İraq–Suriya sərhədində təhlükəsizlik tədbirləri gücləndirilir
İraq Suriya ilə olan sərhəd xətti boyunca inşa edilən beton səddin tikintisini yekunlaşdırmağa yaxındır. bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının mətbuat katibi Sabah ən-Numan İraq Xəbər Agentliyinə açıqlama verib. O bildirib ki, Baş Komandan sərhəddə beton divarın tikintisinin sürətlə tamamlanması ilə bağlı tapşırıq verib və hazırda layihə üzrə işlərin təxminən 80 faizi icra olunub. […]