Browsing author

Elvira Əsgərova

İran ABŞ və İsrail hədəflərinə zərbələri bərpa edib

İran ABŞ və İsrailin hücumlarına cavab olaraq bölgədəki hədəflərə qarşı əməliyyatları bərpa edib. Rəsmi məlumatlara görə, zərbələr Fars körfəzi və İraq Kürdüstanındakı ABŞ hərbi bazalarına, eləcə də İsrail şəhərlərinə yönəlib. İslam İnqilabı Keşikçiləri Korpusu 27 Amerika hərbi obyektinin, həmçinin İsrailin Tel Nof hava bazasının, İsrail ordusunun qərargahının və Tel-Əvivdə yerləşən böyük müdafiə sənayesi kompleksinin hədəf […]

Ilham Aliyev iranlı həmkarına başsağlığı ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq. Ayətullah Seyid Əli Xamenei […]

İranda Ali Rəhbərin səlahiyyətlərini icra edəcək şura formalaşdı

İranda Ayətullah Əli Xameneinin vəfatından sonra onun səlahiyyətlərini müvəqqəti şəkildə həyata keçirəcək Rəhbərlik Şurasının tərkibi müəyyənləşib. Bu barədə İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dəhnəvi məlumat verib. Bildirilib ki, yeni Ali Rəhbər seçilənədək ölkəyə üç nəfərdən ibarət şura rəhbərlik edəcək. İran qanunvericiliyinə əsasən, bu qurumun tərkibinə Prezident Məsud Pezeşkian və Məhkəmə Hakimiyyətinin rəhbəri daxildir. Bu gün […]

Vladimir Putin Xameneinin qətlini qınayıb

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri ayətullah Əli Xameneinin qətlə yetirilməsi ilə bağlı İran Prezidenti Məsud Pezeşkiana başsağlığı ünvanlayıb. Putin baş vermiş hadisəni insanlıq dəyərlərinin və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. Rusiya lideri ABŞ və İsrailin zərbələri nəticəsində həyatını itirən Əli Xamenei və onun ailə üzvləri ilə bağlı dərin kədər hissi keçirdiyini […]

Donald Tramp İranın danışıqlardakı mövqeyindən narazıdır

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar aparma tərzindən məyusluğunu ifadə edib. “Tasnim” agentliyinin məlumatına görə, Tramp bildirib ki, buna baxmayaraq, İranla geniş danışıqlara ümid edir. O, həmçinin qeyd edib ki, İran məsələsində hələlik yekun qərar verilməyib: “Mən İranla razılığa gəlmək istəyirəm. Bu ölkənin nüvə silahına malik olması mümkün deyil. Lakin İran indiyə qədər ‘biz nüvə […]

Azərbaycan Memarlıq Mükafatı “Təməl” qaliblərinə təqdim olundu

Fevralın 27-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təsis edilmiş “Təməl” memarlıq mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, özəl sektor təmsilçiləri və memarlıq üzrə mütəxəssislər iştirak ediblər. Komitənin birinci sədr müavini Namig Qummətov çıxışında bildirib ki, artıq ənənəyə çevrilmiş “Təməl” mükafatı peşəkarlığın, innovativ düşüncənin və memarlığa məsuliyyətli yanaşmanın simvoluna çevrilib. […]

Minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisinin rəqibləri açıqlandı

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutub və Azərbaycan millisi üçün rəqiblər müəyyənləşib. Yığmamız F qrupunda Fransa, İtaliya və Avstriya komandaları ilə mübarizə aparacaq. Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 27 may – 4 iyun tarixlərində Bratislavada keçiriləcək.

Belqradda Azərbaycan və Ermənistan arasında sülh perspektivləri müzakirə edilib

Belqradda “Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan” mövzusunda dəyirmi masa təşkil olunub. Report -a istinadən xəbər veririk ki, tədbir Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi tərəfindən 34-cü Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçirilmişdir. Müzakirələrə tanınmış ekspertlər və diplomatlar qatılaraq Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyəti və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Azərbaycanın Serbiyadakı […]

Milanda tramvay qəzası baş verdi

Milanda baş vermiş tramvay qəzasında ən azı 1 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcələrdə xəsarət alıb. BBC-nin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Hadisə zamanı həddindən artıq yüklənmiş tramvay Via Vittorio Veneto şossesi boyunca hərəkət edərkən bir binaya çırpılıb və relsdən çıxıb. Tramvayın relsdən çıxmasının səbəbi hələ də müəyyən edilməyib.

Rişi Sunak Ukraynanın Beynəlxalq Məşvərət Şurasına qoşuldu

Böyük Britaniyanın sabiq baş naziri Rişi Sunak Ukrayna hökumətinə iqtisadi inkişaf sahəsində məsləhətlər verəcək. “The Independent” qəzetinin məlumatına görə, Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin Beynəlxalq Məşvərət Şurasında iqtisadi məsələlər üzrə ödənişsiz məsləhətçi olmağı qəbul edib. Qurumda Rişi Sunakla birlikdə Kanadanın keçmiş baş nazirinin müavini Xristia Frilan da fəaliyyət göstərəcək. Qəzet yazır ki, Sunak Ukraynanı dəstəkləməyin […]