Maduro həbs olundu: azadlıq qələbəsimi, yoxsa beynəlxalq hüququn pozulması?
ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu həbs etməsi dünya siyasətində geniş rezonans doğurub. Hadisə qlobal miqyasda müzakirələrə səbəb olsa da, ölkələrin reaksiyaları bir-birindən kəskin şəkildə fərqlənib. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonun addımını dəstəkləyərək ABŞ Prezidenti Donald Trampı təbrik edib və baş verənləri “tarixi cəsarət nümunəsi” kimi dəyərləndirib. Argentinanın Prezidenti Xavyer Miley isə bu hadisəni “azad […]