Browsing author

Elvira Əsgərova

Eyni suallar, fərqli üz qabığı – maliyyə və hazırlıq çətinliyi

Son illərdə nəşr olunan test toplularının cildləri dəyişsə də, içərisindəki suallar əksər hallarda eyni qalır. 10-cu və 11-ci sinif şagirdləri Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi topluların tez-tez yenilənməsindən narazıdırlar və bunun maddi çətinliklər yaratdığını bildirirlər. Abituriyent Nərmin Abdullazadə deyir:“Test toplularım çoxdur – birinci hissə, ikinci hissə, qayda kitabları… Onları qohumlarıma vermək istəyirəm, amma dəyişiblər, içindəkilər […]

Xəbərdarlıq: Dağlıq ərazilərdə leysan və sel təhlükəsi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 4-dən 6-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Proqnoza əsasən, bəzi ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, hətta dolu düşməsi ehtimal olunur. Həmçinin çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.

95 yaşlı qadın üzərində uğurlu əməliyyat

Respublika Klinik Xəstəxanasında 95 yaşlı qadın pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub. TƏBİB-in məlumatına görə, 1930-cu il təvəllüdlü Savat Quliyeva sol bud sümüyünün sınığı ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı pasiyentdə ürək-damar problemləri, böyrək funksiyasının pozulması, qanaxma meyilliliyi və digər yanaşı xəstəliklər də müəyyən edilib. Səhhətindəki risklər səbəbilə bir sıra xəstəxanalarda əməliyyat aparılmasından […]

Növbəti əmək yarmarkası

05 sentyabr 2025-ci il tarixində saat 10:00-da Mərkəzi Aran Regional Məşğulluq Mərkəzinin filialı tərəfindən Mingəçevir şəhərində əmək yarmarkası keçiriləcək. Tədbir Dostluq Parkında, “Gənclər evi”nin qarşısında təşkil olunacaq. Yarmarkada iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsi və CV nümunəsi ilə müraciət etmələri xahiş olunur. Bu yarmarka iş axtaranlara müxtəlif müəssisələrlə birbaşa ünsiyyət qurmaq və iş imkanlarını dəyərləndirmək […]

Qarabağda QHT-lərin Böyük Toplantısı

Artıq üçüncü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə meydanı hesab olunan illik Əməkdaşlıq Forumu təşkil olunur. 2023-cü ilin noyabrında tədbir Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda isə Zəngilan Konqres Mərkəzində baş tutmuşdu. Bu dəfə isə növbəti forum Qarabağda keçiriləcək. Məlumatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlayıb. Onun sözlərinə görə, […]

Vaşinqton sammitindən yeni razılaşma

Avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə Azərbaycan, Ermənistan və ABŞ liderləri sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ediblər. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinə 99 il müddətinə ABŞ şirkəti nəzarət edəcək. Dəhlizin hüquqi rejimi hələ tam açıqlanmasa da, Azərbaycan vətəndaşlarının maneəsiz […]

Ali məhkəmədən yeni qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsi ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Qərarda vurğulanır ki, şəxsi zövq, emosional bağlılıq və ya adi sosial-mədəni səbəblər dəyişiklik üçün kifayət hesab edilə bilməz. Yalnız şəxsin real, ciddi və əsaslandırılmış məhrumiyyətlərə məruz qalması belə dəyişikliyə əsas ola bilər. İşin hallarına görə, […]

Koreya liderinin qızı ilk dəfə atası ilə xarici səfərdə

  Şimali Koreya lideri Kim Çen İn qızı Kim Cu Aeni ilk dəfə xarici səfərə aparıb. O, atası ilə birlikdə zirehli qatarla Pekinə gedib. Onlar Pekində keçirilən II Dünya müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak ediblər. Kim Çen İnin qızını özü ilə gətirməsi beynəlxalq müşahidəçilərdə onun hakimiyyət varisi kimi yetişdirilməsi ilə bağlı ehtimalları gücləndirib. Kim […]

Sertifikasiyadan keçməyən müəllimlər haqlarını tələb edirlər

Bu ilin iyun ayında keçirilmiş müəllimlərin təkrar sertifikasiya imtahanında uğursuz olan bir qrup pedaqoq məhkəməyə üz tutub. Məlumata görə, imtahanda lazımi balı toplaya bilmədiyi üçün işdən azad edilən təxminən 10 müəllim Bakı İnzibati Məhkəməsinə müraciət edib. Onlar Elm və Təhsil Nazirliyindən, həmçinin regional təhsil idarələrindən işlərinə bərpa olunmalarını tələb ediblər. Bakı İnzibati Məhkəməsi müraciətləri icraata […]

Astarada 10 aylıq körpə ölüb

Astara rayonunun Siyəkü kəndində 2024-cü il təvəllüdlü Elcan Taleh oğlu Həsənzadə 10 aylıq yaşında dünyasını dəyişib. Valideynləri körpənin bədən hərarətinin yüksəlməsini zəhərlənmə ilə əlaqələndirərək ona sodalı su veriblər. Hali pisləşən körpə əvvəlcə Şürük kənd xəstəxanasına, sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə […]