Browsing author

Elvira Əsgərova

Prezident İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüş keçirib. Görüş zamanı Qətər tərəfi ölkə Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib və öz salamlarının da […]

Prezident: Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan prosesləri paralel gedir

Prezident İlham Əliyev bildirib ki, regional səviyyədə əldə olunan uğurlar olmadan daha geniş miqyaslı, qlobal töhfələrdən danışmaq mümkün deyil. Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi eyni vaxtda və paralel şəkildə irəliləyir. Bu fikirləri Prezident İlham Əliyev Davosda keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel müzakirəsi zamanı səsləndirib. Prezident vurğulayıb ki, […]

Mingəçevirdə “Şahidlər” adlı tarixi-teatral kompozisiya nümayiş etdirilib

Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Cavid Təvəkkülün, ikinci rejissor İbrahim Türksoyun, quruluşçu rəssam Pakizə Adilbəylinin və musiqi tərtibatçısı Gülcahan Yusifovanın yaradıcı heyəti tərəfindən hazırlanan “Şahidlər” adlı tarixi-teatral kompozisiya tamaşaçılara təqdim olunub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında səhnələşdirilən tamaşa 20 Yanvar – Hüzn Günü və Qanlı Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilib. Səhnə […]

Minlərlə mingəçevirli Şəhidlər Xiyabanında

Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq artıq bir neçə gündür silsilə anım tədbirləri keçirilir. Bu çərçivədə şəhərin ümumtəhsil və orta ixtisas məktəblərində faciəyə həsr olunmuş xüsusi dərslər təşkil olunur, şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılır. Yanvarın 20-si səhər tezdən şaxtalı hava şəraitinə baxmayaraq minlərlə mingəçevirli əllərində gül dəstələri ilə Şəhidlər Xiyabanına […]

Mehriban Əliyeva şəhidlərin xatirəsini ehtiramla yad edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib. Nəşrdə qeyd olunub: “20 Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizin ruhlarını şad etsin!”

Özbək deputatdan Aleksandr Duginə sərt cavab

Özbəkistan parlamentinin deputatı Şahnaz Xolməhmətova rusiyalı filosof Aleksandr Duginin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın və Özbəkistanın suverenliyinə yönələn mübahisəli açıqlamalarına kəskin cavab verib. Özbəkistan mediasının yaydığı məlumata görə, deputat Duginin fikirlərini qəbuledilməz adlandıraraq bildirib ki, ölkəsinin müstəqilliyi heç bir halda kənar şəxslərin müzakirə predmeti ola bilməz. Şahnaz Xolməhmətova vurğulayıb ki, Özbəkistan suveren dövlətdir və […]

Bolqarıstan prezidenti Rumen Radev istefa verdi

Bolqarıstanın dövlət başçısı Rumen Radev istefa verdiyini açıqlayıb. Bu barədə yerli BTV televiziya kanalının yaydığı məlumatda bildirilib. Məlumata görə, Radev qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyi planlaşdırır. Onun istefasından sonra prezident səlahiyyətlərinin müvəqqəti olaraq parlamentin sədri Raya Nazaryana keçəcəyi qeyd olunub. Qanunvericiliyə əsasən, iki ay ərzində yeni prezident seçkilərinin elan edilməsi, daha sonra isə […]

Kamçatkada son 30 ilin ən güclü qar yağışı həyatı iflic etdi

Rusiyanın Kamçatka yarımadasında həftənin əvvəlindən başlayan və son günlər daha da şiddətlənən güclü qar yağışı bölgədə həyatı demək olar ki, tamamilə iflic edib. Əlverişsiz hava şəraiti səbəbindən yarımadanın inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərində iki nəfərin həlak olduğu bildirilir. Hadisədən sonra bölgədə fövqəladə vəziyyət rejimi tətbiq olunub və hazırda davam edir. Güclü qar yağışı və qar […]

Film istehsalına xarici investorlar cəlb olunur

Film istehsalında xarici prodüserlərin iştirakı asanlaşacaq Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kinematoqrafiya haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycan ərazisində film istehsalını təşviq etmək üçün xarici prodüserlərin cəlb edilməsi məqsədilə xüsusi tədbirlər görüləcək. Qanunvericilik təşəbbüsü çərçivəsində, xarici prodüserlər və birgə istehsal filmlərinin çəkilişi üçün xərclər müəyyən şərtlərlə qismən geri […]

ABŞ-ın İran siyasəti

ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində bildirib ki, İranın mövcud hakimiyyəti ölkədə genişmiqyaslı zorakılıq və dağıdıcı proseslərə görə məsuliyyət daşıyır. Trampın sözlərinə görə, ölkədəki rəhbərlik insanların həyatını riskə atmaq əvəzinə, düzgün idarəetmə yolu ilə vəziyyəti nəzarətdə saxlamalıdır. O, İranı “yaşamaq üçün dünyanın ən pis yeri” adlandıraraq, ölkədə yeni rəhbərlik seçiminin vaxtının çatdığını vurğulayıb. Trampın fikrincə, […]