Browsing author

Esmira Hidayətova

Yapon növü olan balqabaq Mingəçevir sakininin həyətini bəzəyir

Mingəçevir sakini Damət Şəfizadə turizm sahəsi ilə məşğul olsa da, şəxsi təsərrüfatında rəngarəng bitkilər yetişdirməyi bacarıb. Yapon növü olan balqabaq bu baxımdan daha çox nəzəri cəlb edir.  Bu bitkinin qeyri-adiliyi onun digər balqabaqlardan balaca, yəni armud boyda olmasıdır. Yerli balqabaqlardan fərqlənən bu bitki narıncı rəngdədir, hündür  çardağa dırmaşıb bar verir Ev sahibinin dediyi kimi, bu bitkini […]

Mingəçevirdə Müstəqillik Günü

28 may Müstəqillik Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının Heydər Əliyev Mərkəzində birgə təşkil etdikləri elmi-nəzəri konfrans Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda döyüşlərdə həlak olmuş  şəhidlərimizin ruhunun yad edilməsi ilə başlayıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bayram münasibətilə zala toplaşanları təbrik edib və deyib ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində […]

“Prezident kuboku-2022” reqatası uğurla başa çatdı

Mingəçevirdə  Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası uğurla başa çatdı. Bu gün, mayın 7-də Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançıları Kür çayında avarçəkmə növündə mübarizələrini davam etdiriblər. Günün sonunda qaliblər müəyyənləşib. Onlara  medalları Gənclər və İdman naziri Fərid Qayıbov, Müdafiyə Sənayesi naziri Mədəd Quliyev, Azərbaycan Kanoe və […]

Mingəçevirdə güclü külək fəsadlar törədib

Bu gün, martın 28-də səhər saatlarından əsən güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Gəncə şosesində quraşdırılmış iri reklam löhvəsi aşıb. Avtomobil yollarında  sürücülər çətin anlar yaşayıblar. Şəhərin bir neçə yaşayış binasının qarşısında iri gövdəli ağacların budaqları da küləyin sürətinə tab gətirməyib. Qırılan ağaclar aidiyyəti qurumlar tərəfindən götürülüb. Səhərdən başlayan güclü külək […]

Əksəriyyət deputatdan iş istədi

Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin böyük əksəriyyəti  aradan qaldırıldıqdan sonra 47 saylı Mingəçevir seçki dairəsinin deputatı  Aydın Mirzəzadə seçicilərini ənənəvi qaydada qəbul edib. Qəbula gələn 43 şəhər sakininin problemləri dinlənilib, bir qisminə məsləhət verilib, bir neçəsinə yerində kömək olunub, bir qisminin qaldırdığı məsələlər qeydiyyata götürülərək, müvafiq orqanlarla yönəldilib. Qəbula gələnlərin əksəriyyəti işsizlik problemi ilə bağlı […]

Yaponiyanın Azərbaycandakı səfirinin Mingəçevirə gəlişinin məqsədi nə idi?

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yaponiyalı diplomata şəhərin tarixi, mədəniyyəti, sosial-iqtisadi göstəriciləri barədə məlumat verib və yaponlu iş adamlarının yerli layihələrə cəlb oluna biləcəyinə ümid etdiyini bildirib. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq ili” adlandırıldığını vurğulayıb. O, diqqətə […]

Mingəçevirdə 8 nəfər cəriməyə məruz qaldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhərin müxtəlif ərazilərində, əsasən səkilərdə piyadaların hərəkətinə maneə törədən, antisanitar vəziyyət yaradan pərakəndə ticarət obyektləri müəyyən edilib. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və diqqətə çatdırıb ki, yalnız  müəyyən […]

Polis rəisi şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı

Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev noyabrın 16-da şəhərdəki 4 saylı orta məktəbdə şagirdlərlə görüşüb, onları narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixatrop və güclü təsiredici maddələrin insan sağlamlığına vurduğu fəsadlar barədə danışıb və bildirib: “Narkomaniya qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”. “Maarifləndirmə […]

“Dəmir Yumruq” Mingəçevirdə də qalib gəldi

İkinci Qarabağ Müharibəsində qələbənin ildönümü münasibət ilə “Zəfərə Gedən Yol” layihəsi çərçivəsində “Zəfər Marafonu” yarışı baş tutub. MDU, MTK, Gənclər Evi,  “Asan Xidmət” və Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Mingəçevir nümayəndəliklərinin təmsilçilərindən ibarət 16 komanda burada  intellektlərini nümayiş etdiriblər. Gərgin mübarizədən sonra qalib kürsüsünə Mingəçevir Turizm Kollecininin “Dəmir Yumruq” komandası çıxıb. Kollecin direktoru Kamal Əhmədov […]

Mingəçevir sakini dələduzların toruna düşüb

Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satması haqda elan yerləşdirib. Bundan sonra WhatsApp vasitəsi ilə onunla əlaqə saxlayan şəxs qarajı almaq istədiyini deyib. Zəng vuran Qazaxstanda olduğunu və beh vermək üçün Fəxridən kartının  nömrəsini göndərməsini bildirib. Nəticədə şəhər sakini aldadılıb. F.Həsənov deyir ki, kartlarının şəklini çəkib göndərəndən sonra telefonuna bankdan 6 […]