Browsing author

Elvira Əsgərova

Donor qanının təhlükəsizliyi üçün yeni texnologiya tətbiq olunur

Səhiyyə Nazirliyi bildirib ki, donor qanında yoluxucu infeksiyalar daha erkən mərhələdə aşkarlanacaq. Bu barədə Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova açıqlama verib. O qeyd edib ki, qan nümunələrinin laborator müayinəsi ardıcıl və elmi əsaslarla aparılır, məqsəd donor qanının təhlükəsizliyini maksimum təmin etməkdir. Qan və onun komponentləri seroloji, immunhematoloji və molekulyar-bioloji testlərdən keçirilir. S. […]

İranda edamlar artmaqda davam edir

İran həbsxanalarında son iki gün ərzində azı 24 məhbus edam olunub. Bu barədə HRANA xəbər verib. Məlumatda bildirilir ki, bu göstərici onu deməyə imkan verir ki, ölkədə hər gün orta hesabla 12 nəfər, yaxud hər iki saatda bir nəfus edam edilir. Hesabatda həmçinin qeyd olunub ki, noyabr ayında ümumilikdə 152, oktyabr ayında isə 286 nəfərin […]

Netanyahu sərt mövqedə: Suriyanın cənubundan çıxmaq niyyətində deyilik

İsrail Baş naziri Benyamin Netanyahu Suriyanın cənubunda yerləşən bufer zonadan çıxmağı planlaşdırmadıqlarını açıqlayıb. O, səfirlərlə görüşdə bildirib ki, Suriyanın cənubunun silahsızlaşdırılması ilə bağlı Dəməşqlə razılaşma gözləsələr də, bu bölgədə qalmaq niyyətindədirlər. Suriya Prezidenti Əhməd Şaraa isə noyabrın 6-da İsraili digər ölkələrə böhran ixrac etməkdə günahlandırıb və İsrail ordusunun Suriyanın cənubunda davam edən hücum və hava […]

İsrail Qətər və Türkiyənin HƏMAS-la bağlı təkliflərinə sərt reaksiya verdi

İsrail rəsmiləri HƏMAS-ın silahsızlaşdırılmasına dair Türkiyə və Qətər tərəfindən irəli sürülən alternativ təklifləri qəbuledilməz adlandırıblar. Bu barədə məlumatı İsrail mediası yayıb. “Yediot Ahronot” qəzetinə danışan rəsmi mənbələr bildiriblər ki, təklif olunan model HƏMAS-ın Qəzza zolağında mövcudluğunu faktiki olaraq qoruyur və bu, İsrail üçün yolverilməzdir. Məlumata görə, Türkiyə və Qətər HƏMAS-a məxsus silahların Fələstin Muxtariyyətinə təhvil […]

Almaniyada sovet dövrünün izləri silinir

Almaniya Bundestaqının SED rejiminin qurbanları üzrə komissarı Evelin Zupke ölkədə sovet və keçmiş GDR rəhbərlərinin adlarını daşıyan küçələrin yenidən adlandırılmasını təklif edib. Bu barədə “Bild” nəşri məlumat yayıb. Zupkenin sözlərinə görə, Almaniyanın yenidən birləşməsindən 35 il keçməsinə baxmayaraq, Lenin, Otto Qrotevol və Vilhelm Pik kimi adların küçələrdə qalması bu günün demokratik cəmiyyəti ilə uyğunluq təşkil […]

Netanyahu: İsrail Fələstin dövlətinin qurulmasına qarşı çıxır

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu açıqlayıb. Bu barədə o, Almaniya kansleri Fridrix Merz ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. Netanyahu bildirib ki, Fələstin dövlətinin qurulması “yeganə yəhudi dövlətinin varlığına təhlükədir”. Baş nazir İsrail üçün iki yol olduğunu qeyd edib: biri ərəb ölkələri ilə sülh prosesini davam etdirmək, digəri isə […]

Ukrayna müharibəsi: 2 milyon insan itirdi, sülh sazişi “son mərhələdə”

Ukrayna müharibəsinə son qoyacaq sülh sazişi “çox yaxın”dır və proses əsasən iki əsas məsələnin həllindən asılıdır: Donbasın gələcək statusu və Rusiya nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının taleyi. Bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ronald Reyqan Müdafiə Forumunda çıxışı zamanı bildirib. Kelloqun sözlərinə görə, danışıqlar “son 10 metrə” daxil olub və hazırda […]

Almaniya Fələstin dövlətini tanımayacaq – Merzdən sərt açıqlama

Almaniya yaxın perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmır. Bu barədə Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Merz qeyd edib ki, tanınma məsələsindən əvvəl bölgədə sülh planının mərhələli şəkildə icrası təmin olunmalıdır: “Nəticənin necə olacağını bu gün heç kim bilmir. Buna görə də Almaniya digər Avropa ölkələri kimi […]

“Apple” 2025-də tarix yazır: iPhone satışları rekord qıracaq

2025-ci ildə “Apple” iPhone satışlarında tarixinin ən yüksək nəticəsini əldə edə bilər. IDC-nin proqnozlarına əsasən, şirkət “iPhone 17” seriyasına olan güclü tələbat sayəsində 247 milyondan çox cihaz satacaq. Məlumata görə, “Apple”ın ümumi smartfon tədarükü 6,1% artacaq ki, bu da qlobal bazardakı orta artım göstəricisi olan 1,5%-i bir neçə dəfə üstələyir. “MacRumors” yazır ki, şirkətin satış […]

Emin Əmrullayevə Gürcüstandan nüfuzlu mükafat

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb. Mükafat nazirin Tbilisiyə rəsmi səfəri çərçivəsində universitetdə keçirilən mərasimdə təqdim edilib. Tədbirdə çıxış edən rektor, akademik David Qurgenidze GTU-nun beynəlxalq layihələrdə iştirakı, elmi nailiyyətləri və tələbələrin dünya miqyaslı elmi eksperimentlərdə qazandıqları uğurlar barədə məlumat verib. Səfər zamanı hər iki […]