildirib. Onlar diqqətə çatdırıblar ki, qəsəbə səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır. Belə ki, ərazidə məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, […]

Döş nişanı almış pedaqoji işçilər təəssüratlarını bölüşürlər

Bu günlərdə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Mingəçevirdən iki lisey rəhbəri  və iki müəllim  “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Onlardan üçü ilə görüşərək, təəssüratlarını bölüşmək qərarına gəldik. Aidə İsmayılova (Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru: Müəllim əməyinin dəyərləndirilməsi xüsusi diqqət yetirilən məsələlərdəndir. Çəkdikləri zəhmətə verilən yüksək dəyər qarşılığında […]

Günəşli yaşayış massivində iki otaqlı yaşayış evi yandı

Mingəçevirdə yaşayış evi yanıb. Hadisə bu gün, noyabrın 24-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivin 17-ci döngəsində yerləşən fərdi təsərrüfatda iki otaqlı yaşayış evi güclü yanğına məruz qalıb. Nəticədə iki otaqlı yaşayış evi  əşyaları ilə birgə yanıb. Köməkçi tikililər də güclü yanğının təsirindən yararsız hala  düşüb. FHN-nin hadisə yerinə gələn iki […]

“Üçüncü Bahar” Mingəçevirdə təqaüdçüləri bir araya topladı

“Üçüncü Bahar” təşəbbüs qrupu  2017 -ci ildən fəaliyyət göstərən və təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkilinə yönələn sosial layihədir.  Təşəbbüs qrupu tərəfindən layihə çərçivəsində YAŞA mərkəzi yaradılıb. Məqsəd təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan insanların asudə vaxtlarının səmərəli təşkilinə, onların cəmiyyətə inteqrasiyasına kömək göstərməkdir. Təqaüdçülər mərkəzə üzv olmaqla, maraq dairələrinə uyğun, maarifləndirici, sağlamlıq və yaradıcılıq istiqamətlərində […]

Lələ təpə əsgərləri qayğıya ehtiyacı olan uşaqların yanında

“N” saylı hərbi hissənin əsgərləri qayğıya ehtiyacı olan Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərinə hər cür ərzaq, geyim, uşaq oyuncaqları gətiriblər. Özləri ilə gətirdikləri qoyunu da kəsərək, uşaqlar üçün kabab bişirib və hər bir uşağa bu təamdan dadızdırıblar. Ziyarət zamanı balacalar doyunca yeyib, rəqs ediblər. Onların gözlərində bir sevinc qığılcımı görsənirdi. Hərbi hissənin komandirinin dediyinə […]

Mingəçevirdəki 3 saylı məktəbində payız bayramı

Mingəçevirdəki 3 saylı  beynəlmiləl məktəbin 3-2 rus bölməsi sinif müəllimi Tahirə Tahirovanın rəhbərliyi və valideynlərin dəstəyi ilə payız fəsli ilə bağlı bayram proqramı hazırlayıb. Şagirdlərin ifasında Dövlət himninin musiqi sədaları altında başlayan bayramda payıza aid səhnəcik, şeir, rəngarəng musiqi nömrələri təqdim olunub. Balaca fidanların ixtiyarına verilən səhnəyə əvvəlcə payızı dəvət ediblər. Payızın gəlişi ilə bolluca […]

Çilinin ölkəmizdəki səfiri ilk səfərini Mingəçevirə edib

Çilinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Qabriel Xara   Mingəçevir şəhərində səfərdə olub.  O, öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla  görüşüb.  Başçı  qonağı Azərbaycanın energetiklər, turizm  və sənaye şəhəri olan Mingəçevirdə görməkdən məmnun olduğunu bildirib, ona şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı,  eyni zamanda turizm bölgəsinə çevrilməsi barədə məlumat verib. Səfir Mingəçevir şəhəri […]