XRİTDX enerji sektorunda kibertəhlükəsizlik təlimi təşkil edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim təşkil edib. Təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində, XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə “Cyber Polygon” layihəsi çərçivəsində keçirilib və “Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları” mövzusuna həsr olunub. […]