Browsing author

Elvira Əsgərova

İsveç kral ailəsində itki

İsveç Kralı XVI Karl Qustavın bacısı, Şahzadə Desire 87 yaşında dünyasını dəyişib. Bu barədə İsveç Kral Sarayının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Şahzadə Desire Vestergetland əyalətində yerləşən Koberq qalasında, ailəsinin əhatəsində və evində vəfat edib. Şahzadə Desire baron Niklas Silfverşildin (1934–2017) həyat yoldaşı olub və onun vəfatından sonra Koberq qəsrində yaşayıb. Onun üç övladı […]

Təhsil qanunvericiliyində əlavə təhsillə bağlı yeni dəyişikliklər hazırlanır

Azərbaycan təhsil sistemində əlavə təhsillə bağlı yeni yanaşma tətbiq ediləcək. Təklif olunan dəyişikliklərə əsasən, əlavə təhsil ümumi qaydada ödənişli olacaq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün isə bu sahədə mövcud hüquqi ziddiyyət aradan qaldırılacaq. Bununla bağlı “Təhsil haqqında” Qanuna dəyişiklik layihəsi hazırlanıb və sənəd bu gün parlamentin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq. […]

Rusiya Dövlət Dumasında fotomüxbirlərə yeni məhdudiyyət

Rusiya Dövlət Duması plenar iclaslarda fotomüxbirlərin fəaliyyətinə məhdudiyyət tətbiq edib. Bu barədə “Kommersant” qəzeti xəbər verib. Məlumata görə, müəyyən prosedurlar çərçivəsində media nümayəndələrinin plenar iclaslarda iştirakına icazə verilməyib. Parlamentin mətbuat xidməti bildirib ki, sessiya zalının eyvanı əvvəlcə yalnız federal televiziya operatorları üçün nəzərdə tutulmuşdu və bu qayda bu gün bərpa olunub. Qeyd olunur ki, bir […]

Belçika Trampın açıqlamalarını sərt tənqid etdi

Belçikanın Baş naziri Bart De Vever ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib. O, Vaşinqtonun hədələrini şərh edərkən Trampı “ac tırtıl”a bənzədib və Avropanı daha fəal mövqe tutmağa çağırıb. Baş nazir vurğulayıb ki, indiyədək ABŞ-la münasibətlərdə tətbiq olunan diplomatik “yalvarış və dilə tutma” siyasəti nəticə vermir və vəziyyəti daha da […]

Qəzza bərpasında Azərbaycanın rolu artır

Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə Sülh Şurasına təsisçi üzv qismində dəvət alıb. Xarici İşlər Nazirliyi bildirib ki, rəsmi Bakı dəvəti qəbul edib. Layihəyə dünyanın 60-a yaxın ölkəsi dəvət olunub. Şuranın əsas məqsədi Qəzza zolağının bərpası üçün beynəlxalq maliyyə resurslarını səfərbər etməkdir. Strukturda ABŞ dövlət katibi, Böyük Britaniyanın sabiq baş naziri […]

Qrenlandiyada ehtiyat çağırışı

Qrenlandiya hökumətinin üzvü olan kənd təsərrüfatı naziri Peter Borq yerli əhaliyə ehtiyatlı olmağı tövsiyə edib. Nazir bildirib ki, hazırda ada üçün konkret təhlükə yoxdur, lakin mümkün risklərə qarşı hazırlıqlı olmaq vacibdir. Onun sözlərinə görə, sakinlər evlərində azı beş gün kifayət edəcək ərzaq ehtiyatı saxlamalıdırlar. Borq vurğulayıb ki, bu çağırış panika ilə bağlı deyil və yalnız […]

Aİ Ukraynaya maliyyə dəstəyini artırır

Avropa Parlamenti Ukraynaya 2026–2027-ci illəri əhatə edən dövr üçün 90 milyard avro məbləğində kredit ayrılmasına razılıq verib. Qərar xüsusi əməkdaşlıq mexanizmi çərçivəsində qəbul edilib. Avropa Parlamentinin rəsmi məlumatına əsasən, səsvermə zamanı təşəbbüs 499 deputat tərəfindən dəstəklənib, 135 nəfər əleyhinə çıxıb, 24 deputat isə bitərəf qalıb. Qeyd olunur ki, Macarıstan, Çexiya və Slovakiya bu maliyyə paketində […]

Vatikan Trampın təşəbbüsünü dəyərləndirir

Vatikan Papa Leonun ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na dəvət aldığını təsdiqləyib. Bu barədə Vatikanın dövlət katibi Pietro Parolin açıqlama verib. Onun sözlərinə görə, dəvət rəsmi şəkildə qəbul edilib, lakin Vatikan hazırda təşəbbüsdə iştirakla bağlı yekun mövqeyini formalaşdırmayıb. “Dəvət alınıb və Papa tərəfindən qəbul olunub. Hazırda mümkün addımlar dəyərləndirilir. Qərar […]

Bakı 2026-cı ildə SportAccord Konvensiyasına ev sahibliyi edəcək

2026-cı il mayın 24-28-də Bakı, dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan SportAccord Konvensiyasına ev sahibliyi edəcək. Hazırda “Erkən Quş” mərhələsi davam edir və iştirakçılar 31 yanvaradək xüsusi endirimlə qeydiyyatdan keçə bilərlər. SportAccord, Olimpiya və qeyri-Olimpiya beynəlxalq idman federasiyalarını bir araya gətirən yeganə qlobal platformadır. Konvensiya çərçivəsində beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, idman […]

Azərbaycan dezinformasiyaya qarşı mübarizəni gücləndirir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə media orqanlarında yayılan dezinformasiyanın artdığını bildirib və bunun milli təhlükəsizliyə real təhdid yaratdığını vurğulayıb. Bu barədə o, “Dezinformasiya: Qlobal Təhdid və Azərbaycan Reallıqları” mövzusunda keçirilən ictimai dinləmələrdə danışıb. R. Məcid qeyd edib ki, bəzi hallarda yalan məlumatlar bilərəkdən, bəzən isə məlumatsızlıq və səriştəsizlik nəticəsində yayılır. Onun sözlərinə […]