Cəbhədə gərginlik artır
Rusiya və Ukrayna orduları cəbhənin müxtəlif istiqamətlərində intensiv döyüşlər aparır. Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, Ukrayna qüvvələri Sumi vilayətində irəliləyiş əldə edib, Rusiya isə Donetsk vilayətində hücumlarını gücləndirib. Məlumata görə, Ukrayna ordusu Suminin şimal-qərbində yerləşən Bezsalovka kəndini geri alıb, rus qoşunları isə uzun döyüşlərdən sonra Yunaqovkanı nəzarətə götürüb. Sərhəd xətti boyunca toqquşmalar davam edir. […]