Browsing author

Elvira Əsgərova

Nizami irsi Türkiyədə yenidən doğulur

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusunun əsərləri orijinal mətnlər əsasında Türkiyə türkcəsinə çevrilərək ardıcıl şəkildə nəşr olunur. Mərkəzdən verilən məlumata görə, “Xəmsə”yə daxil olan poemaların tərcüməsini Erzurum Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım həyata keçirir. Layihə çərçivəsində Nizami Gəncəvinin ölməz […]

Şagirdlər üçün peşə seçimi imkanı genişlənir

Dövlət İmtahan Mərkəzi 8-ci və daha yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Peşə seçimi” aləti şagirdlərin maraq, qabiliyyət və şəxsi xüsusiyyətlərinə uyğun peşə istiqamətlərini müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Alət üç əsas mərhələni əhatə edir: Təfəkkür növləri üzrə test Şəxsi xüsusiyyətlərin qiymətləndirilməsi Peşə maraqlarının […]

Cəlilabadda vətəndaşa verilən 20 arı ailəsi qısa müddətdə tələf oldu

Cəlilabad rayonunda Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə vətəndaşa təqdim edilən 20 arı ailəsi bir neçə gün ərzində məhv olub. Pərdi kənd sakini Asif Əliyev təsərrüfat yaratmaq məqsədilə müraciəti əsasında 20 arı ailəsi ilə təmin edilib. Lakin qısa zaman sonra bütün arıların tələf olduğu aşkarlanıb. A. Əliyevin sözlərinə görə, arılar xəstəlik səbəbindən məhv olub. O, vəziyyətlə […]

Alpha bitir, Beta başlayır: Yeni nəsillər dünyanı necə dəyişəcək?

Yeni nəsillər haqqında böyük proqnoz: Alfa bitir, Beta başlayır – gələcəyin uşaqları necə olacaq? Süni intellektlə iç-içə böyüyən ilk nəsil tarixə düşəcək 2010–2024-cü illərdə doğulan insanlar “Alfa nəsli” adlandırılır və bu gün dünyada onların sayı iki milyardı keçib. Bu nəsil texnologiya ilə doğulan ilk nəsil kimi tanınır — smartfon, planşet və kompüter onların həyatının başlanğıcdan […]

Yer kürəsini nələr gözləyir? Alimlər gələcək superqitənin dəhşətli nəticələrini açıqladı

İngiltərənin Bristol Universitetindən olan mütəxəssislər yeni tədqiqatlarında xəbərdarlıq ediblər ki, milyonlarla il sonra Yer üzərində mövcud materiklərin “Pangeya Ultima” adlı nəhəng superqitədə birləşməsi planetin iqlimində fəlakətli dəyişikliklərə səbəb ola bilər. “Nature Geoscience” jurnalında yayımlanan araşdırmada bildirilir ki, bu proses həddindən artıq yüksək temperatur şəraitinin yaranması ilə nəticələnəcək və həm insanlar, həm də digər canlı növləri […]

Tuvada Yeni il şənliklərinin keçirilməməsi gündəmdə

Rusiyanın tərkibində olan Tuva Muxtar Respublikasında Yeni il bayramı ilə bağlı kütləvi şənliklərin ləğv olunması barədə təşəbbüs irəli sürülüb. Bu ideya bölgənin rəhbəri Vladislav Xovalıq tərəfindən səsləndirilib. O, belə bir addımı Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqələndirib. Xovalıq bildirib ki, mövcud vəziyyət fonunda böyük kütləvi tədbirlərin və fişənglərlə müşayiət olunan bayram proqramlarının keçirilməsi xüsusi əməliyyatda […]

Hərbi xidmətə yararsız gənclər müalicəyə cəlb olunacaq

Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən, çağırış yaşlı gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilərsə, o, mütləq tibb müəssisələrində müalicə olunacaq. Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, bu dəyişiklik gənclərin sağlamlığının qorunması və hərbi xidmətə hazırlığın təmin edilməsi baxımından müsbət addım hesab edilir. “İlkin müayinə zamanı aşkar olunan […]

Bütün siniflərdə “Azərbaycan tarixi” dərsi Azərbaycan dilində olacaq

Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili ilə bağlı yeni tədris planlarını açıqlayıb. Nazir bildirib ki, bütün Azərbaycan vətəndaşları təhsil aldıqları dildən asılı olmayaraq Azərbaycan dilini mükəmməl bilməlidirlər. Bu məqsədlə Azərbaycan dili fənn saatlarının artırılması da planlaşdırılır. “6-cı sinifdən […]

Televiziya kanallarında “ok” sözünə görə xəbərdarlıq olacaq

Audiovizual Şuranın sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edərkən ölkədə əcnəbi sözlərin geniş yayılmasına diqqət çəkib. O bildirib ki, son illərdə reklam çarxlarından əcnəbi sözlərin çıxarılması istiqamətində mühüm addımlar atılıb və qanunvericiliyə uyğun tədbirlər görülüb. Buna baxmayaraq, televiziya proqramlarında dil normalarına əməl […]

Bərdədə ailənin dörd üzvü pomidor turşusundan zəhərləndi

Bərdə rayonunun Xanərəb kəndində bir ailənin dörd üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Xəbərə görə, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində 2 qadın və 2 kişi Təcili tibbi yardım şöbəsinə gətirilib. Pasiyentlərdə qusma, ürəkbulanma və dispepsiya kimi əlamətlər müşahidə olunub və ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. […]