Browsing author

Elvira Əsgərova

Azərbaycan-Ermənistan münasibətləri: Post-münaqişə mərhələsində sülh perspektivləri

“Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin əsası qoyulur, proses tarixi mahiyyət daşıyır. Yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda post-münaqişə mərhələsinin əsas institusional sütunu hesab olunur”. Politoloq Zaur Məmmədov bildirib ki, hazırda region ətrafında və beynəlxalq proseslərdəki turbulentlik iki dövlət arasında mobil inkişaf əlaqələri üçün perspektivlər vəd edir: “Rusiya-Ukrayna müharibəsi və İran ətrafında […]

Köhnə avtomobillərə qadağa qoyuldu

Fevral ayının əvvəlindən Özbəkistanda 50 yaşdan yuxarı minik və yük avtomobillərinin istifadəsi qadağan olunub. Ölkə rəsmiləri bildirir ki, bu yaşdan yuxarı avtomobillər həm təhlükəli hesab olunur, həm də ətraf mühiti ciddi şəkildə çirkləndirir. Qadağa əsasən Sovet dövründən qalma on minlərlə nəqliyyat vasitəsinə şamil edilir.

Magistraturaya qəbul imtahanı bu bazar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının (I cəhd) təşkilini həyata keçirəcək. DİM-in məlumatına görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 88 binada baş tutacaq. İştirakçıların imtahan verəcəyi ünvan “Şəxsi kabinet”də göstərilən faktiki yaşayış yerinə uyğun müəyyən edilib. İmtahan saat 11:00-da eyni vaxtda başlanacaq. […]

Dünyanın nüvə xəritəsi açıqlandı

Dünya üzrə nüvə silahına sahib dövlətlərin arsenalına dair yenilənmiş statistik məlumatlar açıqlanıb. Məlumata görə, Rusiya ümumilikdə 5 459 nüvə başlığına malikdir və onlardan 1 150-si artıq silahlanmadan çıxarılıb. Siyahıda ikinci pillədə qərarlaşan ABŞ-ın arsenalında isə 5 177 nüvə başlığı var. Bu başlıqlardan 1 477-si istismardan çıxarılmış sayılır. Digər nüvə dövlətlərinin göstəriciləri daha aşağı səviyyədədir. Çində […]

Dünya bazarında Azərbaycan nefti bahalaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Bir barelin dəyəri 1,06 ABŞ dolları və ya 1,49 faiz yüksələrək 72,20 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında – 149,66 ABŞ dolları olub.

Konstitusiya dəyişikliyi referenduma çıxarılır

Qazaxıstanda prezidentin səlahiyyət müddətinin yeddi il müəyyənləşdirilməsi təklif olunur. Bu barədə “Kazaxstanskaya pravda” qəzetində dərc edilən yeni Konstitusiya layihəsində qeyd edilib. Sənədə əsasən, Qazaxıstan Prezidenti konstitusiya qanunvericiliyinə uyğun şəkildə respublikanın yetkinlik yaşına çatmış vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi illik müddətə seçiləcək. Layihədə həmçinin eyni şəxsin iki […]

Dövlət xidmətləri “mygov” platformasında vahidləşdiriləcək

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə bildirib ki, dövlət qurumlarının müxtəlif mobil tətbiqləri tədricən ləğv ediləcək və bütün xidmətlər “mygov” platformasında vahid mərkəzdən təqdim olunacaq. Son illərdə nazirliklər və digər dövlət qurumları müxtəlif tətbiqlər hazırlamışdı, lakin artıq bu işlərin koordinasiyalı şəkildə aparılması üçün vahid sistemə keçid zəruridir. Prezident vurğulayıb ki, vətəndaşlar […]

ABŞ Venesuelanın Rusiya ilə neft əməliyyatlarını qadağan etdi

ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı əməliyyatları sərtləşdirərək Rusiya və bir sıra digər ölkələrlə hər hansı əməkdaşlığı qadağan edib. Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən yeni lisenziyalar Venesuela dövlət neft şirkəti PDVSA-nın sanksiyalı ölkələrlə işləməsini məhdudlaşdırır. ABŞ Dövlət Departamentinin verdiyi lisenziyalar isə Venesuela neftinin ABŞ vasitəsilə ixracına, təkrar ixracına, nəqlinə və emalına icazə […]

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətində

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfəri dünya mediasının diqqət mərkəzindədir. Səfər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb və Azərbaycan Prezidenti İlham Əliyev Venslə birgə mətbuata bəyanat verib. Bəyanatda regional sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanın ərazi sularının qorunması və yeni tranzit dəhlizlərinin yaradılması planları barədə məlumat verilib. Media qurumları – […]

ABŞ ordusu Meksika sərhədində nəzarəti gücləndirir

ABŞ Hərbi Hava Qüvvələri Meksika ilə sərhədin 300 kilometrdən çox hissəsində patrul xidmətini gücləndirib. “Defense One” saytının məlumatına görə, ABŞ ordusu Rio Qrande çayı boyunca təxminən 306 kilometr uzunluğunda Texas sərhədində nəzarəti təmin edib. Bu addım qanunsuz miqrantlarla mübarizəni genişləndirməyə və onlara tətbiq edilən cəzaları sərtləşdirməyə imkan verir. Hərbi nəzarət zonalarının yaradılması ərazini faktiki hərbi […]