Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu davam edir
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçimi bu gün saat 11:00-dan etibarən başlayıb. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq 4 vakant yer seçə bilərlər. Qeyd olunur ki, seçim mərhələsi 25 avqust, saat 11:00-da yekunlaşacaq. Vacib məqam: seçim etdikdən sonra elektron ərizələrin təsdiqlənməsi mütləqdir.