Sağlamlıq üçün təhlükəli materiallar istifadədən çıxarılır
Azərbaycanda mülki dövriyyədə qadağan olunan əşyaların siyahısı genişləndiriləcək. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”na dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, asbest və asbest tərkibli materiallar siyahıya daxil ediləcək. Uzun illər ərzində sənayedə və tikintidə geniş istifadə olunan asbest və şiferlər insan sağlamlığı üçün ciddi təhlükə yaradır. […]