Browsing author

Elvira Əsgərova

“Mossad” İranda etnik tərkiblə bağlı xəritə yayımladı

İsrailin xarici kəşfiyyat qurumu “Mossad” İranda etnik tərkiblə bağlı yeni məlumatlar yayıb. Xidmət tərəfindən paylaşılan materialda ölkənin etnik demoqrafiyasını əks etdirən təxmini xəritə təqdim olunub. Xəritədə İran əhalisinin ümumi sayının 91,6 milyon nəfər olduğu göstərilir. Verilən rəqəmlərə əsasən, ölkə əhalisinin ən böyük hissəsini farslar təşkil edir və onların payı 48,2 faiz olaraq qeyd olunub. Sənəddə […]

Türkiyə–Ermənistan sərhədində yeni mərhələyə hazırlıq gedir

Türkiyə Ermənistanla sərhəddə yerləşən keçid məntəqəsində hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. İğdır vilayətinin yerli idarəetmə orqanlarının açıqlamasına görə, “Alican” sərhəd-keçid məntəqəsində görülən işlərin təxminən 90 faizi tamamlanıb. Bu da yaxın perspektivdə sərhədin mərhələli şəkildə istifadəyə verilməsi ehtimalını gündəmə gətirib. Məlumata əsasən, infrastruktur və texniki hazırlıq işləri paralel şəkildə həm Türkiyənin Qaraqoyunlu rayonundakı “Alican”, həm də Ermənistanın […]

Avropa ölkələri Qrenlandiyada hərbi mövqelərini genişləndirir

Fransa Prezidenti Emmanuel Makron hərbçilərə etdiyi çıxışda Qrenlandiyaya 15 fransız əsgərin göndərildiyini açıqlayıb. O, 2026-2030-cu illər üçün müdafiə büdcəsinin 36 milyard avro artırılmasının zəruriliyini də vurğulayıb. “Bild” qəzetinin məlumatına görə, Almaniya da bu təşəbbüsə qoşularaq Bundesver qoşunlarının qabaqcıl qrupunu yaxın günlərdə adaya göndərəcək. Hazırda Danimarka Qrenlandiyaya hərbi qüvvələr yerləşdirib, İsveç isə personalının bir hissəsini adaya […]

İranın böyük şəhərlərində iğtişaşlar davam edir

İranın hüquq-mühafizə orqanları kütləvi etirazlarda iştirak edən və terrorçu qruplarla əlaqədə şübhəli bilinən təxminən 3000 şəxsi həbs edib. “Tasnim” xəbər agentliyinin məlumatına görə, bu tədbirlər dekabrın 29-da rialın kəskin dəyər itirməsi ilə başlayan etirazların ölkənin bir sıra böyük şəhərlərinə yayılması ilə bağlıdır.

Ağdamda yeni iş imkanları – “Araz” əmək yarmarkası təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Dövlət Məşğulluq Agentliyi ilə birgə Ağdam şəhərində geniş əmək yarmarkası keçirib. Tədbir çərçivəsində iştirakçılara Ağdamda açılması planlaşdırılan yeni “Araz” mağazasında 10-dan çox vakansiya təqdim olunub. Satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər sahələr üzrə namizədlərin qeydiyyatı aparılıb və ilkin seçim mərhələsi gerçəkləşdirilib. Yarmarka zamanı iştirakçılara həm […]

1979-cu ildən bəri davam edən gərginlik, regional münaqişələr və ideoloji fərqlər

Son iki həftədə İranda baş verən genişmiqyaslı etirazlar ölkəni ciddi siyasi və sosial böhranla üz-üzə qoyub. Rəsmi məlumatlara görə, etirazlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının daha çox olduğunu bildirirlər. Analitiklər bu hadisələri 1979-cu il İslam İnqilabından sonra İranın qarşılaşdığı ən ciddi daxili sarsıntı hesab edirlər. Beynəlxalq ictimaiyyətin reaksiyaları […]

Azərbaycanda muzdla işləyənlərin sayı 1,8 milyonu ötüb

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 797,4 min nəfər olub. Onlardan 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin sahələr üzrə bölgüsü belədir: 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,2%-i təhsil, 14,0%-i sənaye, 8,5%-i səhiyyə və sosial […]

Pensiya yaşı dəyişdirilmir

Azərbaycanda pensiya yaşının dəyişdirilməsi planlaşdırılmır Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlar çərçivəsində pensiya yaşının artırılması və ya azaldılması məsələsi gündəmdə deyil. O qeyd edib ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65-ə çatacaq və bu, kişilər üçün nəzərdə tutulmuş pensiya […]

Yanvarın 17-də hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı keçəcək. Gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə yağış sulu qarla qarışıq yağa bilər. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°C, gündüz 4-7°C civarında olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi […]

Hindistanda dini azlıqlara qarşı zorakılıq artmaqdadır

Hindistanın müxtəlif bölgələrində xristianlar, siqhlər və digər dini azlıqlar mütəmadi olaraq ayrı-seçkiliyə və zorakılığa məruz qalır. Bu barədə Siqh Federasiyasının sədri Bual Moninder Siqh Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda məlumat verib. Onun sözlərinə görə, Hindistan Konstitusiyası bərabər hüquqlar nəzərdə tutsa da, praktikada icra […]