Browsing author

Elvira Əsgərova

Beyləqanda dəhşətli qəza

Beyləqanda ağır yol qəzası baş verib.Rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.Hadisə zamanı bir nəfərin həyatını itirdiyi, iki nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.Qəza ilə bağlı araşdırma tədbirləri davam etdirilir.

Paşinyanın sərhəd mesajı

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşun Kirants kəndinə gələrək Azərbaycanla demarkasiya olunmuş sərhəd xəttini yerindəcə yoxlayıb və sakinlərlə söhbət edib. O, səfərin görüntülərini sosial şəbəkədə paylaşaraq məqsədin hökumətin təhlükəsizlik konsepsiyasını izah etmək olduğunu bildirib. Paşinyan vurğulayıb ki, ölkənin təhlükəsizliyi təkcə ordudan ibarət deyil və bunun üçün müxtəlif vasitələrə ehtiyac var: “Əgər təhlükəsizlik yalnız ordudan asılıdırsa, […]

Mingəçevirdə zəncirvari qəza

Mingəçevirdə Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində üç minik maşınının iştirakı ilə zəncirvari qəza baş verib. İlkin məlumatlara əsasən, avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində prospektdə nəqliyyatın hərəkəti bir müddətlik məhdudlaşıb və qısa tıxac yaranıb.

Rusiya-Ukrayna gərginliyi

Dekabrın 6-na keçən gecə Rusiya qüvvələri Kiyev vilayətində hava zərbələri endirib. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Fastov, Vışqorod və Buça rayonlarında gecəboyu bombardman davam edib. Hadisələr nəticəsində üç nəfər yaralanıb. Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobaza ciddi ziyan çəkib. Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5,500 kvadratmetrlik anbarda yanğına səbəb olub. […]

Saatlıq əməkhaqqı gözləyir: Azərbaycanda yeni sistem təxirə salındı

Əmək Məcəlləsinə edilən son dəyişikliklərdə bir sıra yeniliklər diqqət çəkib: uşağın doğulması ilə bağlı atalara 14 günlük ödənişli məzuniyyət, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi zamanı əmək müqaviləsi ilə təmin olunması kimi maddələr qanun layihəsinə əlavə edilib. Lakin uzun müddətdir müzakirə mövzusu olan saatlıq minimum əməkhaqqına keçid məsələsi bu dəfə də layihəyə daxil […]

Rusiyadan Avropaya sərt xəbərdarlıq

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Sky News”a müsahibəsində Avropa ilə Rusiya arasında müharibə riskinin real olduğunu bildirib. Onun sözlərinə görə, Britaniya rəsmilərinin Rusiyanın təhlükə yaratdığı barədə tez-tez səsləndirdiyi bəyanatlar bu gərginliyin fonunda meydana çıxır. Kelin vurğulayıb ki, Moskva Avropa ölkələrində artan silahlanma çağırışlarını diqqətlə izləyir və bunları narahatedici tendensiya hesab edir. Diplomat bildirib ki, […]

Qarabağ danışıqlarının gizli səhifələri

Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı Qarabağ münaqişəsi dövründə aparılan danışıqlara dair mühüm sənədləri ictimaiyyətdən gizlətməkdə ittiham edib. Sukiasyan bildirib ki, danışıqlar prosesi yalnız Köçəryanın dövrü ilə məhdudlaşmır və ondan əvvəlki mərhələlərə aid materiallar da ortada yoxdur: “Ter-Petrosyanın prezidentliyi dövründə aparılan danışıqların sənədləri haradadır? […]

Rusiya Zəngəzur dəhlizi planlarına qarşı çıxdı

Rusiya rəsmiləri Cənubi Qafqazda Moskva və Tehrandan yan keçən nəqliyyat marşrutlarının iqtisadi baxımdan səmərəli olmadığını və regional əməkdaşlığa zidd məqsədlər daşıya biləcəyini bildiriblər. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Litskay açıqlama verib. O, son vaxtlar “Zəngəzur dəhlizi” və yaxud Qərbin təşviq etdiyi alternativ nəqliyyat yollarının fəal şəkildə gündəmə gətirildiyini xatırladıb. Diplomatın sözlərinə görə, bu […]

İran hekayəsi bitməyib – ABŞ rəsmisindən diqqətçəkən açıqlama

ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak İran və İsrail arasında 12 gün davam edən qarşıdurma, Tehranda mümkün hakimiyyət dəyişikliyi və İsrailin niyə prosesi sonadək aparmadığı barədə sualları cavablandırarkən diqqətçəkən açıqlama verib. Diplomat bildirib ki, İranla bağlı “hekayənin sona çatdığını düşünmək səhv olardı”. Onun sözlərinə görə, Donald Tramp administrasiyası İranda hakimiyyət dəyişikliyinə yönəlmiş addımları […]

Azərbaycan manatının sabitliyi bank sektorunu gücləndirir

Azərbaycan manatının illərdir qorunan sabit məzənnəsi bank sistemində dollarla verilən kreditlərin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu barədə beynəlxalq reytinq agentliyi “Moody’s” öz son qiymətləndirməsində məlumat yayıb. Bildirilib ki, manatın stabil qalması nəticəsində valyuta ilə kreditləşmənin həcmi sürətlə azalmaqdadır: əgər 2020-ci ildə bank portfelinin təxminən 30%-i xarici valyutada idisə, 2024-cü ildə bu göstərici 16%-ə, 2025-ci ilin […]