Browsing author

Elvira Əsgərova

Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı yüksək səviyyədə davam edir

Xoş ənənələr əsasında inkişaf edən Azərbaycan-Vyetnam münasibətləri məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələr üçün mühüm əhəmiyyət kəsb edib. Səfər zamanı bir sıra sənədlər imzalanıb, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ölkələrimiz arasında əlaqələri daha […]

İşğaldan azad olunmuş ərazilərdə bərpa və urbanizm

Xankəndidə uzun illər qondarma rejimin əsas simvolu sayılan və “Xarici İşlər Nazirliyi” adı altında fəaliyyət göstərən inzibati binanın söküntüsünə başlanılıb. İşlərin sentyabrın 2-də başlaması Azərbaycan üçün rəmzi məna daşıyır, çünki bu tarix işğal olunmuş ərazilərdə qondarma rejimin elan olunduğu gün kimi qeyd olunurdu. Vaxtilə bu binada ermənipərəst xarici siyasətçilərlə görüşlər keçirilir, işğal altındakı ərazilərə giriş […]

9 və 11-ci sinif şagirdləri üçün əlavə buraxılış imtahanı keçiriləcək

2025-ci ilin buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan sentyabrın 7-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də imtahan verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan […]

Mingəçevir Sənaye Parkında ağır istehsalat qəzası

Mingəçevir Sənaye Parkında gecə növbəsində çalışan qadın işçi istehsalat qəzası nəticəsində ağır xəsarət alıb. Hadisə gecə saatlarında baş verib. Tekstil avadanlığında işləyən 1995-ci il təvəllüdlü Nəzrin Hüseynəlizadənin sol əli işlək vəziyyətdə olan qurğuya sıxışıb. Dərhal xəstəxanaya aparılan yaralıya təcili əməliyyat edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının sol əlindəki 4 barmaq amputasiya olunub. Məsələ ilə bağlı aidiyyəti […]

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb. Belə ki, bir barelin dəyəri 0,8 ABŞ dolları və ya 1,15 % yüksələrək 70,54 ABŞ dollarına çatıb. Qeyd edək ki, ölkənin 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Xatırlatma olaraq, “Azeri Light” neftinin ən ucuz qiyməti 2020-ci ilin […]

Abituriyentlər üçün ixtisas seçimi davam edir

Ali məktəblərin vakant yerlərinə və 11 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi prosesi davam edir. Son müraciət tarixi 2 sentyabr saat 23:59-dur. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qeyd olunub ki, seçim hüququ olan abituriyentlər 20-dək ixtisas kodunu müəyyən edib, onları istədikləri ardıcıllıqla elektron ərizəyə daxil etməli və […]

Yer kürəsində G2 və G3 sinifli maqnit fırtınaları müşahidə olunur

Yer kürəsində G2 və G3 sinifli maqnit fırtınaları qeydə alınıb. Buna səbəb günəşdən ayrılan plazma buludunun Yer planetinin maqnit sahəsinə daxil olmasıdır. Məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu öz teleqram kanalında yayıb. Bildirilir ki, yaxın günlərdə Yer kürəsinin maqnit sahəsindəki həyəcanların intensivliyi daha da arta bilər. Astrofiziklərin sözlərinə görə, əsas qütb parıltıları zonası Skandinaviya […]

Gedişhaqqının artırılması ilə bağlı yayılan məlumatlara rəsmi açıqlama

Son günlər bəzi xəbər portallarında və sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı barədə məlumatlar yayılıb. Bu xəbərlərdə xərclərin artması, texniki xidmət və ehtiyat hissələrinin qiymətlərinin bahalaşması əsas səbəblər kimi göstərilir. Lakin rəsmi açıqlama hələ verilməyib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir […]

Tiencində Azərbaycan və Pakistan liderlərinin görüşü – qardaşlıq və həmrəylik mesajı

Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü keçirilib. Söhbət zamanı Pakistanın Baş naziri, Hindistanın bu ilin aprel-may aylarında həyata keçirdiyi hərbi təcavüz zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyin xalqı və dövləti üçün böyük mənəvi dayaq olduğunu vurğulayıb. O, bu həmrəyliyə görə Azərbaycan xalqına və dövlət başçısına dərin […]

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Tiencində görüşdülər

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib. Görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sektorlarında daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu kontekstdə Azərbaycan […]