Mingəçevirdə mənzildə kişi meyiti tapıldı
Mingəçevirdə yaşayış mənzillərindən birində kişi meyiti aşkarlanıb. Unikal-a istinadən bildiririk ki, hadisə Energetiklər yaşayış massivində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. İlkin araşdırma zamanı meyitin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Hazırda mərhumun şəxsiyyəti və ölümün dəqiq səbəbi müəyyənləşdirilir. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.