Browsing author

Elvira Əsgərova

Qlobal enerji bazarında qiymət artımı

Dünya enerji bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Bir barel Azərbaycan neftinin dəyəri 8,41 ABŞ dolları və ya 8,89 faiz yüksələrək 103,03 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci ilin 21 aprel tarixində – 15,81 ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu neftin tarixdə ən yüksək […]

Təbii qazın qiyməti beynəlxalq birjalarda artdı

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiyməti artım göstərib. Əmtəə bazarlarında təbii qazın 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə fyuçers kontraktlarının dəyəri 0,37% yüksələrək 3,1316 ABŞ dollarına çatıb. Eyni zamanda, Niderlandın “Title Transfer Facility” (TTF) qaz ticarət platformasında da qiymətlər artıb. Burada qazın bir meqavat-saatının qiyməti 4,63% bahalaşaraq […]

Yel çərşənbəsi təbiətin oyanışını və yazın nəfəsini müjdələyir

Yel çərşənbəsi Novruz bayramına aparan dörd ilaxır çərşənbədən üçüncüsüdür və xalq inanclarında havanın, küləyin oyanmasını simvolizə edir. Xalq arasında bu günə “Külək çərşənbəsi” də deyilir. İnanclara görə, məhz bu vaxt təbiətdə yel hərəkətə gəlir, torpaq nəfəs almağa başlayır və baharın gəlişi daha aydın hiss olunur. Qədim təsəvvürlərdə qışın sərt və şaxtalı havasının tədricən geri çəkildiyi, […]

İranın yeni ali rəhbəri Müctəba Xamenei and içdi

İranın yeni ali rəhbərinin andiçmə mərasimi Tehranda baş tutub Tehran sakinləri Ekspertlər Şurası tərəfindən seçilmiş İranın yeni lideri Ayətullah Müctəba Xameneiyə sədaqət andı içiblər. Mehr xəbər agentliyinin məlumatına görə, mərasim şəhərin mərkəzində, Ənqelab meydanında keçirilib. Agentliyin bildirdiyinə görə, Ekspertlər Məclisinin üzvləri, alimlər və ölkənin aparıcı ziyalıları İslam İnqilabının üçüncü liderinə sədaqətlərini ifadə edərək bu mərasimi […]

Yaxın Şərq müharibəsində itkilər sürətlə artır

Münaqişələr nəticəsində bölgədə və bəzi qonşu ölkələrdə yüzlərlə insan həyatını itirib. İran Qızıl Aypara Cəmiyyəti ölkədə indiyədək ən azı 1 230 ölüm faktını qeydə alıb. Ölənlər arasında Minab şəhərində ibtidai məktəbə raket zərbəsi zamanı həyatını itirən 175 şagird və məktəb əməkdaşı da var. Qurum məlumatında İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərinin bu rəqəmə daxil olub-olmadığı açıqlanmır. […]

Tramp iranın yeni ali liderinin seçilməsini səhv adlandırıb

ABŞ prezidenti Donald Tramp İranın yeni ali lideri olaraq Müctəba Xameneinin seçilməsini tənqid edib və bunu səhv qərar adlandırıb. Bu barədə o, NBC telekanalına müsahibəsində danışıb. Tramp bildirib ki, “bu addım böyük səhvdir”. Bundan əlavə, ABŞ prezidenti İran neftinə nəzarət məsələsi ilə bağlı sualı cavablandırarkən, mövzunun hələ erkən olduğunu söyləyib, amma belə bir variantı tamamilə […]

Mingəçevirdə faciəvi hadisə

Mingəçevirdə Müşfiq Rəhimov küçəsindəki evlərin birində 1961-ci il təvəllüdlü Əli Kərimovun meyiti aşkar edilib. Ölüm səbəbləri araşdırılır. Qeyd olunur ki, Əli Kərimov əvvəllər 17 saylı məktəbdə idman müəllimi işləyib. Onun xanımı bir neçə il öncə intihar etmiş, ailədə bir qız və bir oğul var.

Neft qiymətləri 25 faiz artdı

Neft qiymətləri 25 faiz yüksəldi – G7 fövqəladə iclas keçirəcək “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri bazar ertəsi strateji neft ehtiyatlarının dövriyyəyə buraxılması məsələsini müzakirə edəcəklər. Bu barədə Fransa hökumətindəki mənbə Yaxın Şərqdə artan gərginliyin enerji bazarına təsirini şərh edərkən Reuters agentliyinə məlumat verib. Müzakirələrlə bağlı xəbəri ilk yayan nəşr Financial Times olub. Qəzet yazır ki, […]

Rubio: İrandakı əməliyyat bitəndən sonra dünya daha təhlükəsiz olacaq

Marko Rubio Vaşinqtonda keçirilən tədbirdə bildirib ki, İrana qarşı aparılan əməliyyatlar yekunlaşdıqdan sonra qlobal təhlükəsizlik mühiti xeyli yaxşılaşacaq. Onun sözlərinə görə, rəsmi Tehran dünyada terroru dəstəkləyən əsas aktorlardan biridir və görülən tədbirlər bu təhdidi zəiflətməyə yönəlib. Rubio qeyd edib ki, ABŞ və tərəfdaşlarının məqsədlərindən biri İranın raket potensialını sıradan çıxarmaqdır. Bu çərçivədə raket buraxılış imkanları, […]

Ərdoğan: İrandan buraxılan raket NATO tərəfindən zərərsizləşdirilib

İrandan buraxılan raketin NATO tərəfindən zərərsizləşdirildiyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Dövlət başçısı bildirib ki, Türkiyənin hava məkanı hazırda F-16 qırıcıları tərəfindən daim nəzarətdə saxlanılır, fevralın 28-dən etibarən isə hava hücumundan müdafiə sistemləri fasiləsiz rejimdə fəaliyyət göstərir. Onun sözlərinə görə, ölkə sərhədlərinin təhlükəsizliyi ordunun 60 minlik şəxsi heyəti tərəfindən təmin olunur. Ərdoğan qeyd edib […]