Browsing author

Elvira Əsgərova

Xarici siyasət

Azərbaycan diplomatik və xidməti pasport sahiblərinin səfərlərini asanlaşdırmaq məqsədilə 6 ölkə ilə vizasız rejim tətbiq edir. Bu barədə qərarlar Milli Məclisin son plenar iclasında gündəmə gətirilib və səsvermə nəticəsində təsdiqlənib. Yeni sazişlər çərçivəsində aşağıdakı ölkələrdə diplomatik və xidməti pasport sahibləri vizasız səfər imkanından istifadə edəcək: Anqola, Bəhreyn, Cibuti, Dominikan Respublikası, Qvineya-Bisau və Surinam. Həmçinin, Maldiv […]

Zəngəzur dəhlizi layihəsi irəliləyir

Erməni politoloq Benyamin Matevosyan bildirib ki, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma mövcuddur. Bu dəhliz ölkənin əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək və regional nəqliyyat infrastrukturunda mühüm rol oynayacaq. Matevosyanın sözlərinə görə, layihənin istifadəyə verilməsi 2028-ci ilin ikinci yarısında nəzərdə tutulur. O qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan liderləri yaxın […]

Tam ştatlı müəllim modeli: Dərsdən sonra müəllimləri nə gözləyir?

Son günlər təhsil sahəsində geniş müzakirə olunan məsələlərdən biri müəllimlərin əməkhaqqının və iş saatlarının yeni model üzrə tənzimlənməsidir. “Tam ştatlı müəllim” konsepsiyası hələ yekunlaşdırılmasa da, elm və təhsil naziri Emin Əmrullayevin son açıqlamaları prosesin konturlarını daha da dəqiqləşdirib. Yeni yanaşmanın əsas məqsədi müəllimin məktəbdə gördüyü bütün pedaqoji fəaliyyəti vahid çərçivədə qiymətləndirmək və bu yükə uyğun […]

Yerli dərman zavodu

Hökməli qəsəbəsində fəaliyyətə başlayan “Scandens Pharmaceutical Industries Ltd” MMC-yə məxsus dərman istehsalı müəssisəsi Azərbaycanda əczaçılıq sənayesinin inkişafı baxımından önəmli addım kimi qiymətləndirilir. Açılışda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən müəssisədə il ərzində 800 milyonadək tablet və kapsul istehsalı nəzərdə tutulur. Hazır məhsullar həm yerli bazara təqdim olunacaq, həm də ixrac olunacaq. Müəssisədə 120 yeni […]

UNEC nümayəndə heyəti Malayziyaya işgüzar səfər edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya işgüzar səfər həyata keçirir. Səfərin ilk günündə UNEC nümayəndələri ölkənin aparıcı ali təhsil müəssisələrindən olan INTI Beynəlxalq Universitetində olublar. Universitetin direktoru AP TS Dr. Choo Won Onn UNEC heyətinə idarəetmə modeli, təhsil strategiyası, texnoloji təminat və beynəlxalq əməkdaşlıq təcrübəsi barədə ətraflı […]

Qeyri-formal əmək fəaliyyəti ilə məşğul olanlar üçün sığorta ödənişi

Tibbi Sığorta Haqqında Qanuna edilən dəyişikliklə qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan şəxslər də 16 manat məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu, geniş müzakirələrə səbəb olub. Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib ki, qeyri-formal fəaliyyət əmək müqaviləsi və ya VÖEN-i olmayan şəxslərə aiddir. Onlar ya işlərini leqallaşdırmalı, ya da qanuna uyğun sığorta ödənişi etməlidirlər:“16 […]

Rəqəmsal xidmətlər yüksəlir

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov” artıq 2 milyon istifadəçini geridə qoyub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq vasitəsilə platformaya qoşulan vətəndaşların sayı əhəmiyyətli şəkildə artıb. Cari il ərzində 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib ki, bu da ötən il ilə müqayisədə […]

Son günlər quş yumurtasında qiymət artımı kənd yumurtasında da hiss olunur

Son günlər bazarlarda yumurtanın qiymətində artım müşahidə olunur. Kənd yerlərində istehsal olunan yumurtanın qiyməti də bahalaşıb. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, son illərdə quşların baş sayında ciddi azalma olub, təxminən 20 faizdən çox. Onun sözlərinə görə, bu azalmanın əsas səbəbi yemin qiymətinin ildən-ilə qalxmasıdır. “Yemin qiyməti artdıqca, kəndlilər quşların sayını azaldır. Həmçinin kənd […]

Azərbaycan QHT Agentliyinin icraçı direktoru forumda çıxış edib

Bu gün Türk dövlətləri arasında mövcud sıx əlaqələr dövlət başçılarının qarşılıqlı etimadı, şəxsi münasibətləri və siyasi iradəsi sayəsində ən yüksək səviyyəyə çatıb. Ortaq tariximiz və mədəni dəyərlərimiz, həmçinin birgə məqsədlərimiz bizi yalnız birləşdirmir, eyni zamanda daha da gücləndirir. Bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türk Dövlətləri Təşkilatına üzv […]

Qadın Sürücülər İctimai Nəqliyyatda Yeni Dövr Açır

Bu gündən etibarən iki xanım sürücü ictimai nəqliyyat xəttində fəaliyyətə başlayıb. Onlar 140 və 141 nömrəli avtobuslarda işləyəcəklər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü ilə ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə xüsusi təlim proqramı keçirilib. Proqram çərçivəsində xanım namizədlər həm nəzəri, həm də praktiki sahədə avtobus sürücüsü kimi peşəkar hazırlıqdan keçiblər. Təlimlər zamanı sürücülük […]