Browsing author

Elvira Əsgərova

Mingəçevirdən Qarabağa 19 mindən artıq məcburi köçkün ailəsi yola salınacaq

Qarabağa qayıdış proqramı çərçivəsində Mingəçevirdə məskunlaşmış 19 mindən artıq keçmiş məcburi köçkün ailəsi mərhələli şəkildə işğaldan azad olunmuş doğma torpaqlarına yola salınacaq. Bu günədək Mingəçevirdən 100-dən çox ailə Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Laçın, Şuşa və Ağdam rayonlarına köçürülüb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir nümayəndəsi Rauf Nəbiyev bildirib ki, köçürülənlər arasında Ağdam […]

Azərbaycanda sosial və əməkhaqqı kartlarının sayı artmaqdadır

Dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda dövriyyədə olan ödəmə kartlarının ümumi sayı 21 milyon 835 minə çatıb. Kartların əsas hissəsini debet kartları təşkil edir. Statistikaya görə, ümumi kartların 3 milyon 398 mini sosial ödəniş kartlarının, 2 milyon 935 mini əməkhaqqı kartlarının, 2 milyon 97 mini kredit kartlarının, 13 milyon 404 mini isə digər debet kartlarının […]

Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış yenilənir

Qanunvericilikdə istifadə olunan “valideynlərini itirmiş uşaqlar” anlayışının dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, bu termin “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı ilə əvəz olunacaq. Məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş […]

Mingəçevirdə iki qadın dəm qazından zəhərlənib

Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazının təsirinə məruz qalıb. Hadisə Heydər Əliyev prospektində, keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış massivində qeydə alınıb. Məlumata görə, 1935-ci il təvəllüdlü Nabat İsmayılova və onun gəlini, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər. Zərərçəkənlər dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti […]

Xankəndidə Yeni il və Həmrəylik Günü üçün hazırlıqlar tamamlandı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-dən etibarən Xankəndi şəhərində iki bayram yarmarkası fəaliyyətə başlayacaq. Tədbirlərlə bağlı bütün təşkilati işlərin artıq yekunlaşdığı bildirilir. Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən “Qış nağılı” […]

Dağlıq və dağətəyi rayonlarda qar yağışı müşahidə olunur

Dekabrın 26-sı saat 09:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib, bəzi bölgələrdə yağıntı güclü xarakter alıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağışı qeydə alınıb. Yağan qarın hündürlüyü Zaqatalanın Əlibəy ərazisində 10 sm, Kəlbəcər, Laçın və Qubadlıda 7 sm, Daşkəsən və Qusarın Laza kəndində 5 sm, Göygöldə […]

Gürcüstanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat

Tbilisi Beynəlxalq Hava Limanında külli miqdarda narkotik vasitə aşkar edilib. Gürcüstan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 36 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Araşdırmalar zamanı şübhəlinin üzərindən və şəxsi əşyalarından qara bazar dəyəri 1 milyon larini ötən 1 kiloqram 200 qram kokain müsadirə olunub. Məlumata görə, narkotik vasitənin bazar qiyməti yüz minlərlə dollarla ölçülür. Faktla bağlı Gürcüstan […]

Misirdə ağır hadisə

Misirin Giza əyalətində yaşayış binasının çökməsi faciə ilə nəticələnib.İmbaba rayonunda yerləşən çoxmərtəbəli binanın uçması nəticəsində azı səkkiz nəfər həyatını itirib. Hadisədən sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda dağıntılar altında qalanların axtarışı davam etdirilir. Rəsmi qurumlar ölənlərin sayının arta biləcəyini istisna etmir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

QHT-lərin beynəlxalq çağırışı

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub ünvanlayıblar. Müraciət ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərilməsi çağırışına cavab olaraq dekabrın 25-də göndərilib. Qeyd edək ki, bundan əvvəl – 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu […]

Bakı avtobuslarının iş saatı bayram günlərində uzadıldı

31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar, Bakı şəhərində fəaliyyət göstərən müntəzəm avtobus marşrutları 1 Yanvar saat 01:30-dək işləyəcək. AYNA-nın məlumatına görə, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi ərazilərində keçiriləcək Yeni il şənlikləri və atəşfəşanlıq səbəbindən sərnişin axınının artıracağı gözlənilir. Bu səbəbdən, müntəzəm marşrutlar üzrə fəaliyyət […]