Browsing author

Elvira Əsgərova

ABŞ Hörmüz boğazında İranın 16 hərbi gəmisini məhv etdiyini açıqlayıb

ABŞ hərbi qüvvələri Hörmüz boğazında mümkün mina yerləşdirilməsi təhlükəsi ilə bağlı əməliyyat keçirərək İranın 16 hərbi gəmisini məhv edib. Axios-un məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri bildirib ki, zərbələr hazırda aktiv olmayan gəmilərə endirilib. Bu addım İranın planlaşdırdığı əməliyyatlarla bağlı əldə olunan kəşfiyyat məlumatları əsasında qabaqlayıcı tədbir kimi həyata keçirilib.

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya enerji bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Son məlumata görə, bir barel neftin dəyəri 12,69 ABŞ dolları və ya 12,32 faiz aşağı düşərək 90,34 ABŞ dollarına enib. Xatırladaq ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları olub. Bu markalı neftin ən yüksək […]

Rusiyadan Ermənistana növbəti taxıl partiyası Azərbaycandan tranzit keçəcək

Bu gün Rusiyadan Ermənistana göndərilən növbəti taxıl partiyası Azərbaycan ərazisindən tranzit keçməklə yola salınacaq. Ermənistana çatdırılacaq taxılın ümumi çəkisinin 1023 ton olduğu bildirilir. Yük 11 vaqondan ibarət qatarla daşınacaq. Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından hərəkətə başlayacaq. Daha sonra o, “Böyük Kəsik” stansiyasına çataraq Gürcüstan ərazisinə daxil olacaq və buradan Ermənistan istiqamətində yolunu davam […]

Uitkoff: Tramp İranla dialoqa açıqdır

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqtonla Tehran arasında mümkün təmasların perspektivini dəyərləndirib. O, CNBC telekanalına müsahibəsində bildirib ki, Ağ Evin rəhbəri Donald Tramp danışıqlara hər zaman hazır mövqe nümayiş etdirir. Uitkoffun sözlərinə görə, əsas məsələ dialoqun baş tutmasından çox, onun real nəticə verib-verməyəcəyidir. “Prezident ünsiyyətə açıqdır, lakin vacib olan bu prosesin səmərəli olub-olmamasıdır”, — […]

İranın BƏƏ-yə hücumları zamanı Azərbaycan vətəndaşları da xəsarət aldı

İranın BƏƏ-ni hədəf alan hücumları zamanı Azərbaycan vətəndaşları da yaralananlar arasında olub. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi rəsmi sosial media hesabında açıqlama verib. Bildirilib ki, martın 10-da ölkənin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən buraxılan 9 ballistik raket və 35 pilotsuz uçuş aparatını qeydə alıb. Nazirliyin məlumatına əsasən, raketlərdən 8-i zərərsizləşdirilib, biri isə […]

Niderland səfirliyini İrandan çıxardı

Niderland hökuməti İrandakı diplomatik nümayəndəliyinin fəaliyyət yerini müvəqqəti dəyişib. Səfirlik Tehrandan Azərbaycana köçürülüb. Bu barədə Tom Berendsen sosial media hesabında məlumat verib. O bildirib ki, diplomatların təhlükəsizliyi ilə bağlı risklərin artması səbəbindən səfirliyin Tehran şəhərindən Azərbaycan ərazisinə köçürülməsi qərara alınıb. Məlumata görə, Niderland səfiri və diplomatik heyət bu gün ölkəni tərk edərək sərhəd vasitəsilə Bakı […]

ABŞ Mərkəzi Komandanlığı İran gəmilərinin zədələndiyini iddia edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ-İsrail hərbi əməliyyatının başlanmasından bəri İslam Respublikasının 50-dən çox gəmisi ya batırılıb, ya da zədələnib. CENTCOM-un açıqlamasında qeyd olunur: “5000-dən çox hədəfə zərbə endirilib, 50-dən çox İran gəmisi məhv edilib və ya zədələnib”. Əməliyyat sahəsi Yaxın Şərqi əhatə edir, martın 6-na olan məlumatlara görə, 43 İran gəmisinin məhv edildiyi […]

Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına NMR Ali Məclisinin və Nazirlər Kabinetinin səlahiyyətlərinə dair yeni maddələr əlavə edilib. Bununla bağlı Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununu imzalayıb. Sənəd çərçivəsində Konstitusiyaya iki yeni maddə – 3-1 və 28-1 – daxil edilir, 5-ci maddə çıxarılır və həmçinin bir sıra digər maddələrdə və […]

İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını azaldıblar

İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını azaldıblar. Yaxın Şərqin dörd ölkəsi – İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı böhran səbəbindən ümumi neft hasilatını gündə 6,7 milyon barel azaldıb. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Onların fikrincə, bu tədbir o deməkdir ki, ölkələr ümumi hasilatlarını üçdə bir qədər azaldıblar və nəticədə qlobal neft […]

Ağdaşda yaşayış binasında partlayış ölümlə nəticələnib

Martın 9-da saat 00:40 radələrində Ağdaş Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə bir nəfər gətirilib. TƏBİB bildirir ki, 1948-ci il təvəllüdlü xəstəyə yanıq şoku və bədən səthinin 90%-dən çoxunu əhatə edən termiki yanıqlar diaqnozu qoyulub. Ona dərhal tibbi yardım göstərilib. Xəstənin vəziyyəti ağır qiymətləndirildiyindən müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə […]